Yuxarı

Əli Mirəliyevdən kəskin etiraz “1 milyon 500 min də versələr, satmaram”

Əli Mirəliyevdən kəskin etiraz “1 milyon 500 min də versələr, satmaram”

Eli mireliyevBakının mərkəzi hissəsi olan, hər kəsin “Sovetski” kimi tanıdığı məhəllə artıq tamamilə sökülür. Bakının bu yaşayış məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər, incəsənət adamları, şairlər, yazıçılar çıxıb. Bəs, görəsən, onlar doğulub boya-başa çatdıqları, uşaqlıq və gənclik xatirələrini yaşadıqları məhəllənin sökülməsini necə qarşılayırlar?

“Sovetski” məhəlləsində doğulan, öz uşaqlıq çağlarını da bu gün dağıdılmış o dar dalanlarda keçirən müğənni Əli Mirəliyev fikirlərini “Cümhuriyət”ə bölüşüb:

“Sovetski mənim uşaqlığımın məkanıdır. Lap uşaqkən o küçələrlə, o yollarla ayaqyalın qaçardıq, gəzişərdik. Bir-birinə yaxın tikilmiş evlərdə böyüyüb boya-başa çatdıq. İlk yaradıcılığımza da o dar cığırlarda başladıq. Orada Azərbaycanın, Bakının keçmişi, tariximiz yatır. Mən həmişə fəxr etmişəm, “Sovetski”də doğulmuşam. Mənim ailəm, qohumlarım, atam, anam orada doğulub, orada yaşayıblar. O yollar, o evlər, o küçələr sökülməməlidir. O evlər nə qədər kiçik-kiçik olsa da, o evlərdə böyük-böyük şəxsiyyətlər yetişib, o kiçik evlər tariximizə, ölkəmizə böyük insanlar bəxş edib. Keçmişini sökənin gələcəyi olmaz. Nə olsun ki, evini söküb sakinə 1500 manat verirlər? O pulla nə etmək olar ki? Heç hər kv metrinə 1 milyon 500 min də versələr, razılaşmaram, oradan bir metr də ərazi vermərəm onlara. Oranın öz tarixi, keçmişi var. Düzdür, indi oralar sökülüb yerində gözəl, yaraşıqlı binalar tikiləcək, kimlərsə orada gözəllik yaradacaqlar, parklar düzəldəcəklər, amma gərək hər bir şeydə halallıq olsun. Mən xarici ökələrdə olmuşam. Başqa ölkələrdə tarixiliyi qoruyurlar. Keçmişdən qalmış bir evi, yaxud hansısa bir küçəni çox ehtiyatla qoruyurlar ki, onun tarixiliyinə xələl gəlməsin. Abadlıq işlərini də xüsusi diqqətlə həyata keçirirlər. Amma bizdə əfsuslar olsun ki, belə deyil”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları