Yuxarı

Dollar tanınmış şairəni də “vurdu”: “Toy biznesinə yeni başlamışdım ki...”

Dollar tanınmış şairəni də “vurdu”: “Toy biznesinə yeni başlamışdım ki...”

naziler seferliSon günlərdə manatın dollara nisbətən kəskin dəyər itirməsi hər bir vətəndaşa ciddi təsir göstərib. Bununla bağlı ekspertlər, ziyalılar və xalqın müəyyən bir kəsimi kəskin şəkildə etirazlarını bildirirlər. Etirazlar əsasən ərzaq məhsullarının kəskin bahalaşmasına görədir. Tanınmış şairə Nazilə Səfərli Cebhe.info-ya açıqlamasında “Elnən gələn dərd toy-bayramdır, bizə təsir etməyib” - deyib.

“Ancaq ümumiyyətlə, istər devalvasiya olsun, istər böhran olsun o gələndə birinci şou əhlini vurur. Heç kim çörəkdən, ətdən, yağdan imtina edə bilməz. Paltardan da imtina etmək olar, ancaq birinci növbədə insanlar şou proqramlardan imtina edirlər. İnsanların birinci gərək əhval-ruhiyyələri yaxşı olsun ki, əyləncəyə getmək istəsinlər. Ona görə də bu, ən çox şou əhlini vurub. Düzdür, mən şou-biznesdə yoxam, mən toy biznesində var idim, o da yenicə başlamışdım ki, belə oldu”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları