Yuxarı

AXCP xalqın müxalifətə etimadını bərpa edəcək

AXCP xalqın müxalifətə etimadını bərpa edəcək

12143172_1121109624622505_5522989178875595656_n

AXCP sədri Əli Kərimlinin partiyada yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq keçirilən Qurultayın əsas məqsədi, hüquqi yolla AXCP adını Əli Kərimlidən almaqdır. Gözlənildiyi kimi Qurultay demokratik situasiyada və möhtəşəm alındı və yeniliklərlə yadda qaldı. AXCP ilk dəfə olaraq, sədr seçkisini alternativ qaydada keçirdi, sədr gizli səsvermə ilə seçildi. Razi Nurullayev Əbülfəz Elçibəydən sonra XalqCəbhəsində demokratik səsverməylə seçilən ilk sədri oldu.

Qurultaydan çıxan əsas nəticələr bu oldu ki, AXCP xalqın müxalifətə etimadını bərpa edəcək və AXCP-nin Rusiyameylli imicini təmziləyəcək. Ona görə ki, Qurultayda Avrointeqarasiya kursu artıq Nizamnamə kursu kimi qəbul edilib. Qurultayın dinamikliyi, yeni sistem, alternativli və müddətli sədr seçkisi Əli Kərimlinin avtoritar imicinə zərbə vurduğu üçün “Yurd” liderinin ətrafında olanlar cəbhəçilərə qarşı hücuma keçdilər. Ənənəyə uyğun olaraq, hücumlarda Əli Kərimli cəbhəsinin əsas arsenalı söyüş və təhqirlər oldu. Qurultaya əks mövqedə duranlar başa düşürdülər ki, AXCP söyüş və təhqir siyasətinə son qoyur və sivil mübarizə metodunu gündəmə gətirir. Bu həm də Azərbaycan siyasət tarixi dönəmində yeni dönəmin başlanğıcı deməkdir. Bunu əslində Əli Kərimli və ətrafı da başa düşür. 18 oktyabr Qurultayının yeni siyasi dönəm olmasını sübut edən bir sıra ciddi faktorlar var. Məsələn, bunu Əli Kərimli ilə yanaşı Qurultaya sərt mövqe ortaya qoyan Müsavat Partiyasının başqanı Arif Hacılının açıqlamasından da görmək olar. A. Hacılı “Razi Nurullayevin yox, Əli Kərimlinin cəbhəsini tanıdığını bildirdi”. Əlbəttə bu məsələni Arif Hacılının şəxsi yanaşması kimi qəbul etmək olar. Lakin, Müsavatın belə bir mövqe ortaya qoyması digər  mətləblərdən də xəbər verir. Bunları təqribən belə sıralamaq olar. Birincisi, bu, Azərbaycan müxalifətində Əli Kərimli dönəminin qapanmasının etirafıdır. Nəzərə alsaq ki, Əli Kərimlinin cəbhəsi ilə Müsavat arasında “soyuq müharibə” gedir, belə bir vəziyyətdə Arif Hacılının bu fikirləri səsləndirməsi Əli Kərimlinin düşdüyü vəziyyətə ironik münasibət sayıla bilər.

İkincisi, Əli Kərimlinin şəxsi xahişi ilə bu addım atılıb və Arif Hacılıya itirlmiş nüfuzunu (guya ki Əli Kərimli nüfuz yiyəsidir?-müəl.) bərpa edək ki, yalançı mesaj verilib və Arif Hacılı da bunu qəbul edib. Çünki Arif Hacılının Müsavat başqanı seçilməsindən sonra partiyada yaranan narazılıq Müsavatı tam iflic edib.

Üçüncüsü isə Arif Hacılı həm də parlament seçkisi prosesində uduşa hesablanmış addım atır. Daha doğrusu, dolayısı ilə hakimiyyətə mesaj verir ki, mandatsız qalsam indiyə kimi düşmən saydığım Əli Kərimlinin yanında dayana bilərəm.

Dördüncüsü isə AXCP-də baş verən yeniləşmənin Müsavata tam mənada sirayət etməsi və gənclərin revanşından çəkinməkdir.

Arif Hacılının durduğu yerdə qəfil açılqaması yalnız bu ehtimallardan doğan fikirlərdir. Yoxsa “qarğa mən də qoz var”-a nə ehtiyac vardı ki?!!

Əfqan





Həftənin ən çox oxunanları