Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınan "İçərişəhər” bədii filminin təqdimatı keçirilib. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı heyətin digər üzvləri iştirak ediblər. Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb. Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini xatırladaraq, Azərbaycan dilində danışmasını xahiş edib. Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus dilində bitirib. Bundan sonra çıxış etməyə başlayan filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb. Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi, mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki, filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir neçə tamaşaçı zalı tərk edib. Çıxışlardan sonra film nümayiş olunub. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb. (axar.az)
- Ana səhifə
- Mədəniyyət
- Filmin təqdimatında tamaşaçılar rus dilinə etiraz etdi
Filmin təqdimatında tamaşaçılar rus dilinə etiraz etdi
Bu bölmədən digər xəbərlər
- Unudulan sənət fədailəri - XII YAZI Tarix 28 Dekabr, 20:51
- Korifeylər yetişdirmiş rayon teatrları Tarix 14 Dekabr, 13:23
- "Kimdir müqəssir” teatr festivalında Tarix 10 Dekabr, 22:09
- Bir mahnı ilə tanınan müəllim: "Aldanmayan qadın yoxdur” Tarix 7 Dekabr, 01:35
- Unutduğumuz sənət fədailəri - IV YAZI Tarix 12 Dekabr, 19:02
- "Özün bahar, xasiyyətin qış dadır” - Poeziyamızın Xəzangülü Tarix 20 Noyabr, 19:15
- Ən bahalı Azərbaycan müğənniləri Tarix 11 Noyabr, 19:32
- Faiq Sücəddinov restoranlardan pul ala biləcəyinə inanmır: "Ölü qərardır" Tarix 26 Oktyabr, 19:25
- Faiq Sücəddinov restoranlardan pul ala biləcəyinə inanmır: "Ölü qərardır" Tarix 26 Oktyabr, 19:25
- Xalq artistləri arasında yeni qalmaqal Tarix 1 İyul, 19:18
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi