Bunu özünün "Facebook” səhifəsində Cebhe.info xəbər portalının Baş direktoru və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov yazıb. Onun sözlərinə görə, postun əməkdaşları bildiriblər ki, vətəndaşların sənədi üzərində olmadığı üçün proses ləngiyir. Ona görə də bəzi sürücülər avtomobilini yol kənarında saxlayaraq, postdan piyada keçməyə çalışıblar:
"Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan sürücü və sərnişinlər də paytaxtı tərk etmək istəyib. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmaqla geriyə qaytarılıb. APA TV-nin məlumatıdır.
Ortada fakt var, çəkiliş var. Bu nəyə lazımdır axı? Niyə hər kəsi qanunsuz hərəkətə sövq edirlər? Şəhərdən çıxmaq istəyənin ən yaxşı halda qızdırmasını məsafədən ölçməklə gediş-gəlişə icazə vermək mümkün deyilmi? Qızdırması olanları, özünü narahat hiss edənləri hərəkətdən kənarlaşdırmaq və tibbi yardım üçün müvafiq quruma müraciət etmək olar. Amma prosesi bu qədər qəlizləşdirmək, insanlarda əsəb yaratmaq, etiraz niyyəti formalaşdırmaq kimə lazımdır?”
Baş redaktor bildirib ki, insanları, şəhər əhalisini kəndlərə, meşələrə, çöllüklərə buraxmq lazımdır: "İndi hamı öz canının hayındadır. Çox adam gedib qohum evində qalmayacaq, meşədə qalacaq, turizm məkanlarındakı yerlərdə qalacaq. Sadəcə yaşamaq şərtlərini müəyyənləşirib, həmin turizm məkanlarına bildirmək və nəzarət etmək lazımdır”.
R.Becanov hesab edir ki, kimlərsə bütün yaxşı təkliflərin əleyhinə gedir: "Kimlərsə tamam başqa məqsədlər xatirinə psixoloji gərginliyin artması ilə hərəkətliliyə çalışır. Bax, bu arzuda olanlar və bəzən də bunu əməli işə çevirənlər məhz həmin "5-ci kolon”dur. O, "5-ci kolon”un isə yeri olmur, missiyası olur. Müxalifətdə də, hakimiyyətin içində onlardan çoxdur. Onlar öz missiyalarını həyata keçirirlər...”