Yuxarı

Baş redaktor: "Ola bilər ki, kimlərsə insanlarda qərarlara tabe olmamaq üçün presedent yaratmaq istəyir”

Baş redaktor:

Baş redaktor:

"Bir kasıb, adi adam maskasız maketə girsə, velosiped üçün nəzərdə tutulan yerdən azca kənara çıxsa cərimə olunur, polis dərhal başının üstünü kəsdirir, adamı yaşadığına peşiman edir. Amma məmur və ya bir başqa imkanlı adam toy edir, nişan edir onu sosial şəbəkə yayandan, media yazandan, israrla müvafiq qurumlardan mövqe tələb edəndən sonra məsul şəxslər sanki dövlət sirrindən danışırlarmış kimi bir açıqlama verirər, onun da nə mənası olur, nə açması. Qanun, qərar hər kəs üçündür və qaydalar vəzifə, səlahiyyət, təsir imkanlarına görə adamlara şamil edilməməlidir axı! Belə olanda vətəndaşda haqlı sual yaranır: İmkanı olan kəs 150 nəfərlik toy edə bilər, amma adi vətəndaş 5 nəfərdən artıq yığışa bilməz? O toyda məmurlar iştirak edə bilər, amma bizim yığıncaqlara 3-5 adam gəlsə olmaz?"

Bunu "Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info-nun baş direktoru Rəfail Becanov deyib.

R.Becanov bildirib ki, illərdir toy etmək istəyənlər var, amma qaydalara tabeçilik göstərir və gözləyirlər:"Sabiq millət vəkili bunu edə bilməzdimi? Bəs niyə edib? Toydan vacib virusa qarşı mübarizədir. Elm adamlarının, elm ocaqlarına rəhbərlik edənlərin əsas işi indi virusa qarşı vaksin tapmaq olmalı deyilmi? Toy bir az gec də ola bilərdi...Hər halda təəssüfləndirici məsələlərdir...5 nəfərdən artıq adamın yığışmaması ilə bağlı Operativ Qərərgahın qərarı varsa, 30 dəfə çox adamın yığışdığı məclis toplantı sayılır? Ola bilər ki, kimlərsə bunu qəsdən edir, insanlarda qərarlara tabe olmamaq, hökumətə etiraz etmək üçün presedent yaratmaq istəyir. Cavabdeh qurumlar bəs niyə baş verənləri görməzdən gəlməlidir? Əksinə, daha ciddi ölçülər götürmək lazımdır. Xəta varsa, ciddi də cəza olmalıdır. Ona görə ki, ya qərarlar hamı üçün keçərli olacaq, ya da heç kim bu qərarlara əməl etməyəcək".





Həftənin ən çox oxunanları