Yuxarı

Fəlsəfə dərsi...

Fəlsəfə dərsi...

 felsefe (Hekayə) Heç vaxt heç bir dərsə gecikməzdim, fəlsəfə dərsindən başqa. Nəsə, həmişə gecikərdim bu dərsə. Seminar müəllimimiz elə başa düşürdü ki,  mən dərsimi oxumadığım üçün qəsdən dərsə gecikirəm. Əslində belə deyildi, bəlkə də ən yaxşı hazırlaşdığım dərs fəlsəfə olurdu. Amma dərsə gecikmək məni müəllimin gözündən salmışdı. Hər dəfə dərsdən 5-10 dəqiqə keçmiş qapını döyüb içəri daxil olanda  müəllim sözlə “buyur,gəl”, gözləri ilə isə “gec gəlib dərsi niyə pozursan”? deyirdi.  Elə bil, arsız idim, o baxışlardakı qınaq dolu ifadəni görsəm də, görməzdən gəlirdim. Sakitcə keçib bir qayda olaraq 4-cü sırada oturardum. Nə qədər mənə qəzəbli olsada, heç vaxt dərsdə qiymət problem yaşamırdım.  Həmişə bir şeyi düşünürdüm ; -Görəsən bu insanın niyə belə xaraketri var? Axı o, məni  xoşlamır, bəs niyə mənə həmişə yaxşı qiymət yazır? Axı onun mənə qarşı qəzəbi gözlərindən bəllidir. Bu suallar qarşısında çox aciz idim. Yenə seminar….Aman Allah, dərsdən 10 dəqiqə ötüb. Eybi yox, deyib yenə arsız-arsız qapını döydüm. -Salam, müəlim, gəlmək olar? Müəllim bir sözə bənd imiş sən demə. -Yox! Olmaz, olmaz və olmaz! Vəssalam! Qapını ört, zəhmət olmasa, xanım-qız! Dərs keçirik! Bu sözləri eşidəcək pərt olub, hirslə qapını çırpıb getdim. Sanki müəllim gözümdən şüşə kimi yerə düşüb cilik-cilik oldu. Amma buna baxmayaraq bu mənə dərs olmadı, yenə də gecikirdim dərsə. Bir gün heç nə deməmiş otağa girdim. Heç nə deməyib keçib oturdum. Müəllim mənə elə baxırdı ki, sanki öldürəcəkdi məni... Təbii ki, onunla küsülü idim. Seminar dərsində hər kəsi dərsə cavab verməyə çağırırdı, tək məndən başqa. Görünür, özü anlamışdı ki, ondan incimişəm. Dərs bitəndən sonra tez qaçıb jurnalı götürdüm və adımın qarşısına baxdım. Əvvəlcə elə başa düşdüm ki, yəqin gözlərim zəifləyib və sıranı düz görə bilmirəm. Dəsmalı gözlərimə sıxıb gözümü möhkəm ovuşdurdum. Aha, yox, mənim gözlərim hələ  zəifləməyib. O, mənə “10”bal yazmışdı. Doğrusu, yenə də inana bilmirdim. Günlərin birində axşamüstü idi. Dərsdən çıxıb tez-tez metroya tərəf addımlayırdım. Kimsə kölgəmi ayaqlayırdı. Arxaya baxmağa qorxurdum. Yalnız irəli addımlayırdım. Birdən tanış bir səs Gülnur dedi. Donub yerimdə qaldım ,nə edəcəyimi bilmədim. Amma səs çox tanış gəlirdi. Özümü toplayıb arxaya baxdım və müəllimi görüncə heyrətə gəldim. Dilim tutula-tutula; -buy, buy, buyur, ee yox e, buyurun. Müəllim biraz təəbəssüm edib dedi: -Əgər qorxutdumsa, bağışla. -Eybi yox, Allah bağışlasın. Buyurun. -Gülnur, mən səninlə olan anlaşılmazlığı düzəltmək istəyirəm. Düzü, bu sözü eşidəndə ilk olaraq içimdə bir ani sevinc oyandı. Amma onun o günki hərəkətini xatırlayanda bu sevincdən ürəyimdə əsər-əlamət qalmadı. Ama yenə də nəzakət göstərib dedim; -buyurun. Bir yerdə gedə bilərik? -Əlbəttə. -Çox sağ ol, Gülnur. -Mən sizi dinləyirəm. -Bilirsən mən bəzən həddindən çox özümdən çıxıram, yalınz ərk etdiyim insana qarşı beləyəm. O gün evdən əsəbi gəlmişdim, ona görə anlaşılmazlıq oldu. Bağışla, Gülnur. Sənə bir etiraf etmək istəyirəm, bütün olanlara baxmayarq, mən səni sevirəm. -Necə?! siz nə danışırsınız?! -Bəli düz eşitdin , Gülnur. Dəhşət içində əllərimi əsəbdən və həyəcandan sıxmağa başladım. -Allah bağışlayan yerdə mən kiməm axı, deyib addımlarımı daha da itiləşdirməyə başladım. Bir gün dərsə gələndə müəllimi yerində görmədim.Nə baş verdiyini soruşanda, uşaqlar mənə olanları izah etdilər. Patokun çox hissəsi müəllimdən narazı olduqları üçün dekanatla danışıb müəllimin dərs keçməyinə etiraz ediblər. Belə bir təklif irəli sürdüm; - uşaqlar,gəlin səsvermə keçirək,-müəllim getsin və ya getməsin. Mənimlə razılaşdılar. Səsvermə idi. Yenə də gecikdim. Gəlib tez otağa keçdim ki, sesvermədə iştirak edim. Cavablar elan olundu. Müəllim cavablardan hər şeyi anladı. Beşinci gün idi. Fəlsəfə dərsinin mühazirəsi idi. Müəllim otağa daxil oldu və mühazirənin adını oxudu. Mühazirəni oxumağa başlamamış  mənim fəlsəfə kitabımı götürüb bir vərəqi möhkəm-məhkəm qatladı və dedi; -Məndən yadigar qalsın, Günlur (bir az təbbəssümlə). Bunun bu hərəkətindən heç nə anlamayıb susmağı lazım bildim. Dərs qurtaradan sonra müəllim iti addımlarla otaqdan çıxdı. Həmişə “sağolun” deyərdi, amma indi “Allaha əmanət olun “deyib, sanki otaqdan qaçdı. İkinci gün idi. Seminar dərsinə elə hazırlaşmışdım ki…. Həmişə gecikirdim, amma o gün vaxtında dərsə gəlmişdim, hələ 5 dəqiqə də tez. Otağa daxil olmazdan əvvəl içəridəki sükut kooridordan məni qorxuya saldı. Bütün cəsarətimi taplayıb qapını açdım. Heç kəs yox idi, tək müəllimdən başqa. Nə olduğunu anlamadım, tez müəllimə yaxınlaşdım. Başını stoldan qaldıra bilmıyəndə qışqırıb ağlamağa başladım. Bütün günlərdən fərqli olaraq bu gün nə qədər tez gəlsəm  də artıq gec idi… (Əntiqə Səməndər)