Yuxarı

Xalçalarımızda gizlənən sirlər

Xalçalarımızda gizlənən sirlər

Xalca-Yun-Xovlu-1700-cu-ilXalçalarımızın çoxunda ornamentlər “gizli yazı”kimi çıxış edir, yənihərbirnaxış ideoqrafik işarə rolunu oynayır. Bu tip Azərbaycan xalça növlərindən biri də “Damğalı” tipidir. Adından da göründüyü kimi, bu xalçanın naxışları qədim türk tamğalarının eynisidir. Sənətşünas alim Rasim Əfəndi bu tip xalçalardan biri barədə yazır: "1960-cı ildə Almaniyanın Münhen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən Qazax xalçası orijinallıq baxımındandiqqəti cəlb edir. Bu xalça da əksər xalçalarımız kimi üç haşiyəli yelən və enli arasahədən ibarətdir. Uzunluğu 235 santimetr, eni 168 santimetr olan bu sənət nümunəsinin arasahəsi xüsusən bəzəkli və rəngarəngdir. Xalçanın al qırmızı yerliyində ardıcıl olaraq təkrarlanan rəngli 7 göy sxematik xonça yerləşdirilmişdir. Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə “Damğalı”adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ - tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. Azərbaycan dekorativ - tətbiqi sənət tarixinin, demək olar ki, bütün mərhələlərində bu bəzək həmişə səma cisimlərinin “şahı“ sayılan Günəşi təmsil etmişdir.” “Damğalı” tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı “S” hərfini xatırladn elementdir. Folklorşünas alim Məhəmməd Hatəmi Tantəkin və sənətşünas alim Kübra xanım Əliyevanın yazdıqlarına görə, bu element əjdahanı təmsil etməkdədir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın “qoç”,”qoyun”mənaları verdiyini bildirmişdir. Deməli, qarşımızda üç ideoqrafik elementli bir “yazı” vardır. Bu “yazı”nı əski tük dilinin sinonim və omonimlər sistemini bilmədən “oxuya” bilmək qeyri - mümkündür. Öncə Günəşi təmsil edən svastikavari ideoqramla əjdahanı təmsil edən “S” vari ideoqramın birlikdə nə məna ifadə etdiklərini anlamağa çalışaq. Məlum olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin folklorunda əjdahanın günəşi udması ilə bağlı süjet geniş yayılmışdır. Bu süjet digər türk xalqlarının da folkloruna keçmişdir. Şübhəsiz ki, bu mifoloji süjetin əsasını Günəşin üzünün qara buludlar tərfindən örtülməsi kim real təbiət hadisəsi təşkil etməkdədir. Buludun əjdaha ilə eyniləşdirilməsinin səbəbi isə odur ki, qədim türk dilində həm buluda, həm də əjdahaya “buka” deyilmişdir.Yəni “buka”ifadəsi həm “bulud”, həm də “əjdaha” sözünün sinonimi idi. Üstəlik də bulud mənasındakı “buka” ilə əjdaha mənasındakı “buka”omonim sözlər idi. İndi isə üçüncü elementə keçək və hər üç elementi birlikdə “oxumağa” çalı-şaq. İlk öncə qeyd etmək lazımdır ki, qədim türk dilində “qoyun” sözünün “koy” və “ud” kimi sinonimləri olmuşdur. Bu sinonimlərdən “ud” eyni zamanda “udmaq” felinin kökü olan “ud” kəlməsi ilə omonimdir. Deməli, buradakı “qoç” işarəsi ilə “ud” kəlməsi yazılmış və bu kəlmə udmaq mənasında işlənmişdir. Odur ki, xalcadkı ideoqrafik yazı belə oxunmalıdır: Buka, yəni bulud və ya əjdaha Günəşi uddu. Bu baxımdan, başqa bir Azərbaycan xalçası da özündə çox maraqlı bir mifoloji informasiya daşımaqdadır. Söhbət Nyu - Yorkda Berq Andonyanın şəxsi kolleksiyasında saxlanılan XlX əsrə aid bir Quba xalçasından gedir. Minilliklər boyu nəsildən nəslə ötürülərək dövrümüzədək ulaşmış bu motivi bizim üçün maraqlı edən xalçada, sxematik şəkildə də olsa, əllərini yuxarı qaldırmış bir qadın təsvirinin boğaz nayihəsini bəzəyən ağac təsviri ilə birlikdə əks edilməsidir ki, bu da Eneolt dövrünə aid olan, qarın nahiyələrində ağac təsvir edilən, Umay ilahəsini təmsil edən heykəlciklərlə eyni semantik məna yükünü daşımasıdır. Xalçadakı ilahənin qarnı iki kameralı təsvir edilmişdir. Bunda məqsəd bir yandan onun hamilə olduğunu diqqətə çatdırmaq, digər yandan diqqəti buna çəkərək söhbətin Umaydan getdiyini vurğulamaqdır. Çünki, artıq qeyd etdiyimiz kimi qədim türk dilində qadın bətninə “umay” deyilirdi. Ən maraqlı cəhətlərdən biri isə odur ki, bu təsvirdə ağac ilahənin qarın nahiyəsində deyil, boğaz nayihəsində təsvir edilmişdir. Bunun da səbəbini bilmək üçün qədim türk dilindəki omonimlər sistemindən xəbərdar olmaq lazımdır. Qədim türk dilində “boğaz” kəlməsi təkcə insan bədəninin gövdəsini başla birləşdirən hissəsinə deməmişlər, eyni zamanda bu kəlmə ilə hamiləliyi də ifadə emişlər. Bu gün də Azərbaycan türkcəsində hamiləlik mənasında “boğaz” kəlməsi işlənməkdədir. Eyni kəlmə əski türk yazılı abidələrində daha məhsuldar olmuşdur. Məsələn, “Oğuznamə”nin uyğur variantında bu kəlməyə “töl boğaz” söz birləşməsi şəklində rast gəlirik:“Töl boğaz buldi, künlerden sonq, kecələrdən sonq yarudi.”(O,döl boğaz oldu, günlər, gecələr sonra yükünü yerə qoydu.) Bu xalçada diqqəti çəkən daha bir maraqlı məqam Umay ilahəsini ətrafını 22 çiçəyə bənzər elementin bəzəməsidir.Çox güman ki, bu, 22 oğuz boyuna işarədir. Məsələ burasındadır ki, oğuz boylarının sayını 24 kimi qeyd edən Yazıçıoğlu Əlidən fərqli olaraq Mahmud Kaşğarlı onların sayını 22 göstərmişdir. Bir vaxtlar Macarıstanın paytaxtı Budapeşt şəhərindəki əntiq mallar mağazasında saxlanılan və haqqında Azərbaycan elmi ictimaiyyətinə sənətşünas alim Rasim Əfəndi tərəfindən məlumat verilən, XlX əsrdə toxunmuş Şirvan xalçasında da oğuz boylarına işarə edilməkdədir. Beləki bu xalçanın üzərindəki 3 romba bənzəyən 8 bucaqlı fiqurlardan ən altdakında 24 qarmaqvari işarə gözə dəyir. Ola bilsin ki, bunlar 24 oğuz boyunu təmsil edir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında “Oğuznamə”də söz açılan üçoxları təmsil edir. “Oğuznamə”də deyilir:"Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı. Xeyirxah, müdrik bir kişi idi, yuxu yozan, qeybdən xəbər verəndi. Onun adı Uluğ Türük idi. Günlərin bir günü o, yuxuda bir qızıl yayla üç gümüş ox gördü. Bu qızıl yay gündoğandan günbatanacan uzanmışdı, üç gümüş ox isə quzeyə tərəf qanadlanmışdı. Oyandıqdan sonra Uluq Türük yuxuda gördüklərini Oğuz kağana bildirdi. Söylədi:-"Ay Kağanım, sənin ömrün olsun uzun! Ay Kağanım, qoy ədalət olsun sənə qanun! Göy Tanrı mənə yuxumda bildirdi. Qoy yuxum çin olsun! Aldığın torpağı sənin uruğuna versin!" Oğuz Kağan Uluq Türükün sözünü bəyəndi, öyüdünü dinlədi və buna əməl elədi. Sonra sabah olunca, böyük qardaşları, kiçik qardaşları çağırtdırıb gətirtdi. Onlara belə söylədi:" -Könlüm ov istəyir. Qocalıqdan yox məndə daha taqət. Gün, Ay, Ulduz, siz gündoğana tərəf gedin, Göy, Dağ, Dəniz, siz də günbatana tərəf gedin. Bundan sonra üçü gündoğana, üçü də günbatana doğru getdi. Gün, Ay, Ulduz çoxlu vəhşi heyvan, çoxlu quş ovlayıb, sonra yoldan qızıl bir yay tapdılar. Yayı götürüb, atalarının yanına gəldilər. Oğuz Kağan sevindi, güldü, onu üç hissəyə böldü. Dedi: "-Ay böyük qardaşlar, yay sizin olsun. Oxları göylərə atın!" Göy, Dağ, Dəniz çoxlu vəhşi heyvan, çoxlu quş ovlayıb, sonra yoldan üç gümüş ox tapdılar. Götürdülər, atalarına verdilər. Oğuz Kağan sevindi, güldü, oxları hər üçünün arasında bölüşdürdü. Belə söylədi: "-Ay kiçik qardaşlar, oxlar sizin olsun. Yay oxu atdı. Sizlər olun oxlar tək.” Dastandan belə məlum olur ki, Oğuz Kağan yayı verdiyi oğullarının nəslini Bozoklar, oxları verdiyi oğullarının nəslini isə Üçoklar adlandırmışdır. Deməli, sözügedən Quba xalçası üçok, yəni üçox tayfasının yaratdığı çeşnilərdəndir. Anadoluda geniş yayılmış 24 xanalı türkmən - oğuz xalılarındakı xanaların sayı da 24 oğuz boyunu ifadə etməkdədir. Firidun Ağasıoğlu deyir: “XX əsrin ortalarında Altayda yerli türklərin “Pazırıq”, yəni “Basırıq” adlandırdıqları yerdə qazıntı aparan rus arxeoloqları iskitlərə aid qədim bir kurqandan Hamını heyrələndirən əşyalar tapdılar. İskit - saqa boylarına məxsus bu sənət nümunələri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da var idi. Pazırıq xalısı adı altında bu gün Sakt - Peterburqun “Ermitaj” muzeyində saxlanılan və nümayiş etdirilən bu xalının yaşı miladdan əvvəl V əsrə aid edilir. 180 x 200 santimetr ölçüsündə olan Pazırıq xalısını üzərindəki naxışların - at və maralların ortasındakı çərçivədəki 24 xananın anlamı bir çox alimin tədqiqat mövzusuna çevrilmişdir. Alimin bildirdiyinə görə, tədqiqatçılar bir - birindn xəbərsiz bunun 24 oğuz boyu ilə bağlı olduğunu söyləmişlər. “1) Bayatın anlamı - dövlətli deməkdir. Damğasının işarəsi və onqonu bayquş və ya gecə quşudur. Bu mücərrəd naxışa Qarabağ zililərində rast gəlmək olur. 2) Dügərin anlamı - çevrə deməkdir. Damğasının işarəsi və onqonu - çalağan quşudur. Qubanın “Qımıl” adlı xalçasında və Bakı xalçalarının haşiyələrində təsadüf edilir. 3) Avşarın anlamı - işdə çevik olan deməkdir. Damğasının işarəsi və onqonu Ağ şahin və ya uçan şanapipik quşudur. QarabağvərnisinəvəBakı zilisinə məxsus elementlərdir. 4) Beydelinin anlamı - danışığı hörmətli deməkdir. Damğasının işarəsi və onqonu laçın quşudur. Qarabağın “Qasımuşağı” adlı xalçasının əsas naxışlarındandır və s.Göründiyi kimi sadə quruluşa malik olan bu naxışlar simvolik işarələrə çevrilərək, dini və mifik sistemi bioloji şəkildə özündə cəm edib daşımışdır. Firidun Ağasıoğlu bildirir ki, Azərbaycan xalçalarında olan qədim loqoqram, tamğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib naxışa çevrilibdir:"Lakin onların bu günə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə zərurəti göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılmışdır... Xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən "Azərbaycan xalçası" kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyim örnəklər runik yazının Qafqaz mənşəli ehtimalı üzərində ciddi düşünməyə əsas verir.   Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları