Yuxarı

“Nizamnaməyə dəyişiklik sədrlərin kreslo sevdasına son qoydu” - AXCP şöbə sədri

“Nizamnaməyə dəyişiklik sədrlərin kreslo sevdasına son qoydu” - AXCP şöbə sədri

ferehim cemilzade

“AXCP-nin 18 oktyabrda keçirdiyi Etimad Qurultayının coşqulu və izdihamlı keçməsi heç kimin gozundən qaçmadı. Razi Nurullayevin səsləndirdiyi fikir və konkret olaraq hakimiyyətin qarşısında qoyduğu tələblər böyük dəstək qazandı. Bu tələblər əsasən əhalinin sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması barədə oldu”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP Cəbrayıl rayon şöbəsinin sədri Fərəhim Cəmilzadə deyib. AXCP Nizamnaməsinə edilən dəyişikliklərlə münasibət bildirən Fərəhim Cəmilzadənin sözlərinə görə, diqqətçəkən və bəyənilən məsələlərdən biri də məhz bu məqam olub: “AXCP sədrinin seçilmə müddəti 2 dəfəyə endirildi ki, bu da partiya sədrlərinin kreslo sevdasına son qoydu. Partiya sədrləri xalqın maraqlarına xidmət etmək üçün seçilir. Ömürlük partiya sədri olanların demokratiyadan danışmağa nə haqqı, nə də hüququ çatır. Digər dəyişiklik isə Avrointeqrasiya ilə bağlı oldu. Avrointeqrasiya artıq AXCP-nin nizamnamə tələbidir və bu bizim üçün prioritet məsələ olacaq”.

Sədr seçimində 3 namizədin iştirakı və gizli səsvermənin keçirilməsini “tarixi hadisə” adlandıran şöbə sədri “Qurultayda iştirak edənlərin hər biri bu tarixi hadisəni yüksək qiymətləndirdilər. Bu günə qədər keçirilən qurultaylarda bu cür demokratik, legitim seçkilərə rast gəlmirdik. Möhtəşəm Etimad Qurultayından sonra hər kəs AXCP olaraq bizi tanıyacaq”,- deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları