Təbrikdə deyilir: "Cebhe.info xəbər portalının yaranmasının, "Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur. Bu beş ildə Rəfail Becanov ilə dost olaraq, yaxın olaraq birlikdə addımlamışıq, bir-birimizə dəstək olmuşuq. Hər iki nəşrin kollektivini ürəkdən təbrik edirəm və onlara gözəl, rahat və təhlükəsiz həyat arzulayıram. Yolunuz açıq, zehniniz dolu, qələminiz iti olsun. Ümidvaram ki, daha böyük uğurlar sizi gözləməkdədir. 5 yaşınız mübarək!”
Deputat Razi Nurullayev Cebhe.info və "Cümhuriyət”i təbrik etdi
Bu gün Cebhe.info xəbər portalının yaranmasının, "Cümhuriyət” qəzetinin nəşrini bərpasının isə 5 ili tamam olur. Bu münasibətlə Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev saytın və qəzetin kollektivini təbrik edib.