Yuxarı

Tanınmış jurnalist Razi Nurullayevi dəstəklədi

Tanınmış jurnalist Razi Nurullayevi dəstəklədi

[caption id="attachment_1364" align="alignleft" width="243"]Elcin Bayramli Elçin Bayramlı: “Cəmiyyət marginallaşmış Əli Kərimli qrupunu yox, demokratik yolla sədr seçilmiş Razi Nurllayevi qəbul edir”[/caption]

“Razi Nurullayev adamları başqa qitədən gətirməyib”

“Əli Kərimlinin avtoritar üsul-idarəsinə, onun anti-milli fəaliyyətinə etiraz edən narazı cəbhəçilər təşkilat komitəsi yaratdılar və etimad qurultayı kecirdilər. Razi Nurullayev 57 rayon şöbəsinin, 1200 nəfərin iştiraki ilə qurultayda sədr seçildi. Son illərdə heç bir müxalifət partiyası belə böyük qurultay keçirə bilməmişdi”.

Bunu cebhe.info-ya açıqlamasında “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış jurnalist Elçin Bayramlı deyib. Onun sözlərinə görə, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP müxalifətdə demokratik ənənənin əsasını qoydu: “27 sentyabr qurultayında avtoritar idarə üsuluna üstünlük verən Əli Kərimli isə 99% (!) səslə sədr seçilib. Təkcə bu fakt onun qrupundakı vəziyyəti aydın göstərməyə kifayət edir. Razi Nurullayev adamları başqa qitədən gətirməyib. AXCP-nin əsas fəalları kütləvi şəkildə Əli Kərimlinin yanından uzaqlaşıb Razi Nurullayevin rəhbərliyi ilə yenidən formalaşmış AXCP-yə üzv olublar. Əli Kərimli başqalarını qınamaqdansa düşünməlidir ki, adamlar niyə ondan üz çevirir. Cəmiyyət artıq çoxdan marginallaşmış Əli Kəriminin qrupunu yox, demokratik seckidə sədr seçilmiş Razi Nurullayevi  qəbul edir”.

E.Bayramlı deyib ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP xalqa yönəlik siyasət yürütdüyündən getdikcə əsas müxalifət partiyasına çevriləcək”.

Mərkəz rəhbərinin fikrincə, reallığı nəzərə alan  Ədliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi təşkilatı AXCP kimi tanıya bilər: “Fikrimcə, Əli Kərimlinin yanından ayrılan və əsil AXCP-yə keçənlərin sayı getdikcə artacaq və beləliklə də, Əli Kərimli tək qalacaq. Bu, qanunauyğundur. Öz xalqına qarşı, xarici dairələrin sifarişi ilə mübarizə aparan “liderin” sonu belə də olmalıdır. Razi Nurullayev isə AXCP-nin itirilmiş nüfuzunu, xalq arasında etimadını bərpa etməyə çalışdığından onun rəhbərlik etdiyi partiya gedikcə daha da güclənəcək.

Çünki, yeni liderin heç bir dövlətə bağlılığının olmadığı, hər hansı bir səfirdən təlimat almadığı, hakim partiya ilə normal, demokratik rəqabətə üstünlük verdiyi məlumdur. Düşünürəm ki, artıq Azərbaycanda əsil siyasi partiyanın necə olmalı olduğu haqda bir numunə var”.





Həftənin ən çox oxunanları