Yuxarı

Deputatdan Cebhe.info və "Cümhuriyət”ə təbrik: "Qarabağın azad olunması xəbərini ilk yayanlardan olun”

Deputatdan Cebhe.info və

Deputatdan Cebhe.info və

Bu gün Cebhe.info xəbər portalının yaranmasının, media məkanında öz tarixi olan "Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur. Bu münasibətlər millət vəkili Vüqar Bayramov mətbu orqanları təbrik edib.

Təbrikdə deyilir:

""Cümhuriyət” qəzeti və eləcə də Cebhe.info xəbər portalı son dövrlər mənim sıx əməkdaşlıq etdiyim, eyni zamanda mütəmadi olaraq izlədiyim media qurumlarıdır.

Qeyd etmək lazımdır ki, həm qəzet, həm də portal obyektiv məlumatları yaymağa çalışır. Xüsusən pandemiya dövründə insanları maarifləndirmək, vətəndaşlarımızı qayğılandıran məsələləri gündəmə gətirmək kimi kifayət qədər məsuliyyətli məsələlərə dəstək oldu. Təbii ki, pandemiya və gözlənən postpandemiya dövründə informasiyaların obyektiv və dəqiq hazırlanması, təhlil olunması, ictimaiyyətə təqdim olunması çox vacibdir. Çünki islahatların səmərəliyi və bu islahatlarla bağlı məlumatların hansı səviyyədə paylaşılmasından, ictimai dəstəyin gücləndirilməsindən asılıdır. Bu baxımdan, düşünürəm ki, "Cümhuriyət” qəzeti və Cebhe.info saytı ölkədə həyata keçirilən islahatlara maarifləndirmə yolu ilə dəstək olur. İnsanları qayğılandıran məsələləri gündəmə gətirir, təhlil edir. Həmin məsələlərin həll olunmasına çalışır. Baxmayaraq ki, uzun müddəti əhatə etmir, 5 illik fəaliyyət müddətiniz var. Amma əminəm ki, kifayət qədər ciddi uğurlara imza atmısız. "Cümhuriyət” qəzeti və Cebhe.info saytının kollektivini təbrik edirəm. Bu media qurumlarının böyük əksəriyyəti ilə mütəmadi əməkdaşlığımız, əlaqəmiz var, informasiya, məlumat bölgüsü həyata keçirilir. Təbii ki, bu, "Cümhuriyət” qəzeti və Cebhe.info-nun gündəmə gəlməsi, populyarlaşması, özünəxsus yer tutması orada çalışan peşəkar jurnalistlərin əməyi nəticəsində oldu. Siz peşəkar jurnalistlərin əməyi nəticəsində əminəm ki, növbəti dövrlərdə də həm sayt, həm də qəzet vətəndaşları məlumatlandırmaqda davam edəcək. Təbrik edirəm, uğurlarınız bol, davamlı olsun! Nəzərə alsaq ki, mən təmas xəttində yerləşən, ərazisinin bir hissəsi işğal olunmuş bir rayonu Milli Məclisdə təmsil edirəm, istərdim, Qarabağın azad olunması ilə bağlı xəbərləri də ilk yayan media qurumlarından biri siz olasız. Hər zaman ölkə üçün vacib olan xəbərləri, məsələləri işıqlandırmaqda davam edin. Bir daha təbrik edirəm!”





Həftənin ən çox oxunanları