Yuxarı

"Təyyarə qanadında uçan ruh"-un tarixçəsi

[caption id="attachment_1353" align="alignleft" width="275"]Ezime Agalarova          Əzimə Ağalarova[/caption]

Ümumiyyətlə, ədəbiyyat insanları nə üçün fərqli düşünür, fərqli danışır, fərqli yaşayırlar… Bu fərqlilik onları maddi cəhətdən fərqli yox, mənəvi cəhəddən fərqli göstərir cəmiyyətdə. Əslində bütün yazıçılar əsərlərində həmişə özlərindən nələrisə, hər hansı bir hadisəni canlandırırlar. Yaranan əsər yazarın öz rəsmidir desək, məsələyə daha vicdanla yanaşmış olarıq. Çünki axı əsər yaranarkən yazıçı ona can, vaxt, zehin, ürək sərf edir…

Bu gün ədəbiyyyat nəyə xidmət edir? Kime xidmət edir? Bu suala cavab verən yox, cavab tapan varmi? Əslində, ədəbiyyat elə cavab tapa bilməyənlərə özü boyda cavab verir..

Qürbət hər bir insana öz vətənini sevməyi öyrədir… Eləcə də Əzimə xanıma. Ziyalı bir ailənin övladı, ali təhsilli bir xanım əlbəttə ki, vətəndən kənarda da yaşasa, həmişə vətənini, xalqını xatırladacaq nələrisə yazır. Bu xanım şərq və qərbdən ibarət labrintdən çıxış yolunu yeni əsərlər yaratmaqla tapır.. Bu gün biz Əzimə Ağalarovanın “TƏYYARƏ QANADINDA UÇAN RUH” romanının təqdimatında onun tələbə yoldaşlarından, dostlarından, tələbələrindən, iş yoldaşlarından və qələm dostlarından müxtəlif fikirlər eşitdik;

Prof. Adil Babayev - Mən ilk olaraq Əzimə xanımın “Gecələrdə gizli qaldım” əsəri haqda qısa danışacam. O əsər Əzimə xanımın ədəbi möhürüdr desək, daha dəqiq olar. Əzimə xanım görkəmli yazıçıdır. (Əzimə xanım bu sözlərdən sıxılır və məni belə tərif etməyin- deyir.(utanaraq) ). Mən Əzimədən yeni- yeni əsərlər gözləyirəm. İnanıram ki, Əzimə ədəbiyyatımızda yeni romancı kimi məşhur yazıçı olacaq. Vasif Qurbanzadə- Mən də çoxları kimi, Əzimə xanımı yeni tanıyıram və əsərləri ilə yeni tanışam. Amma buna baxmayaraq, şərq ədəbiyyatı ilə qərb ədəbiyyatını təhlil etsək, biz orda ən böyük fərq, hədəf və hədəfsziliyi görəcəyik. Yazarın hədəfinin olmamağı kitab satışının ən böyük problemlərindən biridir. Kifaytə qədər ciddi qələm sahibi var. Amma ciddi hədəf təəssüf ki ,yoxdur. Hədəfsizlik şərqin fəlakətidir. Dünya insanı (şərqdə) hədəfdən kənarda qalıb.Yük oxucunun üzərinə düşür. Təzadlı oxucu kütləsi var. Əsəri təhlil edir və yenə də hədəfsizliyi qınağa çəkir və deyir;

-Mən fikrimi Xudu müəllimin sözü ilə yekunlaşdıracam;- “ yüksəklik vəzifə deyil ki, siz də rəhbər olasınız”

Aydin Caniyev- İlk dəfədir Əzimə xanımla görüşürəm. Biraz fərqli çıxış edəcəm. Çünki xanımı ilk dəfə görsəm də, əsərlərini oxumuşam. Məndə qəribə maraq oyadıb. Məsələn ecazkarlığı məni valeh etdi. Doğrudur, əsərdə nikbin ruh yox dərəcəsindədir. Amma əsər məzmununa görə olduqca gözəldir. Əzimə xanım dövrümüzün ən vacib problemlərini ön plana çəkir. Belə bir yazıçın kim deyə bilər ki, böyük gələyəci yoxdur?!

Sonra dostları və tələbə yoldaşları Əzimə xanımla bağlı maraqlı hadisələri nəql edirlər…

Daha sonra tələbələrin sual "atəşi"nə tutulan Əzimə xanım, gənclərin suallarını cavablandırır…

Tələbələrinin onun haqqında xoş danışması bir yazarın insani keyfiyyətlərinin yüksəkliyindən xəbər verirdi...

Əntiqə Səməndər





Həftənin ən çox oxunanları