Yuxarı

Fəxrim Abduləzimov: “Qurultaydakı seçki və Nizamnaməyə dəyişiklik demokratiyanın göstəricisidir”

Fəxrim Abduləzimov: “Qurultaydakı seçki və Nizamnaməyə dəyişiklik demokratiyanın göstəricisidir”

[caption id="attachment_1026" align="alignleft" width="363"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Qurultaydakı seçki və Nizamnaməyə dəyişiklik demokratiyanın göstəricisidir”[/caption]

“AXCP-nin  Etimad Qurultayı  möhtəşəmliyi ilə yadda qaldı. Qurultayda iştirak edən insanların sayı, səslənən şüarlar və izdiham Elçibəy dövrünü xatırlatdı”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin üzvü, iqtisadçı Fəxrim Abduləzimov deyib. F.Abduləzimovun sözlərinə görə, Etimad Qurultayı Azərbaycan demokratiyasına bir sıra töhfələri ilə yadda qaldı:

“Sentyabrın 27-də Əli Kərimlinin AXCP adına keçirdiyi qurultay qeyri-legitim olub. Əli Kərimli gizli səsverməyə cürət etmədi, özünü  99 faiz səslə sədr seçdirdi.  Niyə neçə illərdi mübarizə apardığımız demokratiya, söz azadlığı, hakimiyyət hərisliyinin nəticəsi olmur?  Səbəb budur ki, 15 ildir partiya sədri olan Əli Kərimli özü demokratiyanın nə olduğunu bilmir. Əgər biz 22 ildir ki, hakimiyyətə qarşı mübarizə aparıb prezidentin 2 dəfədən artıq seçilə bilməməsini istəyiriksə, özünü ömürlük sədr hesab edən Əli Kərimli niyə 3-cü dəfə sədr seçilir? Qurultaydakı seçki, eləcə də Nizamnaməyə dəyişiklik demokratiyanın göstəricisi oldu.AXCP-nin Etimad Qurultayı isə seçkinin gizli, alternativ qaydada keçirilməsi ilə bir daha sübut etdi ki, ölkədə demokratiya istəyən insanlar bizimlə olmalıdır”.

Nizamnaməyə edilən dəyişikliyə gəlincə,  F.Abduləzimov qeyd edib ki, AXCP-nin sədri Razi Nurullayevin fikirlərini dəstəkləyir: “Sədr öz çıxışında bildirdi ki, partiya heç kimin gəlir mənbəyi, sərvəti və şəxsi mülkü deyil. Heç kim partiya sədrliyinə iki dəfədən artıq sədrlik edə bilməz. Biz AXCP olaraq sədri iki dəfədən çox seçməyəcəyik. Növbəti qurultaylarda istənilən cəbhəçi namizədliyini irəli sürüb, AXCP sədri ola bilər”.

Vilayət





Həftənin ən çox oxunanları