Yuxarı

“Biz əsil AXCP kimi Razi Nurullayevin sədr olduğu partiyanı tanıyırıq”

“Biz əsil AXCP kimi Razi Nurullayevin sədr olduğu partiyanı tanıyırıq”

cavid memmedzade“Razi Nurullayev gənclərin fəaliyyətini yüksək qiymətləndirən, siyasi arenada söz sahibi olan böyük şəxsiyyətdir”. Bunu Cebhe.info-ya açıqlamasında “Ağ blok”un İdarə Heyətinin üzvü Cavid Məmmədzadə bildirib. Onun sözlərinə görə, AXCP-nin Əli Kərimli qanadı əsil AXCP, yəni Razi Nurullayevin rəhbərlik ediyi partiya ilə sağlam mübarizə aparmır: “Onların apardığı mübarizə əxlaq normalarına sığmır.

Razi Nurullayevin ətrafında olan insanlar tərəfindən nə bir təhqirə, nə bir söyüşə yol verilir. Qarşı tərəfin işi isə saxta profillərlə Razi Nurullayevi və ətrafında olan insanları təhqir etməkdir. Bu onu göstərir ki, onların siyasəti yanlışdır. Biz əsil AXCP kimi Razi Nurullayevin sədri olduğu partiyanı tanıyırıq. Hər kəs də bilir ki, Elçibəy ideologiyasının, ənənələrinin davamçıları məhz Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-dir. İnanıram ki, Razı Nurullayev Elçibəy ənənələrinə sadiq qalacaq və AXCP-ni yenidən quraraq böyük uğurlara imza atacaq. Cavid Məmmədzadə deyib ki, Razi Nurullayevin uğurlu siyasəti, AXCP-ni yenidən qurması bəzi partiya liderlərində qısqanclıq yaradıb: “Ona görə də bəzi partiya liderləri qərəzli mövqe sərgiləyirlər. Əslində isə hər şey göz qabağındadır. Əli Kərimli 99 faiz səslə sədr seçilirsə, deməli, onların keçirdiyi qurultay legitim deyil və saxta yolla seçilib. Razi Nurullayev isə 2 alternativ sədrliyə  namizədlə seçkiyə qatılıb və gizli səsvermə ilə seçilib.

Sədr olmaq üçün mübarizə aparan digər namizədlər öz çıxışlarında seçkinin demokratik yolla keçirildiyini təsdiq etdilər. Hesab edirəm ki, yenilənmiş AXCP quruldu və müxalifətə yeni nəfəs gətirdi”. Cavid Məmmədzadə Arif Hacılının “AXCP olaraq Əli Kərimlini tanıyırıq” sözlərinə də münasibət bildirib: “Arif Hacılıya demək lazımdır ki, siz sədr seçiləndə Əli Kərimli heç sizi təbrik belə etmədi. Milli Şura mitinq təşkil edəndə sizi heç tribunaya  dəvət etmədi. Mitinqdə elan olunmadı ki, burda Müsavat Partiyasının başqanı iştirak edir. Arif Hacılı nə oyun oynadığından heç özü də baş açmır. Arif Hacılı bilməlidir ki, hansı yolla Müsavat başqanı seçilib. Tural Abbaslı və gənclər necə sıxışdırılıb, Qubad İbadoğlu onu dəstəkləyənlərlə birlikdə partiyadan gedib. Arif Hacılı özü bilməlidir ki, Müsavat Partiyasını necə idarə edir, yüzlərlə insan partiyadan istefa verib gedib.

Düşünürəm ki, Arif Hacılının dediyi sözlər ancaq qisqanclıq və qıcıq hissindən qaynaqlanır. Razi Nurullayev 3 ay hazırlıq nəticəsində möhtəşəm qurultay keçirdi, ancaq Arif Hacılı illərlə hazırlaşdığı qurultayı bu cür möhtəşəmliklə keçirə bilmədi”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları