Yuxarı

AXCP üzvü: "Arif Hacılı qarşısına gələn rəqibdən çəkinir"

AXCP üzvü:

arif hacili

“Arif Hacılı qarşısına gələn rəqibdən - Razi Nurullayevdən çəkinir. Bir zamanlar Müsavat Əli Kərimlidən qorxub, Mirmahmud Mirəlioğlunu dəstəklədi. İndi Razi Nurullayevdən qorxub Əli Kərimlini dəstəkləyirlər. Müxalifətdə güclü rəqibin olması onları narahat edir. Güclü komanda, güclü siyasi kurs, xalqın istəyini yerinə yetirən təşkilat, ictimai rəyə qarşılıq verən, xalqın iradəsini əsas götürən rəhbər bütün partiya sədrlərinə ciddi rəqib olacaq. Ona görə ki, xalqın dəstəyini alacağı labüddür”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP üzvü Cavid Musazadə deyib. Cavid Musazadənin sözlərinə görə, tükənmiş siyasilərə hərdən bu barədə xatırlatmaq lazımdır: “Bəzi məqamlarda adamlara özlərinin kimliyini xatırlatmaq borcumuzdur. Arif Hacılı kimi siyasilər gündəmdə qalmaq üçün bu cür yollara əl atırlar. Bu, saman çöpündən yapışıb xilas olmağa çalışmaqdır. Ancaq bu fırtına hələ çox siyasiləri batıracaq. Biz həm də ənənəvi müxalifətin ənənəvi oyunlarını pozmuşuq. Bunlar həmişə narazı kütləni özlərinin ana müxalifət oyunbazlıqları ilə məşğul ediblər. Beləcə illərlə rejim möhkəmlənib, xalqı dövlətdən kənarlaşdırıb. Müxalif düşüncəli xalq bunların sayəsində ömrünü fəda edib. İndi biz ənənəvi oyunlara mane olmuşuq. Bu səbəbdən səmimi mübarizə aparan insanların toplanması, səmimi siyasətə üstünlük verənlərin birləşməsi bu ənənəvi oyunbazlara zərərdir. Dünənə kimi bir-birini pisləyən, şərtli dialoqlara şantajla cəlb edilən reytinqini itirmişlər indi kimisə tanımaqdan danışırlar. Cəmiyyət artıq onları müxalifət siyahısından silib. Onlar bizim sayəmizdə hələ çox gündəmdə qalmağa çalışacaqlar. Xalq hər zaman olduğu kimi, bu gündə onların qiymətini verib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları