Yuxarı

Qarabağda vahid idarəetmə sistemi yaradıla bilər?

Qarabağda vahid idarəetmə sistemi yaradıla bilər?

Qarabağda vahid idarəetmə sistemi yaradıla bilər?

Hazırda Azərbaycanın qarşısında duran başlıça vəzifə işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasıdır ki, bu da on milyard dollarla vəsait tələb edir.

Kifayət qədər böyük ərazilərimiz uzun illər boyu işğal altında olub və onlarda olan infrastruktur tamamilə dağılıb. Hələ ki, ərazilərimiz işğaldan tam azad edilməyib, amma sülh bəyanatında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması nəzərdə tutulur. Ərazilərimiz işğaldan tam azad olunduqdan sonra orada idarəetmənin necə qurulması ilə bağlı müzakirələr başlanıb.

Daha az maliyyənin sərf olunması, eləcə də daha çevik idarəetmənin təşkili üçün rayon sistemi yeni inzibati idarəçiliklə əvəz oluna bilərmi?

Qeyd edək ki, millət vəkili Əli Məsimli bu mövzuda yerli mətbuta açıqlamasında bildirib ki, bütövlükdə işğaldan azad olunmuş ərazilər üzrə Qarabağın vahid regional idarəetmə pilot layihəsinin həyata keçirilməsi məqsədəuyğundur:

Ümumilikdə 850 mindən artıq əhali yaşamış 11 şəhər, 20 qəsəbə və 894 kəndin böyük əksəriyyəti tamamilə yerlə-yeksan edilib. Azərbaycanın bu qədər yaşayış məskənlərini bərpa etməsilə bağlı məsələlər təbii ki, proqramın ikinci hissəsində hər ay, hər rüb, hər il üçün ərazi, sahə və funksional xarakterli konkret tədbirlər kompleksini özündə əks etdirməlidir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, erməni işğalçıları yalnız ona çalışıblar ki, gələcəkdə həmin ərazilərdə yaşayış olmasın:

"Bu ərazilərin yenidən qurulması böyük zəhmət və vəsait tələb edir. Cənab Prezident tərəfindən ərazilərin yenidən qurulması ilə bağlı tapşırıq verilib, komendantlıq üsul-idarəsi yaradılıb. İlkin növbədə ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmini ilə bağlı proseslər həyata keçirilir. Eyni zamanda müvafiq infrastrukturun yaradılması ilə bağlı işlər görülməkdədir, ərazilərin qurulması ilə bağlı Baş plan hazırlanır. 105 km-lik Şuşa - Alxanlı avtomabil yolunun çəkilməsinə başlanıb. Kəlbəcər rayonuna yeni yolun çəkilməsi məsələsi gündəmdədir. Dövlət qurumlarını- İqtisadiyyat, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Azərsu”, "Azərişıq”-ın böyük koordinasiyası yaradılıb. Yəni bütün strukturlar bu işə cəlb olunub və böyük bir iş başlanıb”.

Əlimməməd Nuriyev bildirib ki, hələ uzun müddət bundan əvvəl işğal olunmuş ərazilərin bərpası agentliyi yaradılıb və böyük bərpa prosesinə hazırlıqlar gedib:

"Bütünlükdə həmin rayonlar yenidən qurulacaq, amma gələcəkdə onlarda inzibati ərazi bölgüsü, daha çevik idarəetməyə keçidlə bağlı hansı qərarların qəbul olunacağı bütövlükdə müzakirə tələb edən məsələdir. Prezident İlham Əliyev 2018-ci yeni prezidentlik məqamı ilə bağlı andiçmə mərasimində ümumilikdə idarəetmənin təkmilləşdirilməsindən bəhs edib. Eyni zamanda 2016-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər oldu. Həmin əlavə və dəyişikliklərin əsas məqsədi idarəetmənin təkmilləşdirilməsi idi. İdarəetmənin təkmilləşdirilməsi bütün spektləri əhatə etməlidir, o cümlədən də inzibati ərazi quruluşları ilə bağlı yeniliklərin edilməsi də istisna deyil. İdarəetmənin effektli edilməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan da işğaldan azad olunan rayonlarımızda inzibati yeniliklərin edilməsi də müzakirə olunacaq məsələlərdəndir. Hansı qərarların qəbul ediləcəyini zaman göstərəcək. Ərazi quruluşunda dəyişikliklərin edilməsi həm də qanunverici orqanın səlahiyyətinə aid olan məsələlərdəndir. Hazırkı şəraitdə isə - komendantlıq üsul idarəetməsi ən uyğun idarəetmə formasıdır. Burada həmin ərazilərin tamamilə yenidənqurulmasından söhbət gedir, çünki bərpa olunası bir şey qalmayıb orda. Orada böyük islahatlar gözlənilir. Ümumiyyətlə, hesab edirəm ki, şəhər, rayon icra hakimiyyəti sistemi o qədər də effektli idarəetmə sistemi deyil. Biz böyük korrupsiya faktlarının, bu cinayətlərə görə, 6 rayon icra başçısının həbs olunmasının şahidi olduq. Bu faktlar idarəetmə sisteminin özündə də qüsurların olduğunu göstərir. Bildiyimə görə, bu istiqamətdə geniş təhlillər aparılır və müvafiq qərarların qəbul edilməsi gözlənilir. Daxili inzibati quruluşun necə olacağı, idarəetmədə hansı səlahiyyətlətin bələdiyyələrə, hansıların mərkəzi icra orqanlarına veriləcəyi barədə düşünmək olar. Mən icra hakimiyyətlərinin regional idarəetmə səviyyəsinə qaldırılmasının tərəfdarıyam, amma bir daha qeyd edirəm ki, bu müzakirə tələb edilən məsələlərdir. İlk növbədə işğaldan azad olunmuş ərazilərimizin infrastrukturunun qurulması vacibdir ki, digər quruculuq işləri də başlansın”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları