Yuxarı

"AYB-nin bölmələri iş prinsipi cəhətdən yox səviyyəsindədir"

[caption id="attachment_672" align="alignleft" width="307"]Emil Rasimoglu Emil Rasimoğlu: "Bu qədər İSTEDADsız axını kimə gərəkdi...?!"[/caption] Poeziya elə bir aləmdir ki, orada gərək mənən, daxilən özün olasan. Sən o zaman o aləmdə sözünü deyə bilərsən. Hər şeyə  yalnız və yalnız poetik don geyindirmək lazımdır bu aləmdə. Bu gün həmsöhbətimiz olan, şeirləri qəlb oxşayan gənc şair Emil RASİMOĞLU da muasir poeziyada özünü mənən tapan və qələm sahibi kimi təqdim edə bilənlərdən biridir… -Dostların Emili, tələbəliyin Emili.. .Bunları az-çox tanıyırıq... Ədəbiyyatın, poeziyanın Emilini də Siz tanıdın bizə... - Poeziyanın Emili dostların, ailənin tanıdığı Emilin xüsusiyyətlərinə malik olub,  SÖZün dərdinə yanan,havası ilə havalanan, hər şeirdə ölüb-dirilən, daim şeirin RƏSSAMı olmağa çalışan bir şəxsdi. -Hər şeirdə ölüb-dirilən şairin ilk şeiri yadında qalıbmı görəsən? -Vallah açığı deyim ki, bu sualı bir neçə dəfə ünvanlayıblar mənə, ancaq xatırlaya bilmirəm. Bəlkə də illərin və uşaqlığın göstəricisidi. -Sizcə, şeiri unutmaq keçmişə qayıtmamaq deyilmi? - Siz də cavabdan istifadə edib maraqlı hədəfə qayıdış edirsiz.(gülür) Bilirsiniz, mən ömrümün elə bir yaş dövründəyəm ki, mənim keçmişim deyiləndə yalnız uşaqlıq illəri təsəvvür edilir. UŞAQLIQ İLLƏRİ adlı keçmişi də unutmaq, belə hesab edirəm ki, qəbahət deyil. -Şeirin səhvi olurmu? - Maraqlı sualdı...Şeir ali düşüncədən, ali hissdən, dəli RUHdan doğulur. ( təbii ki, bunların vəhdətində İSTEDADdan). Ancaq o yaranışda bir dəlilik varsa, onda düzüm anlayışı, sərhəd yoxdu.Bəzən şeir Allahı da inkar edir (təbii ki, şairin varlığıyla). Bax, olsa-olsa, bu baxımdan səhvi olar. Ancaq bu müqqəddəs, bəşəri və deyərdim ki, Allahın özünün bağışladığı səhvdir. - Ədəbi qurumlara münasibətiniz necədir? -Bugünkü ədəbi mühitdə bir çox ədəbi qurumların adlarını çəkmək olar.Bu öz yerində...Ancaq gəlin görək, bu qurumların fəaliyyəti nə dərəcədə ƏDƏBİYYATın sabahına xidmət edir?..Bilirsiniz, istənilən qələm sahibini dinləyib ona tərif deyib, BÜT yaratmaq, həmin qələm sahibinin sabahının məhvinə yol açmaqdır.Bu gün ədəbi qurumların demək olar heç birində real fikir anlayışı yoxdu.Məqsədyönümlü, şablon səslənən fikirlər vardır.Bu və bu kimi amillər baxımından ədəbi qurumların müxtəlif cəhətlərini qəbul etmirəm. - Bəs AYB ? - Təbii ki, ümumilikdə yanaşdımsa, demək sözügedən qurum da daxildir ora.AYB-nin də müəyyən cəhətlərini qəbul etmirəm.Heç də səbəbsiz deyil.AYB adlı bir qurum, ən əsas özündə qələm sahiblərini cəmləşdirir.Düzdür, yazarlara müəyyən qədər dəstək olması öz yerində...Ancaq gəlin, daha geniş şəkildə yanaşaq.Bu gün AYB-nin görün nə qədər üzvü var?..Hər əlinə qələm alan 3-5 ildən sonra bir kitab çap etdirib bu quruma üzv olur.Bəs hara baxır,Anar müəllim?...Məgər bilmirmi ? Axı onun imzaları ilə təqdim olunur.Bu qədər İSTEDADsızların axını kimə gərəkdi...?! Digər tərəfdən AYB Bölmələri iş prinsipi cəhətdən yox səviyyəsindədi. (bir neçəsini çıxmaq şərti ilə ) Bu isə heç nəyi ifadə etmir... - Sizcə, bu istedadsızlar axınına səbəbkar Anar müəllimdir, yoxsa hələ başqaları da var? - Xeyr, tək Anar müəllim deyil. Anar müəllimə qədər istedadsıza belə desək, müəyyən təriflərlə don geyindirib ədəbi mühitə təqdim edən ədəbiyyatçılarımız, ciddi qələm sahiblərimiz, tənqidçilərimizdi.Onların bu gün sicilləmə " yazı"ları, tərif dolu fikirləri sabah həmin şəxslərin özlərini AYB-yə təqdim etməsinə, birisi gün isə Anar müəllimin vəsiqəyə imza atmasına gətirib çıxarır. Demək, səbəbkar SÖZün keşiyində dayanan bir sıra qələm sahibləridi.Bu axını Anar müəllimə qədər aparıb cıxaran kimlərdi bəs? -Bilirəm siz AD çəkməyi nəzərdə tutursuz..İstəsəniz çəkərəm ...Sadəcə sıralama çox olacaq...Demək olar ki, indiki mühitdə əksəriyyət.. - Deyirsiniz ədəbi qurumların çatışmayan cəhətləri var. Özünüz də Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvüsünüz. Bəs bunu necə başa düşək? - Bəli, DGTYB İdarə Heyətinin üzvüyəm. Lakin bu, onu heç də hansısa məqamda müdafiə edəcəyimə əsas vermir. Necə deyərlər, "Görünən dağa nə bələdçi?!"... Bilirsiniz, Dünya Gənc Türk Yazarlar Birliyi hər il müəyyən layihələr çərçivəsində silsilə tədbirlər həyata keçirir,bu istiqamətdə müəyyən nəşrlər ədəbi mühitə təqdim edir. Bu, danılmazdır. Ancaq DGTYB-nin də qəbul etmədiyim cəhətləri vardır.Bu ondan ibarətdir ki, İdarə Heyətinin üzvü olaraq toplaşıb çox işlər görə bilərik, lakin toplaşmamız, çalışmamız azdı, vaxt ayırmamız demək olar ki zəifdi. -Sizcə hamı istedadsızlar axınına xidmət edir? -Əlbəttə xeyr ! -Kimlər istedadlıların yetişməsində böyük təşəbbüs göstərir? - Bu gün şükürlər olsun ki, elə şəxslər də az deyil.Adlarını bir- bir çəksəm, ola bilər unutduğum olar.Bu da haqsızlıq olar.... -Əsasən heca vəznində yazırsınız, Sərbəst şeirə az meyl etməyinizin səbəbi nədir? -Bəli, bu belədi. Ama özümün istəyimlə yox, yaranış baxımından belədi. Onu vurğılayım ki, mənim üçün hansısa ölçü, janr önəm daşımır. Hansı ölçüdə, hansı janrda yaranmasından asılı olmayaraq, şeirdə POETİKA olmalıdır. -Emil görmək istədiyi muasir ədəbi mühiti necə təsvir edə bilər? -Bilirsiniz, ideal cəmiyyət heç bir vaxt heç bir sahədə formalaşmayıb.Eyni zamanda da ədəbiyyatda. Bu təbiidi... Ancaq bu, o demək deyil ki, ədəbiyyat vasitəyə çevrilməlidi... (bizdə müəyyən tərəflərdə çevrilən kimi ) Qaldı ki, görmək istədiyim ədəbi mühitin təsvirinə... Bircə bunu deyə bilərəm ki, həmişə ƏDƏBİ MÜHİT TABLOSUnu İSTEDAD və SÖZ portretində təsəvvür etmişəm.   Əntiqə SƏMƏNDƏR





Həftənin ən çox oxunanları