Yuxarı

İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq”

İran açıq hədəfə çıxır:

İran açıq hədəfə çıxır:

İran dövləti uranının zənginləşdirilməsi proqramını davam etdirir.

Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken İranın beynəlxalq saziş əsasında üzərinə götürdüyü öhdəlikləri pozaraq, nüvə silahı əldə etməsinə yaxın olduğunu deyib.

Dövlət katibi qeyd edib ki, bundan əvvəl İranın lazımi materialları istehsal etməklə nüvə silahı əldə etməsi üçün cəmi bir neçə ay kifayət edirdi.

Lakin son həftələrdə Tehran sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaqla məşğuldur, artıq demək olar ki, hazırda onun nüvə silahı istehsal etməsinə bir neçə ay yox, cəmi bir neçə həftə qalır.

Beləliklə, ABŞ-ın yenidən sazişə qayıtmaq imkanı qalmayıb. Digər tərəfdən E. Blinken hələ də bir ümid olduğunu və İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə ABŞ-ın nüvə razılaşmasına qayıda biləcəyini vurğulayıb.

Rəsmi Tehrandan isə uranın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edib-etməyəcəyi haqqında hələlik bir açıqlama verməyib.

İran uranın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə və nüvə silahını əldə etməyə çalışarsa, ABŞ ilə müttəfiqləri bu prosesi durdura bilərmi?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”’ açıqlamasında deyib ki, İrana qarşı hərbi əməliyyatlar gözləniləndir:

"Əgər İran həqiqətən də uranın zənginləşdirilməsini başa çatdırırsa və nüvə başlıqlarını əldə edibsə, onda ona qarşı hərbi əməliyyatların başlanması labüd olacaq. Bu hərbi əməliyyatlar təkcə Amerika tərəfindən deyil, həm də İsrail tərəfindən başlanacaq. Özü də Amerika ortaya İranın nüvə proqramı ilə bağlı konkret dəlillər qoysa, BMT-də rəsmi Tehranın bu əməlini pisləyər və ABŞ-ın ona qarşı hərbi əməliyyatlar başlatmasına icazə verər. Yəni deyilənlər doğrudursa, bu təhlükəli bir tendensiya hesab olunur. Dünya kütləvi qırğın silahlarını azaltmaq istiqamətində mübarizə aparır. Əgər nüvə silahına malik olan ölkələr ailəsinə yeni bir dövlət də daxil olarsa, bu həm dünyanın, həm də İrana qonşu dövlətlərin maraqlarına uyğun deyil. Çünki bu region üçün də təhdiddir. Ona görə də əgər ABŞ Dövlət katibinin dedikləri sübuta yetirilərsə və dünya dövlətləri də buna şahid olarsa, İrana qarşı hərbi əməliyyatlar qaçılmaz olacaq, hətta bir sıra dövlətlər də bu əməliyyatları dəstəkləyə bilər”.

Politoloq hesab edir ki, hərbi əməliyyatlar başlanarsa, ilk növbədə İranın nüvə obyektləri və dövlət rəhbərlərinin binaları vurulacaq:

"ABŞ Dövlət katibi belə danışırsa, deməli onun əlində ciddi kəşfiyyat məlumatları var. Vəziyyət belədirsə, Amerika buna mane olmağa tələsəcək. Yəqin ki, İsrail də hərbi əməliyyatlara hazır vəziyyətdədir. Hərbi əməliyyatlar başlanarsa, ilk növbədə bütün nüvə obyektləri də vurulacaq, siyasi rəhbərliyin mərkəzləri də sıradan çıxarılacaq. Bundan başqa İran İnqilabı Keçikçiləri Qvardiyasının hərbiləşdirilmiş Qüds qolu sıradan çıxarılacaq. Əgər İran hərbi əməliyyatlara cavab verməyə qalxarsa, onun texnikalarını, hərbi rəhbərliyin binasını vurub məhv edəcəklər. Əhaliyə qarşı hansısa məqsədli zərər verilməsə də, aparılan əməliyyatlarda mülki itkilər qaçılmaz ola bilər. Hətta İranda proseslər belə davam edərsə, rejim dəyişikliyi də baş verə bilər. Biz qonşuda müharibə alovlarının ucalmasını istəməzdik. Azərbaycan istərdi ki, İranda əmin- amanlıq hökm sürsün. Amma eynizamanda qonşuluqda nüvə dövlətininyaranması da təhdid faktorudur”.

Əli Bədir





Həftənin ən çox oxunanları