Yuxarı

Əli Kərimlinin kitabı: Xəyanət və fərarilik səhifələri

Əli Kərimlinin kitabı: Xəyanət və fərarilik səhifələri

arif pasa Əvvəli ötən sayımızda... Əli Kərimlinin öz dəstəsi ilə birgə təşkil etdiyi qurultay şousu elə başlandığı anda fiaskoya uğradı. Ən başlıcası isə Kərimli öz çıxışında özünü tam şəkildə ifşa etdi. Bu çıxışın ən maraqlı və lətifəyə bənzər ifadəsi isə onun “Mənim kitabımda qaçmaq, fərarilik yoxdur!” – deməsi idi. Həm də Kərimli bunu öz dəstəsinə “bir neçə il bundan əvvəl çəkilib getmək istəyirdim” etirafından sonra deyirdi. Hansı ifadəsində səmimi olduğunu deyə bilmərik, amma Kərimlinin ömür kitabındakı satqınlıq, fərarilik və xəyanətləri bir-bir xatırlatmağa dəyər.    95-ci il, Arif Paşayevə qarşı xəyanət Eli Kerimli 1995-ci il Kərimovun ömür kitabında xüsusi izlər buraxıb. AXC sədrinin siyasi məsələlər üzrə müavini olan Ə.Kərimov klassik hərəkatçı, hakimiyyətlə heç bir işbirliyi olmayan AXC sədrinin birinci müavini İbrahim İbrahimlini şantaj yolu ilə doğma təşkilatından uzaqlaşdırmağı bacardı. Ardınca AXC-nin partiyaya çevrilməsinə və meydan təşkilatından kabinet qurumuna dönməsinə nail oldu. Elə həmin il yenilməz komandir, mübariz hərəkatçı Şahmərdan Cəfərov öldürüldü, Fərəc Quliyev həbs edildi. AXC-nin radikal qüvvələrinə zərbə, liberal xəttin adamı kimi Kərimovu önə çıxardı. Bundan istifadə edən “Yurd” şefi isə AXC-də öz oyununu oynamağa başladı. Elə həmin il parlament seçkilərində hakimiyyətlə separat danışıqlara gedən Kərimov mandatla mükafatlanacağına dair söz aldı. Bu seçki məsələsi AXCP-də böyük qalmaqal yaratdı. O zaman həbsdə olan Laçın alayının komandiri, AXC sədrinin müavini Arif Paşayevin partiyanın proporsional seçki siyahısına salınması haqda cəbhəçilərin tələbi də nəzərə alınmadı. Halbuki, bu baş verəcəyi halda Arif Paşayev azadlığa çıxa bilərdi. Kərimov bu addımı atmadı, həmin seçkilərdə isə özü mandat qazandı.   1997-2000-ci illər, AXCP-nin parçalanması 1997-ci ilin payızında (30 oktyabr) Elçibəyin Bakıya qayıtması partiyada onun tərəfdarlarının fəallaşması və qüvvələr nisbətinin yavaş-yavaş bərabərləşməsi istiqamətində dəyişikliklərə səbəb oldu. Lakin nə qədər ki, Elçibəy sağ idi, cəbhəçilərə səbrli olmağı məsləhət bilərək, onları Əli Kərimova qarşı kəskin hücumlardan çəkindirirdi. Onun vəfatından sonra labüd parçalanma baş verdi. Daha sonralar “Yurd”un lideri kimi təqdim olunan Əli Kərimli ilə uzun illər yanaşı mübarizə aparan şəxslərin ayrılıb özlərinə yeni partiya yaratmalarının da şahidi olmuşuq. Bu gün qətiyyətlə söyləmək olar ki, əgər AXCP-də parçlanmalar olmasaydı, indi bu qurum ölkənin ən mütəşəkkil siyasi təşkilatı idi. Əbülfəz Elçibəy xəstələndikdən və müalicə üçün Türkiyəyə yola düşdükdən sonra isə müxalifət və AXCPdaxili ziddiyyətlər daha da dərinləşərək idarəolunmaz hala gəldi. AXCP faktiki olaraq iki siyasi qanada – “islahatçılar”a və “klassiklərə” parçalandı. Partiyanın parçalanmasını istəməyən insanların göstərdikləri fədakarlıqlara baxmayaraq, bir çox hallarda kənardan idarə olunan proseslərin qarşısını almaq mümkün olmadı. 