Yuxarı

CİA-nın nəzarətindəki təriqət FETÖ-yə necə çevrildi?

CİA-nın nəzarətindəki təriqət FETÖ-yə necə çevrildi?

Opus Dei - Latınca tanrının işi ya da xidməti mənasını daşıyır. 1928-ci ildə ispaniyalı keşiş Xose Maria Eskriva de Palaquer tərəfindən Madriddə əsası qoyulmuşdur. Dünya ilk dəfə "Opus Dei” haqqında Den Brounun 2003-cü ildə çap olunan və 80 milyondan çox satışı olan "Davinçinin şifrəsi” kitabında tanış olmuşdur. Yazarın dünyaya yayılmış bu kitabında "Opus Dei” haqqında yazdığı araşdırmaları ilə bütün diqqətləri bu təriqətə çəkmişdir. Bu təriqət haqqında yazılan azsayılı kitablardan biri də "Gizli Opus Dei” kitabıdır. İtaliyalı yazar Pinotti tərəfində yazılan bu kitabda adıçəkilən təriqətin yalnız haqqında yazılmış və insanlara məlum olan məlumatların sadəcə aysberqin görünən tərəfi olduğunu bildirmişdir. İngilis araşdırmaçı Maykl Valş isə bu təriqətin əslində "Tanrının işi” mənasında olan "Opus dei” təriqətini, "Octopus Dei”, yəni "Tanrının ahtapotu” (səkkizayaqlı dəniz ilbizi) adlandırmışdır. 

"Opus Dei”nin yaradılışı və inkişafı 

İspaniyada sadə keşişlərdən biri olan Eskriva Madriddə kilsələrin birində günlərlə tərkidünyalığa çəkilib. O,1928-ci ildə Tanrıdan aldığını iddia etdiyi vəhylə "Opus Dei” təriqətini qurub. Bu təriqəti digər dini təriqətlərdə ayırd edən özəllikləri var. Əsas düşüncələri təriqət üzvlərinin axirətdən çox dünyəvi işlərə maraqlarının olmasıdır. Bu təriqətin yaradıcıları İspaniyadakı müharibələr ərəfəsində General Frankonu dəstəkləyərək, onunla anlaşmışlar. Bu anlaşmanın əsasında gizli şəkildə dövləti yavaş-yavaş ələ keçirərək, öz əhatə dairəsini genişləndirmişlər. Franko bu təriqət üzvlərinə əvvəlcə iqtisadi, sonra isə xarici siyasət, daha sonra isə təhsilin idarəolunması kimi yetkiliklər verərək, onlara dövlətin əsas vəzifələrini həvalə etmişdir. Təriqət əllərindəki bütün güclərdən istifadə edərək ölkənin böyük şəhərləri ilə yanaşı, ən ucqar kəndlərində məktəblər, təlim-tərbiyə ocaqları açmağa başladı. İşlərinin əsas məqsədləri isə ölkədəki təhsil sektorunu ələ keçirmək və öz təriqətlərini yaymaq və illər keçdikcə təriqət rəhbərlərindən gələn əmrləri sorğu-sualsız yerinə yetirən kadrlar yetişdirmək idi. "Opus Dei” təriqətinin mənsubları General Frankonun sayəsində İspaniyanın iqtisadiyyat, KİV, maliyyə, sənaye, siyasət, elm, təhsil kimi bütün strateji mövqelərdə ən yüksək vəzifələrə təyin olundular. Bu təriqət soyuq müharibə ərəfəsində isə dünyaya yayılmağa başladı. Sanki dünyadakı bu hal onların inkişafı üçün münbitləşdirilmişdi. Gedərək böyüyən təriqət qərargahlarını İspaniyadan Romaya köçürdülər. Daha sonra isə təriqət dünya ilə əlaqələrini qurmaq üçün İngiltərə, Fransa, ABŞ, Meksika, eləcə də Cənubi Amerika qitəsinə, Afrikaya, Yaponiya və bir çox Asiya ölkələrinə yayılmağa başladı. 1950-ci illərin ortasından artıq İspaniya və Avropanın bir çox öndə gedən sahələri "Opus Dei” təriqəti tərəfindən idarə edilməyə başlandı. Beləliklə, həm dövlətlər üzərində, həm də siyasi partiyalar üzərində nəzarəti ələ keçirə bildilər. Vatikan hökumətinin antikommunist missiyası səbəbilə aşkar dəstək verdiyi "Opus Dei” təriqəti Papa tərəfindən 1950-ci ildə rəsmi şəkildə tanındı. 1982-ci ildə təriqət rəhbərlərinə "Piskopos” rütbəsi verir və ölümündən sonra da təriqətin qurucusu olan Eskrivanı "Müqəddəs” elan etdi. 

