Yuxarı

Şairlər arasında qalmaqal

Şairlər arasında qalmaqal

[caption id="attachment_3526" align="alignleft" width="282"]salam sarvan Salam Sarvan: “Aqşin Yenisey daha yaza bilmir” [/caption] [caption id="attachment_3527" align="alignleft" width="286"]aqsin yenisey Aqşin Yenisey: “Sənin bu freydizmin yalnız bizi tanımayan gələcək nəsillər üçün faydalı ola bilər”[/caption]              

“Əlbəttə ki, bir adamın şəxsi taleyinə qarışmaq etik deyil. Amma o vaxta qədər ki, adam özünü ictimai stautusa iddialı bilir. Bu halda Aqşin Yeniseyi ittiham etməkdə haqq var. Hələ onu demirəm ki, o, heç indiyədək "zıyalılığın" hətta anlayış kimi də cəfəng olması haqda fikrir bildirməyib”.

Cebhe.info xəbər verir ki, bu sözləri yazıçı Salam Sarvan deyib. Onun sözlərinə görə, Aqşin Yenisey özünü "qoruyan" əsəbi statuslar yazır, demək ki, şüuraltısında əzab var. Demək ki, o, bu əzabı hamıdan sərt yaşayır: “Elementar çıxış yolu vardı. Minnətdarlığın ən balacasını seçmək azadlığından yararlanmaq... Aqşin Yenisey ondan "umulan" alqışın ən gurultusunu seçdi. Problem məhz burdadır. Ümumən, imtina eləməkdə qorxulu bir şey yoxdur, hətta axtarsan, rahatlıq da tapa bilərsən. Nə isə... Aqşinin izahatı özünün susmağını, bizimsə sevinməyimizi mənalandıran qəribə bir özəl xassədir. Aqşin bundan sonrakı ömrünün bir-iki ilini poetik improvizələrdə keçirəcək, yəni məqsədə yox, bəraətə köklənəcək. Dəyməzdi... Çünki onun günahı yoxdu. Sadəcə, "günahına" adekvat ola bilmədi. Amma həyat bir-iki ildən sonra yenə təbii axarına düşəcək. Onsuz da təbiətdən kənar yaşantı yoxdur. Amma bir bəla var ki, məncə, daha Aqşin yaza bilmir”.

Şair Salam Sarvanın daha yaza bilməməkdə günahlandırdığı Aqşin Yeniseyin cavabı özünü çox gözlətməyib. Cebhe.info vasitəsilə Salam Saravana cavab verən Aqşin Yenisey “Bu fikrə ciddi münasibətim yoxdur. Əgər bu çür fala baxmaq mümkündürsə, hər kəsin bacardığı iş olardı. Mən Elçin Səlcuq ölüm ayağında olarkən indi məni "yazıçı mənəviyyatına" xəyanət etməkdə ittiham edən ədəbiyyat çərəkəgəzdirənlərinin ondan bir-bir, hətta zəngləşərək bir yerdə necə ikrahla qaçdığını görmüş adamam. Ona görə bu məsələyə şəxsi məsələ kimi yanaşıram. O mənzərə qarşısında sənin bu freydizmin yalnız bizi tanımayan gələcək nəsillər üçün faydalı ola bilər. Bu mənada qiymətli sözlərdir”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları