Yuxarı

“Dəniz köçü dünyadan gəlib dünyaya gedir”

“Dəniz köçü dünyadan gəlib dünyaya gedir”

Firuz MustafaOnun dramaturqiyası müasir Azərbaycan ədəbiyyatının, sözün həqiqi mənasında incilərindəndir. Müxtəlif kitablarında bir-birini təkrarlamayan, amma bir-birini tamamlayan mövzulara, əsərlərin mahiyyətinə varanda adam özünü oxucu kimi çox rahat hiss edir. Həmsöhbətimiz ədəbiyyatımızın görkəmli drammaturqu və filosofu Firuz Musfatadır. Onun ilk kitabından başladıq suallarımıza. Sonuncu iki sualımzdan başqa, bütün suallarımız həmsöhbətimizin kitablarının adı ilə bağlıdır.

-“Göyəm kolları”nın kölgəsində necədir vəziyyət?

-“Göyəm Kolları” mənim bir kitabımdır. Bu kitabın otuz illik yubileyi tamam olur. Kölgə sözünün iki mənası var Azərbaycan düşüncəsinə görə, kölgədən söhbət gedirsə. Kölgə bizdə iki anlamda işlənir. Filankəsin kölgəsi üzərinə düşürmü müsbət mənada… Bir də var ki, filankəs kölgədə böyüyür. Mən kölgəni işıq kimi görürəm, bəli, göyəm kollarının kölgəsi üzərimə düşüb.

-“Çəhrayı  tunel” …Bu tunel kimlər üçündür? ...Ordan ən çox kim keçib?

-“Çəhrayı tunel” mənim beş cildlik "Teatr meydanı" romanımın bir hissəsidir, ayrıca kitab şəklində də çıxıb. Əsərin qəhramanı tarixçi alimdir, axırda qətlə yetirilir və qətldən öncə tez-tez  yuxusunda çəhrayı bir tunel görür. Bu tunel hamı üçündür. Günlərin bir günü hamı keçir bu tuneldən.

-“Buz üstə sətirlər “oxucunu üşütmür ki?

-Bu kitab mənim frazalarımdan ibarət  kitabdır. Bəzən buzlaqlar daha dözümlü olur. Buz əriyir, ancaq Antraktida buzlaqları çox dözümlü olur və düşünürəm ki, sətirlər orda əbədi qalar, çünki buz əriyir və sətirlər də əriyir, Antraktidaki buzlaqların üzərində yazılmış sətirlərdir, ola bilsin ömrü elə buzlaqlar qədər uzun olsun.

-“Dəniz köçü” hardan gəlib hara gedir?…Hələ də varmı bu köç?

-Bu əsər simvolik mahiyyət kəsb edən əsərdir. “Dəniz Köçü”ndə, yer, göy və dəniz bunları özündə yaşadan canlılar var yəni, dünyadakı canlıların  çoxu danışmasa da, onların öz dilləri var.

Bəzən insanlar elə düşünür ki, bizə ziyan verdiyini bildiyimiz ilanları belə öldürmək olar, ancaq o insanlar nə zamansa öz cəzasına çatacaq. “Dəniz köçü” əbədidir. Bu köç dünyadan gəlib dünyaya gedir.

-“Çardaqda zirzəmi” saxlanc yeridir? …Bu yoxsa gizlənc yeri? ..Saxlanc yeridirsə, kimlər saxlanır? ...Gizlənc yeridirsə kim kimdən gizlənir?

-Çardaq və orda zirzəmi bu normalda mümkün olan bir hal deyil, bu mənim absurd bir pyesimdir. Burda təffəkkürdən sohbət gedir. Əsərin iki qərəmanı var əslində bir-birinə həm doğma olan, həm də bir o qədər yad olan insanlardan bəhs edilir.

-“Ölü dildə sevgi məktubları” ...Bu məktublar kim üçün yazılıb? ...Ünvanına çatdımı?

-Ölü dil latin dilidir burada. Bu dildə danışanlar yoxdur. Əsərin qəhrəmanları bir-birinə bu dildə sevgi məktubları yazırlar.

-Firuz müəllim, bu gün ədəbiyyatda payız hiss olunur? ...Deyəsən, ədəbiyyatın rəngi dəyişib, həm də adamları?

-Ədəbiyyatda bütün fəsillər olub həmişə. Ədəbiyyat dünyanın güzgüsüdür. Fəsil yarpaqların tökülməsi deyil, ədəbiyyat üçün.

-Gənc yazarlara münasibətiniz necədir? …Oxuduqlarınız varmı?

-Bu gün çoxdur yazarlar, ancaq az mütaliə etdikləri üçün o qədər də ürəkaçan deyil.

Sona Cavadqızı





Həftənin ən çox oxunanları