2000-ci il iyul ayının 19-da AXCP-nin “klassiklər” adlanan qanadı partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı.  Beləliklə, Milli Azadlıq Hərəkatında, Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan bir siyasi təşkilat ikiyə parçalandı. Bu hadisədən az sonra Əbülfəz Elçibəy dünyasını dəyişdi. Hadisələrin sonrakı gedişatında Ədliyyə Nazirliyi Əli Kərimlinin qrupunu AXCP kimi tanıdı. AXC yarananda İdarə Heyətinin 19 üzvü olub. Ancaq onlardan biri də Əli Kərimlinin yanında qalmayıb.Hətta 2000-ci ildə partiya parçalananda mövcud olan AXCP Rəyasət Heyətindən də Kərimlinin yanında kimsə yoxdu. İndi baxın görün onun yanında olanlarla bir “JEK”i idarə etmək olarmı? Kim ondan aralanmaq istəyirsə, şantaj edirlər. Deyirlər ki, ya hökumət satın alıb, ya da qorxaqdır. Ancaq düşünmürlər ki, bu insanlar Əli Kərimlini tanıyandan və onunla indiki hökumət arasında seçim edəndə üstünlüyü iqtidara verir. Sən niyə bu barədə düşünmürsən? Necə oldu AXC İdarə Heyətinin 19 nəfər üzvü satqın oldu, ancaq sən prinsipial oldun? Biz zaman-zaman sənin necə prinsipial olduğunu görmüşük. İndi onun qalması hakimiyyətə də sərf edir, çünki onun zaman-zaman müxalifətdə ləkələmədiyi siyasətçi yoxdur.   2005-ci il, gerçək fərarilik və qaçmaq 2003-cü il prezident seçkilərindən sonra son dərəcə ağır vəziyyət yaranmasına baxmayaraq, müxalifət qüvvələri qısa müddətdə kifayət qədər iş gördülər. Elə bir uğurlu iş aparıldı ki, artıq 2005-ci il parlament seçkiləri öncəsi ölkədə siyasi aktivlik yarandı. 2005-ci il parlament seçkiləri dünyanın diqqət mərkəzində idi. Bütün bu proses 26 noyabr mitinqində iflas edildi. Kərimlinin məşhur emosional çıxışı yəqin çoxlarının yadındadı. İsa bəy oturaq aksiyanın çox dəhşətli planların həyata keçməsinə səbəb olacağını bəyan edərkən haqlı imiş. Bu həqiqəti Kərimli də bilməmiş deyildi. Amma baş verənlər onu göstərir ki, Kərimli müxalifətin və demokratik hərəkatın taleyini yox, aldığı sifarışı üstün tutdu. Kərimlinin “Mənim kitabımda qaçmaq, fərarilik yoxdur!” sözlərindən sərməst olanlar həmin günün videokadrlarına bir də baxsınlar. Pafosla insanları oturaq aksiyaya çağıran Kərimli polis hücumundan yarım dəqiqə sonra harda idi? Qaçmaq və fərarilik necə olur bəs?!... Bütün bunlardan sonra Kərimli  yenə də heç nə olmamış kimi özünü hamıdan daha mübariz hesab edərək, özü haqqında əzabkeş obrazı formalaşdırmağa çalışıraq vaxtilə siyasi meydanda tək qoyduğu insanların, cəbhədaşlarının gözünün ortasına “mənim kitabımda qaçmaq, fərarilik yoxdur” kimi yalan söyləyir.  İndiki nəsli nəyəsə müvəqqəti olaraq inandırmaq, tarixdə baş vermiş, yaşanmış hadisələrin üzərinə müvəqqəti pərdə çəkmək olar, amma həmin dövrü yaşayan, ona şahidlik edənləri isə heç cür və heç nə ilə növbəti yalanlara inandırmaq olmaz.   Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları