Yuxarı

Virus yeni məhdudiyyətlər gətirir

Virus yeni məhdudiyyətlər gətirir

Virus yeni məhdudiyyətlər gətirir

İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.

Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, nazirliyin vəzifələri artırılıb.Belə ki, bundan sonra nazirlik strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Məlum olduğu kimi, 2015-ci ildə qəbul olunan qanuna görə, sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılıb. Bu qanunda demək olar ki, bütün növ yoxlamalar nəzərdə tutulur ki, bura vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar və s. yoxlamalar aid edilir. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.Həmçinin sahibkar Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılması nəzərdə tutulur.

Bəs, tətbiq olunan yeni dəyişiklik sahibkarların hüquqlarını məhdudlaşdırmaqla, onıarın fəaliyyətinə mənfi təsir etməyəcəkmi?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dəyişikliyin hədəfi vətəndaşların karantin qaydalarına əməl etməsinə nəzarəti gücləndirməkdir:

"Burada hədəf iqtisadi fəaliyyət deyil. Qaydalara əməl edilməsinə onsuz da Daxili İşlər Nazirliyi nəzarət edirdi.İndi isə İqtisadi İnkişaf Nazirliyini də bu məsələyə qoşublar.Bunun sahibkarların iqtisadi fəaliyyətinə o qədər də ciddi təsirlərinin olacağını düşünmürəm.Sadəcə olaraq, bu daha çox vətəndaşın cərimələnməsinə səbəb olacaq və sahibkarların gəlirlərinə təsir edəcək”.

Akif Nəsirli hesab edir ki, bu dəyişikliyin hədəfi barədə hökumət ciddi düşünməlidir:

"Hətta Xarici İşlər Nazirliyini də bura qoşmaq olar. Polisi, vergi xidmətini və s. bu məsələyə qoşmağın heç bir səmərəsi olmayacaq. Bu istiqamətdə hökumət əsas iki xəttə diqqət yetirməlidir.Əvvəla, addımlar elə atılmalıdır ki, vətəndaş etimadı qazanılsın.Vətəndaş bilməlidir ki, bu onun sağlamlığı üçündür.İkinci tərəfdən karantin rejimi tətbiq edən hökumət vətəndaşın təminatını təşkil etməli, kompensasiya verməlidir. Həm evdə oturduğuna, vətəndaş hüquqlarından məhrum olunduğuna görə mənəvi kompensasiya almalıdır, həm də hökumət işə getmədiyi dövrlərdə sahibkarların itirdiyi məbləği verməlidir. Əgər bu iki istiqamət təmin olunsa, polis nəzarətinə belə, ehtiyac qalmayacaq. İnsanların təminatı olandan sonra nə problem var ki..Bununla daha səmərəli nəticələr əldə etmək olar”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları