Ulu Şeyx Nizami yurdu olan qədim Gəncəmdə bir şairə yaşayıb-yaradır.Mən onun yaradıcılığı ilə dövri mətbuatdan, eləçə də cap olunan kitablarından tanışam.Həmsöhbətimin hər bir misrası mübaliğəsiz olaraq deməyə əsas verir ki, o, poeziya aləminə təsadüfən gəlməyib.Həqiqətən də onun hər bir misrasında öz müasirlərinə deməyə sözü var. Sözsüz ki, onun fikirlərində olan təbiilik, hər bir ifadəni sərrast, daha cəsarətli yığcam olaraq catdırma qabiliyyəti şeirlərini daha məzmunlu və məntiqli edir.Bu baxımdan da onun misralarını oxumaq daha xoşdur.Şairə-dramaturq, Azərbaycan Yazıcılar Birliyi Gəncə şöbəsinin sədri olan Xəzangül xanım 9 kitab müəllifidir.
Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatçısıdır. Xəzangül xanım "Qaya üstə bitən çiçək”, "Yeddinci göylə söhbət”, "Ömür şikəstəsi”, "Ekvebi” (gürcü dilində), "Günəş məni aldadır”, "Könlümdən baxan günəş”, "Bitmeyen Hazan” (türkcə), "Özümü axtarıram” və başqa kitabların müəllifidir. Bu gün də maraqlı həmsöhbət olaraq məni poeziya aləminin bir parcasına qərq etdi.
Gah zil üstə, gah bəm üstən,Ağladacaq neçə gözü.
Titrədəcək neçə-neçə kövrək səsi -
Xəzangülün şikəstəsi ...
Beləliklə, həmsöhbətim şairə-dramaturq Xəzangüldür.
"Şeir yazanda dincəlirəm”
- Çoxdandır ki, sizinlə görüşmürəm. Ancaq ki, görüşlərimiz dövri mətbuatda nəşr olunan kitablarınızda olur.Gəlin, elə söhbətimizə də yaradıcılığınızdan başlayaq.Yeni nə üzərində işləyirsiniz?
- Bilirsiz, bu şairlik, yaradıcılıq elə bir şeydir ki, bu planla olmur, yəni fikirləşmirsən ki, bu gün nə yazmalıyam. Təbii ki, yarımcıq qalan əsərlər olanda deyirsən ki, bunu tamamlamalıyam.Bu gün belə yarımçıq əsərim var, teatr üçün dram əsəri.Onun haqqında fikirləşirəm.Ançaq hərdən görürsən ki, fikrində aydın olan məsələlər nədənsə birdən-birə mürəkkəbləşir.Nədənsə düşünürsən ki, bu yolu düzgün tutmamışam.Problemlərin, düşünçələrin dərinliyinə enə bilməmişəm.Mən nə edim ki, bunu burada göstərim. Bax, bu zaman görürsən ki, bir az cətinlik yaranır. Fikirləşirəm ki, neçə edim ki, mən istəyən kimi bu əsər alınsın.Belə olan zaman isə keçirəm gündəlik şeirlərin yazılmasına.Daha çox hansı mövzu məni narahat edirsə onun axtarışında oluram.Şeir yazanda bir azca da olsa, dincəlirəm. Ürəyimdə olan fikirlərin bir qismini bir və ya iki misrada deyə bilirəm.
- Bir çox şeirləriniz var. Şeirlərinizdə sevgi, məhəbbət, ağrılı-acılı iztirablar, dövrün obyektiv və subyektiv problemləri. Bunlar sizin yaradıçılığınıza daha çox yaxındır. Bəs elə bir mövzu varmı ki, onu hələ yazmamısız ?
- Nə qədər yaşayırıq və ətraf aləmlə təmasdayıq mütləq mövzular alınır, şüuraltı zehnimizə diqtə olunur və bizi yenə də poeziya aləminə qovuşdurur. Bu gün o qədər mövzular var ki, mən onlara yaxınlaşa bilmirəm.Bu dəqiqə bir yarımçıq qalan şeirim var dörd gündür ki, onu tamamlamaq istəyirəm.Adətən, mən şeiri bir günə tamamlayıram.Çünki elə bir mövzuya toxunuram ki, o mövzu real həyatımızda hələ mövcud deyil və bu üzdən də nəticəsini ala bilmirəm. Mövzu etibarı ilə deyə bilərəm ki, məqsədim var, ancaq nəticəm yoxdur. Onun üzərində calışıram.Bir də vallah, bu şeir elə bir şeydir ki, poetik duyum və fikir ani olaraq yaranır.Özü istər-istəməz səni cağırır ki, məni yaz, vərəqə köçür.Düzdür, çox zaman bu poeziya aləmini, yaradıçılğı bir möcüzə adlandırırlar.Çox zaman da istəyirsən ki, bu möcüzədən kənar qacasan.Ançaq artıq bu səndə varsa da, mümkün deyil.Çünki sən bilavasitə onunla yaşayırsan.İki-üç gün heç nə yazmadıqda sanki bir boşluğa düşürsən.Fikirlərini misralara cevirdikcə görürsən ki, bir rahatlıq, məğrurluq və böyük bir məhəbbət yaranır.Çox zaman da poetik dünyanın havasına qərq olduqca mənəvi bir ruh dincliyi tapırsan.Yaradıcı insanlar hər zaman gələçəyi qabaqlaya bilirlər.Olur ki, çox zaman düşündükləri bir müddət sonra zamanın reallığına cevrilir.Çox zaman yaradıcı şəxslərin zamandan əbədiyyətə çıxış yolu olmur.Hər zaman bu əbədiyyət qazanan şairlər, yazıçılar, rəssamlar haqqında fikirləşirəm ki, biz hələ onları təhlil edib kəşf edə bilməmişik.Bax, çox zaman da bu tip mövzuları yazmaq istəyirəm.
- Mənim üçün maraqlıdır ki, Xəzangül xanım neçə oldu poeziyaya gəldi və poeziyamızın Xəzangülü oldu ?
- Mən özüm kənd yerində doğulmuşam. Gürcüstanın Borçalı qəzasının Qırıxlı kəndində. O kəndin bütün təbiiəti, sadəliyi, zəhmətkeş insanları içərisində boya-başa catmışam. Hələ orta məktəbə belə getmirdim.Hər zaman küləyin uğultusu məndə çox qəribə bir duyğular oyadırdı.Çox zaman istəyirdim ki, hətta gecələri eyvanda yatım, göyə, aya, ulduzlara baxım.Onlara uşaq dünyamda o qədər böyük maraq vardı ki, həmin anda seyr etdikcə, bir də yaman çox mahnı oxumaq istəyirdim. O zaman özüm də bilmədən mənə tanış olmayan misraları mahnıya cevirib oxuyurdum. Kənd məktəbindəki sinfimizdə cəmi 10-12 uşaq olardı.Sinifdə belə ədəbi aləmdən söhbət düşəndə, şair və yazıçılarımızdan danışanda istər-istəməz elə bil mən xəyal aləmimdə onlarla görüşürdüm.Sanki ruhlarımız görüşürdü və mən onların təsiri altına elə düşürdüm ki, bir də görürdüm şeir yazıram.
"Yoldaşım dedi ki, yaxşı, yazırsan, bəs bizdən niyə gizlədirsən”
- Xəzangül xanım, ilk şeiriniz yadınızdadırmı?
- İlk şeirimi əgər şeir demək mümkün olarsa (üzündə çox qəribə bir təbəssüm yaranır və gözləri gülür, danışmağa davam edir - A.B), o vaxt ki, Yuri Qaqarin kosmosa qalxmışdı, dəqiq xatırlamıram ya altı, ya da ki, yeddinci sinifdə oxuyurdum, "Eşq olsun, sənə Yuri Qaqarin” adlı bir şer yazmışdım (yenə də gülür - A.B). O şeiri tamamilə gizlətmişəm. Ondan sonra başlamışam şeir yazmağa.Amma mən tamamilə gizli saxlamışam şeir yazmağımı.Evdən də, ailədən də.Ailə üzvlərimdən atam, anam hətta qardaşlarım belə bilməyib ki, mən şer yazıram.Eləçə də Gəncəyə gələndən sonra həyat qurduğum ailədən, həyat yoldaşımdan belə gizlətmişəm şeirlərimi.
- Səbəb nə idi ?
- Mənə elə gəlirdi ki, bu şeir yazmaq, şairlik elə bir böyük zirvədir ki, mən ora addım ata bilmərəm. Qorxurdum.Qorxurdum ki, o zirvədən büdrəyib yıxılaram.İnanmırdım ki, bu yolu sona kimi davam edə bilərəm. Bu inamı tapmaqda kim mənə kömək oldu, heç bilirsiz? Allah rəhmət etsin, elə sizin ailənin üzvü olub. Mən çalışdığım 43 saylı orta məktəbdə Züleyxa müəllimə vardı. Hərdən olurdu ki, o mənə ərizə yazdırırdı. Bir gün Züleyxa müəllimə mənə dedi ki, yox, bu cümlələrin mənə deyir ki, səndə nəsə qeyri-adilik var. Başladı məni dilə tutmağa. Mən də buna ürəyimi acıb dedim ki, hə, hərdən olur ki, şeir yazıram. Ançaq üzə cıxarmıram.Xahiş etdi ki, o dəftərini ver, oxuyum. Bir necə gündən sonra Züleyxa müəllimə o şeirlər dəftərimi məndən aldı. O zamanlar "Kirovabad kommunisti” indiki "Gəncənin səsi” qəzeti nəşr olunurdu. Bir gün bacımın həyat yoldaşı əlində bir qəzet gəldi bizə ki, bir şeir cıxıb, altında imza Xəzangül yazılıb. O zamanlarda da Xəzangül adı çox nadir adlardan idi. Hamı bir-birinin üzünə baxdı.Mən tez qəzeti götürüb baxanda gördüm ki, bu mənim "Bahardır” şeirimdir. O zamanlar yoldaşımın çox ciddi xarakterli birisi olduğundan da ehtiyat edirdim ki, bəlkə heç onun xoşuna gəlməyəcək. Qorxa-qorxa yoldaşımın üzünə baxdım və titrək səslə dedim ki; "Mənim şeirimdir. Züleyxa edib bunu, mən xəbərsizəm”.Yoldaşımın üzündə bir təbəssüm yarandı. "Yaxşı, yazırsan, bəs bizdən niyə gizlədirsən”- dedi. Bax bundan sonra mən poeziya aləminə qədəm qoymaq arzumu reallaşdıra bildim.
- Gəncə Dövlət Dram teatrının səhnəsində tamaşaya qoyulan dövrün çox aktual bir mövzusunu özündə əhatə edən "Məhəbbətin qənimi” adlı pyesin müəllifisiz.Ailə, məişət problemlərinin aktuallığını özündə göstərən pyeslərin yazılmasına bu gün də ehtiyac var. Ancaq nədənsə mənə elə gəlir ki, pyesləri çox geç yazırsız.
- Düz deyirsiz geç yazıram pyesləri. Söhbətimizdə qeyd etdim-bir əsər var ki, onu bəlkə də üç ildir başlamışam.Ançaq buna qədər "Xərabət gözəli” adlı bir pyesi yazıb Gəncə Dövlət Dram teatrına təqdim etmişəm. Calışmışam ki, bu pyeslə həm Gəncəmizin tarixini göstərməklə Məhsəti Gəncəvinin həyatını əhatə etməklə onun dünyasına daxil ola bilim. Hər zaman düşünürəm ki, biz Məhsəti Gəncəvidən nə qədər danışırıqsa, bu da çox azdır.Çünki onun şeirlərini oxuduqça insan dəhşətə gəlir.Bir qəribə hadisəni qeyd edim.Bir şeirim var "Dəli olmuşam”. Orada bir misram var ki, üzün bahar, xasiyyətin qış dadır. Sonra mən "Xərabət gözəli”ni yazanda Məhsəti Gəncəvinin tarixini araşdırarkən gördüm ki, 900 ildən artıq bir vaxt keçməsinə baxmayaraq Məhsəti xanım da öz misralarının birində eynən bu fikri yazıb. Üzün bahar, xasiyyətin qış dadır - deyib.Ançaq bu araşdırmaya qədər bu fikrə heç yerdə rast gəlmədim.Düşünürəm ki, Məhsətinin bütün rübailərindəki fikirləri bir romanın mövzusudur.Bir romanın dediyi fikir və nəticədir.Calışdığım qədər bu pyesdə məqsədim Məhsəti xanımın öz dövrü üçün aktual olan problemlərinin dövrümüzlə əlaqəsini daha dərindən göstərmək olub.Məhsəti xanım hər zaman öz fəaliyyətində Sufi cəmiyyətinin tərəqqisinə, inkişafına calışıb.Onun yaradıcılığında hər zaman ustada məhəbbət öz əksini tapıb.Daha doğrusu, mən məhəbbət deyirəm, onlar eşq deyir.İlk dəfə səma rəqsini də tarixi araşdıran zaman görürük ki, elə Məhsəti xanım oynayıb.Calışdığım qədər bu kimi mövzuları qabartmaqla bir daha Məhsəti Gəncəvi yaradıçılığına və həyatına baş vurmuşam. Bir də qeyd edim ki, geç-geç yazmağımın bir səbəbi də var. Məndə yazıya qarşı bir az da tənbəllik var. Bunun da sözsüz ki, bu günümüzlə bağlı obyektiv və subyektiv səbəbləri var. Hətta bu səbəblər üzündən çox vaxt "Xərabət gözəli”ni istəyirdim ki, yarımcıq saxlayım, daha heç yazmayım. İndi o yarımcıq qalan pyesdə də bu gün çox qlobal problemlərimizdən biri olan İŞİD və Suriya məsələlərini, aldanıb vətənini qoyub gedən vətəndaşlarımızın acı taleyini əks etdirmək istəyirəm.İlk üç fəsli yazılıb.Ançaq hələ də axtarıram.Elə bilirəm ki, fikirlərimdə nəsə catmır. O üzdən çox gec yazıram.
- Siz həmçinin Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədrisiz. Bu fəaliyyətiniz yaradıçılığınıza mane olmur ki?
- Əslində sədr olandan bəri şeir və poeziya aləminə daha dərindən daxil ola bilirəm. Çünki bu mənim artıq bir işimdir.Hər çümə günü burada toplaşırıq.Yeni nəsil şairlər öz yeni şeirlərini oxuyur və müzakirələr edirik.Müzakirə vaxtı istər-istəməz bir-birimizdən öyrənirik. Bu baxımdan bu iş ürəyimə yatan bir məqam oldu. Bu aləmi kənardan seyr etməkdənsə, daxilində olmaq daha xoşdur, daha böyük xoşbəxtlik deməkdir.İnanın, elə istedadlı gənclər gəlir, bizə müraciət edirlər ki, valeh olmaya bilmirsən. Hərdən də fikirləşirəm, kim deyir ki, ədəbi mühitimizdə gənclik inkişaf etmir. Bu gənclərin çox maraqlı poetik deyimli misraları var.
"Baxırsan, qalaq-qalaq kitabları nəşr olunub, amma poeziyaya aiddiyyatı yoxdur”
- Bu gün hər bir sahədə olduğu kimi poeziya aləminə təsadüfən gələnlərə münasibətiniz necədir? Sizcə, bunlarla nə etməliyik?
- Çox cətin bir sualdır. Tarix boyu belə olub.Çox zaman görürsən ki, qalaq-qalaq kitabları nəşr olunur, fəxri adlar alır.Ançaq ki, nə şair deyil, nə də ki, poeziya aləminə bir aidiyyatı yoxdur.Bunu hər kəs də görür, ançaq bir özündən başqa.Ucuz müştəbehlik onu xəyallarında ucurur.Bir tərəfdən də deyim ki, bu kimi tiplərə həm də nəyisə sübut etmək belə olmur.Bu gün sənətə, yaradıcılığa təsadüfən gələn insanla, istedadlı insan arasında fərq böyükdür.Bu kimi faktları çox kədər və məyusluqla qarşılayıram.Ançaq yəqin ki, zamanında bu kimi ədəbiyyatımızın bədxahları silinəçək və sözün əsl mənasında fitri istedad özünü isbat edəçək.
- Bu gün Gəncəmizdə sizcə, ədəbi mühit tərəfindən yazılmayan mövzu hansıdır?
-Gəncəmin tarixi o qədər dərin və genişdir ki, onu tam əhatə etmək hələ bizlərə nəsib olmayıb. Təbii ki, yenə də Gəncəmin açılmayan tarixi məqamları mövcuddur.Bu gün bütün Gəncə ilə bağlı yazdıqlarımız ona bir istiqamətdən hələ ki, bir baxışdır.Gəncəyə tarixi baxışımız daha iti olmalıdır.Bu baxımdan üzərimizə böyük bir məsuliyyət düşür.Araşdırmalarımızı davam etdirməklə hər bir dövrü ayrıca olaraq özündə əks etdirən mükəmməl əsərlər yaranmalıdır.
Anar Bürcəliyev, teatrşünas