Yuxarı

Baş redaktor: "Ermənilər Afrika qitəsinin kasıb insanları günündədir"

Baş redaktor:

Baş redaktor: "Ermənilər Afrika qitəsinin kasıb insanları günündədir"

"Paşinyanın müharibə ritorikası davam edir. Yenidən Tovuz istiqamətində təxribat törədilməsinə cəhd edildi. Azərbaycandan diplomatik kanallarla xahiş edib vaxt istəyən Paşinyanın birdən-birə müharibə ritorikası ilə hərəkəti göstərir ki, həm özü, həm də "inqilabı" uçurum qarşısındadır”.

Bunu "Cümhuriyət” qəzeti və Cebhe.info-nun baş redaktoru Rəfail Becanov son olaylara münasibət bildirərkən deyib.

Baş redaktorun fikrincə, Paşinyan buna görə də daxili problemlərdən yayınmaq, ermənilərin aclıq və səfalət intiqamını önləmək üçün müharibə ritorikasını seçir, manipulyasiya edir:

"Ermənistan sosial-iqtisadi problemlər məngənəsində əzilir. Ermənilər bu gün Afrika qitəsinin kasıb insanlarından da aşağı durumda yaşayırlar. Aclıq, səfalət qapılarını kəsdirib. Qarşıdan gələn qış aylarında bu problem daha da böyüyəcək. Ona görə Paşinyan vəziyyətdən yayınmaq, siyasi diktaturasının ömrünü uzatmaq üçün avantürasını gücləndirib və xəstə şüurunun qurbanına çevrilib. Danışıqlar prosesini pozmaqla status-kvonu indiki vəziyyətdə saxlamağa cəhd edir ki, daxili sabitliyi qoruya bilsin. Ermənistanda faktiki diktaturadır. Artıq adi adamların, siyasilərin şübhə etmək və ya sual vermək hüquqları da yoxdur, bu hüquq da əllərindən alınıb”.

R.Becanov bildirib ki, sələflərindən fərqlənməyən Paşinyanı da eyni tale gözləyir:

"Paşinyanın istər müharibə ritorikası, istərsə də işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasəti bizim adekvat addımlar atmağımıza əsas verir. Çünki bu məskunlaşdırma beynəlxalq konvensiyalara ziddir və Azərbaycan beynəlxalq sənədlərə əsaslanaraq, öz torpaqlarını sülh istəməyən Paşinyandan və Ermənistandan müharibə yolu ilə almaq hüququnu özündə saxlayır”.