Yuxarı

Aygün Kazımovadan ittihamlara cavab: “Masya adı məşhurlaşan cinsi azlıq...”

Aygün Kazımovadan ittihamlara cavab: “Masya adı məşhurlaşan cinsi azlıq...”

Xalq artisti Aygün Kazımova son günlər haqqında yayılan şayiələrə aydınlıq gətirib.
Cebhe.info xalq artistinin mətbuat xidmətinin mediaya rəsmi açıqlamasını təqdim edir:
“Son günlər bir sıra yerli saytlar xalq artisti Aygün Kazımova haqqında həqiqəti əks etdirməyən, şər və böhtan xarakterli yazılar dərc edir.
Dərc olunan xəbərlərdə Aygün Kazımovanın guya erməni agentləri ilə əlaqəsinin olması bildirilir. İlk olaraq hər bir jurnalistdən xəbər yazarkən araşdırma aparmağı xahiş edirik. Şər və böhtan xarakterli məqalə dərc edən bütün media orqanları dərk etməlidir ki, məsuliyyətə dərc oluna bilər. Və bu kimi yazılar Cinayət Məcəlləsində qanunla təznimlənir.
Bəs bu yalan informasiyanı yayan kimdir? Bu isə məsələnin əsas tərəfidir.
Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyaları media nümayəndələrinə ötürən əslən azərbaycanlı Murad adlı şəxsdir. Sonradan özünü yarıqadın edərək Masya adı məşhurlaşan cinsi azlıq...
Yaşam tərzinə görə Azərbaycanı tərk edib. Bir müddət Türkiyədə yaşayıb. Qanunsuz əməllərinə görə Türkiyədən deportasiya olunub.
Həmin şəxs sosial şəbəkələrdə Azərbaycan adını ləkələməklə məşğuldur. Özünün əxlaqsız şəkillərini sosial şəbəkədə paylaşan Masya, Azərbaycanlı olduğunu bəyan edir.
Masyanın uzun illərdir gürcü modelyer Ramazzo ilə ədavəti var. Aygün Kazımovanın həmin modelyerdən libaslar alması isə üzdəniraq həmyerlimizin xoşuna gəlmir. Məhz bu səbəbdən mütəmadi olaraq Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyalar yaymaqla məşğuldur.
Təəssüf olsun ki, nüfuzlu media orqanları heç bir araşdırma aparmadan, yoxlamadan bu şəxsin dediklərini dərc edir. Hətta xəbərlərin yayılması üçün Masya tərəfindən bir sıra jurnalistlərə pul da təklif olunub.
Məsələnin gündəmə gələcəyini isə xalq artisti özü əvvəldən bildirdi. Məhz bu səbəbdən bu xəbərlərin çıxmasından bir neçə gün öncə 106.3 FM-də qonaq olan xalq artisti Aygün Kazımova canlı yayımda ona hazırlanan təxribatdan danışmış və bütün media nümayəndələrindən bu məsələ ciddi yanaşmasını xahiş etmişdi. Onun sözlərini olduğu kimi təqdim edirik:
“Bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımız ilə hansısa məsələdə adım hallanacaq. Bir onu deyim ki, erməniyə güllə atan, erməni ilə dostluq etməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, “Aygün” sözünün sinonimi “gündəm”dir, “reytinq”dir, reklamdır. Bu xəbəri çıxardan insanların halına acıyıram”.
Onu da xatırladaq ki, yenidən gündəmə gələn mövzu təqribən iki il əvvəl ANS telekanalının keçmiş aparıcısı Aytən Səfərova səhlənkarlığı üzündən gündəm olub. Lakin xəbərin çıxdığı günün səhərisi ANS telekanalının aparıcısı Aygün Kazımovadan üzr istəmiş və xəbəri təkzib etmişdi. Sonda isə bütün media qurumlarının rəhbərlərindən bu kimi məsələlərə ciddi yanaşılmasını xahiş edirik".
Cebhe.info





Həftənin ən çox oxunanları