"Opus Dei”nin dünyaya yayılması

Bu gün "Opus Dei” təriqətinin xristianların yaşadığı hər ölkədə "Kardinal” rütbəsi ilə nümayəndəsi təmsil edir. Siyasi, hərbi, daxili işlər və iqtisadi sahələrə müdaxilə edə biləcək gücdə və eləcə də milyonlarla dollar məbləğində pul ehtiyatları var. Dünyanın 5 qitəsində 475 Universitet, 200 kollec fəaliyyət göstərir, 604 qəzet və digər KİV-ləri çap olunur. 52 radio və televiziya kanalı, eləcə də, 40 xəbər agentliyi və 12 film şirkəti vardır. Avropanın və dünyanın bir çox ölkələrində "xidmətdə” olan onlarla naziri, ABŞ-da Konqresin onlarla üzvü, Ali Konstitutsiya Məhkəməsində 2 hakimi, keçmiş FTB (CİA) başqanı Luiz Fri və "FOX TV”-nin aparıcısı Robert Novak kimiləri "Opus Dei” təriqətinin üzvləri olduqlarını açıq şəkildə bəyan edirlər. Emblemləri isə Yer kürəsini xatırladan sarı dairənin içərisində xaçdır. Dünyada isə milyonlarla insan bu emblem altında fəaliyyət göstərir. Bəzi ekspertlərin Papanın müqəddəs mafiyası adlandırdıqları "Opus Dei” barəsində isə 1980-ci illərin sonunda Türkiyənin məşhur yazarı Uğur Mumcu öz müsahibələrinin birində danışmışdır.

"Türkiyədə bu və ya buna bənzər təriqət vardır və onlar siyasət, ticarət və din üçbucağında birləşiblər. Onlar qərb ölkələrində KİV-lərə və TV kanallarına diqtə edir və ölkədə islamçı ideyaları üzərindən öz planlarını həyata keçirirlər”. Bu tipli açıqlamaları ilə diqqət çəkən Uğur Mumcu 1993-cü ildə hələ də səbəbi bilinməyən sui-qəsdlə öldürüldü. O, "Opus Dei” təriqətinin fəaliyyətini izləyərək dəfələrə dövlətə gələn təhlükələr barəsində 30 il öncədən məlumatlar vermişdir. Məhz həmin dövrlərdə "Opus Dei” Türkiyədə addım-addım irəliləməyə başlamışdır. 

İspaniyalı keşiş Eskrivanın kiçik bir qəsəbədə qurduğu təriqətin hörümçək toru kimi dünyanın hər bir yerinə yayıldığı kimi Türkiyədə də Fətullah Gülən 1966-cı ildə İzmirin "Kestane pazarı”nda qurduğu təriqəti ilə eyni yolu tutaraq inkişaf etməyə başlamışdır. Diqqətlə araşdırıldıqda hər iki təriqətin bir-birinə bənzərliyini görmək mümkündür. Fətullah Gülən tərəfdarları Turqut Özal dönəmində başlayaraq, ölkə daxilində "Özəl Anadolu liseleri” adlı təhsil müəssisələri açmağa başladı. Bu şəkildə öncə Türkiyədə, daha sonra dünyanın bir çox ölkələrində yayılmağa başlandı. Gülənçilərin dünyada orta təhsili tədris edən təxminən, 600-ə qədər məktəbi, onlarla universiteti fəaliyyət göstərməkdədir. Eləcə də, sayı hələ də dəqiqləşə bilinməyən qəzet, radio, telekanallara sahibdirlər.

Türkiyədə gizli şəkildə fəaliyyət göstərən prokurorlar, hakimlər, zabit və generallar, polislər, səhiyyə və təhsil işçiləri, iş adamları və yüzlərlə dövlət qulluğunda çalışanlar 15 iyul çevrilişinə qədər Gülən camaatının əmrində idilər. Onların da "Opus Dei” təriqəti kimi yayıldıqları ölkələrdə daimi nümayəndəlikləri və rəhbərləri mövcud olmaqdadır. Dəyişən sadəcə budur ki, "Opus Dei” təriqətində ölkə "kardinal”ı, gülənçilərdə isə ölkə imamı adlandırılmasdır. 

Maraqlısı da budur ki, hər iki təriqətin də koordinasiya mərkəzi ABŞ-dır. "Opus Dei” təriqətinin qurucusu keşiş Eskriva dəfələrlə ABŞ-da olmuş, Fətullah Gülən də 1999-cu ildən ABŞ da yaşamaqdadır. Bu iki təriqətin ortaq özəlliklərindən biri də "Yaşıl nəsil” layihələrinə xidmət etmələridir. İspaniyada keşiş Eskriva diktator Frankonu dəstəkləyərək onunla 35 il ərzində birgə fəaliyyət göstərmişdi. Fətullah Gülən də Turkiyədə həyata keçirilən 12 mart, 12 sentyabr, 28 fevral hərbi çevrilişlərini dəstəkləyir. O, 12 sentyabr çevrilişi həyata keçirən Kənan Evrenə "cənnətlikdir, qucaqlayan və toxunulmaz olan mələkdir” tərifi ilə yadda qalmışdır. Maraqlı olan digər tərəfi də budur ki, iki təriqət liderləri bir-birilərinə xarici görkəminə görə çox bənzəyirlər. Eskrivanın təriqətindən ayrılan bəzi nümayəndələr bildirirlər ki, təriqət lideri əsəbi, stresli, paranoyak xüsusiyyətləri olan biri idi. Son dönəmlərdə baş verən hadisələr də, Gülənin eyni xarakterli birinin olmasını sübut edir. 

Fuad Sadıqov





Həftənin ən çox oxunanları