Yuxarı

Fələk öz saydığını sayır...

Fələk öz saydığını sayır...

[caption id="attachment_3137" align="alignleft" width="282"]konul eldarqizi Könül Eldarqızı: "Dünyada hər kəsin ehtiyacı olan şey diqqət və qayğıdır"[/caption]

O, 1982-ci ildə avqust ayının 17-də Beyləqan şəhərində anadan olub. 2001-ci ildə orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial İqtisadi Kollecinə daxil olur, eyni zamanda Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışır. Həmsöhbətimiz Səfərova Könül Eldar qızı hələ orta məktəb illərindən ədəbiyyata maraq göstərib. Elə orta məktəb illərindən də lirik şeirlər yazmağa başlayıb. 2010-cu ildə ”Könülün könül səsi”  adlı ilk şeirlər kitabı işıq üzü görüb. Beyləqan rayonunda  “Araz” ədəbi birliyinin fəal üzvlərindən biri kimi sevilir. Şeirləri 2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda da yer alır.

Fələk öz saydiğini sayir... 

-Könülün könül dəftərində kimin adı böyük hərflərlə yazılıb ?

-Yalnız və yalnız, TANRIMIN ...cünki O, ruhən mənim əllərimdən tutub həmişə. Buna görə də, ona minnətdaram. İnsan gərək həmişə mubarizə aparsın, o zaman Tanrı ona kömək edir və tək qoymur.

-Xəyanətə qəbir qazan insanlar ona baş daşı qoyur, yoxsa baş daşı olmayan məzarların sırasındadır xəyanətin yeri?

-Əlbəttə, xəyanətin baş daşı elə xəyanətin məğlubiyyətidir. Xəyanətin bir yolu və bir sonu var - məğlub olmaq.

-İnsan həmişə könlündən keçənləri diləyir və bəzən olur ki, fələyin çarxı tərsinə firlanır, O, öz saydığını sayır, yoxsa?..

-Bilirsiniz, uğursuzluq hər kəsə nəsib olan bir şeydir, eləcə mən də o sıradan. Sadəcə,  mən, necə deyərlər, çox prinsipialam və uğursuzluqla barışmıram, yıxılsam da, yenidən durub yoluma davam edən insanlardanam. Fələk öz saydığını sayır saymağına, mən də öz saydığıma davam edirəm, bir sözlə, məğlub olmağı qəbul eləmirəm.

-Könül kimin ocağından küsüb... kimlər Könülün könlünü qırıb?

-Qısqanclıqdan məni qəbul etmək istəməyənlər qırır məni. Mən də məni qıran insanların ocağından və varlığının olduğu yerlərdən mümkün qədər uqaz olmağa çalışıram.

-İnsanı kəşf eləmək onun sirlərini bilmək özü-özlüyündə böyük sirdir. Bəs sizin sirlərinizi bilənlər var?

-Məni tanıyan dost-tanışım bilir mənim sirrimi, mənim sirrim insanları sevməkdir, pisliyə mənim cavabım susmaqdır, çünki susmağın yaxşı mənada xeyri çoxdur. Pisliyə pislik, bərabərdir ədavət. Bu da mənim kitabımda yoxdur, necə deyərlər, qulaq dincliyi.

-Dostu, sevgini, yoxsa həyatını itirmək, hansı daha çətindir?

-Mənim aləmimdə dostu itirmək, elə sevgini də, həyatını da itirməkdən daha ağırdır. Çünki, dostu itirmək qəbahətdir mənim nəzərimdə, lakin həyatı və sevgini itirmək qismətdir.

-Könül xanım, ilk kitabınız gözlədiyiniz qədər oxucu sayı qazandımı. Bu kitab sizi nə qədər ruhlandırdı?

-Onu deyə bilmərəm, amma daha çox istərdim. Əslində, hər bir yazarın, şairin ilk öncə məqsədi odur ki, oxucunun kitaba qarşı marağını yarada bilsin. Oxucu əgər kitabda ozünü tapırsa, o kitab məhz onun üçündür. Oxucular müxtəlif,  yazar isə tək olduğu üçün hamını nəzərə almalı və bütün yaradıcılığını göstərməlidir. Amma onu deyə bilərəm ki, ikinci kitabı yazacaq qədər ruhlandım.

-Azərbaycan ədəbiyyatından, yaxud dünya ədəbiyyatından ən çox kimlərin əsəri sizin ilham mənbəyiniz olub?

-Mən orta məktəb illərindən bədii ədəbiyyata çox maraq göstərmişəm, buna görə də məktəbi bitirəndən sonra bu istək-maraq  məni rayon kitabxanasında işləməyə qədər gətirdi, kitabxanada işləmək isə mənim üçün çox şey verdi. Əlbəttə ki, kitabxanada işləməmişdən əvvəl mən oranın fəalı idim. Səməd Vurğunu, Mikayıl Müşviqi, dahi Füzulini, Nizamini, adlarını çəkmədiyim çox yazıçı və şairi dönə-dönə, hətta acgözlüklə oxuyub bəhrələnmişəm. Və bu dahilər oxucunu yazıçıya çevirəcək qədər əvəzsizdir.

-Varlığınıza dözməyənləri önəmsəmədən, yoxluğunuza dözməyəcəklərlə necə davranırsız?

-Dünyada hər kəsin ehtiyacı olan və ən gözəl davranışlardan biri də diqqət və qayğıdır, bunları onlara qarşılıq olaraq bəxş edirəm.Özüm də eyni zamanda çox xoşbəxt oluram.

Sona Cavadqızı





Həftənin ən çox oxunanları