Yuxarı

Nazir müavini: "Afaq Bəşirqızının müalicəsi dövlətin nəzarətindədir"

Nazir müavini:

 

"Afaq Bəşirqızının müalicəsi dövlətin nəzarətindədir. Afaq Bəşirqızı Azərbaycan səhnəsinin böyük sənətkarıdır və onun sağlamlıq durumunu diqqətdə saxlayırıq".

"Report" xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Teatr Xadimləri İttifaqında keçirilən "Azərbaycan teatrı teatrşünaslıq və teatr tədqiqatı müstəvisində" mövzusunda elmi-praktiki konfransında etdiyi çıxışında səsləndirib. Ədalət Vəliyev xalq artisti Afaq Bəşirqızının əməliyyat edildiyini vurğulayıb və vəziyyətinin hazırda yaxşı olduğunu diqqətə çatdırıb. "Afaq Bəşirqızının sağlamlıq durumu hörmətli Mehriban xanım Əliyevanın nəzarətindədir. Afaq xanım böyük sənətkarımızdır. Onun tezliklə tam sağalmasını arzu edirik".





Həftənin ən çox oxunanları