Yuxarı

Sabiq Məclis sədri: “Əli Kərimli özü sədrlikdən getməlidir"

Sabiq Məclis sədri: “Əli Kərimli özü sədrlikdən getməlidir

rufet eliyev

“Əli Kərimlinin mitinqə çağırış edəcəyi gözlənilən idi. Parlament seçkilərinə qədər olan susqunluqdan sonra bu addımın atılacağı sürpriz olmadı. Ümumiyyətlə, AXCP, Müsavat və ya digər partiyalar hansı fəailiyyətlə məşğul olur ki? İldə iki dəfə yazda, iki dəfə payızda mitinq keçirirlər, ildə 1 dəfə Rəsulzadənin, bir dəfə də Elçibəyin məzarını ziyarət edirlər.

Onların fəaliyyəti ancaq bundan ibarətdir. Müsavat Partiyası mitinq keçirir, 200-ə yaxın adam gəlir, bunu reklam edirlər. Təsəvvür edin, mitinqə 400 nəfər gəlsəydi, bunlar ana müxalifət iddiası ilə çıxış edərdilər. Seçkidən sonra planlaşdırılan mitinqlər də nəticəsiz qalacaq”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadından istefa verən Nərimanov rayon şöbəsinin sabiq Məclis sədri Rüfət Əliyev deyib. Mitinqlərdə iştirak edən insanların sayının xeyli azalması səbəblərinə toxunan sabiq sədr bildirib ki, bunun günahını təkcə müxalifət partiyalarında axtarmaq ədalətsizlik olar: “Bizim ölkəni korrupsioner dəstə idarə edir. Hakimiyyətin apardığı bu cür yanlış siyasət həm müxalif fikirli insanlara, həm də müxalifət partiyalarına təsir edir. Təbii ki, müxalifət partiya liderlərinin də zaman-zaman yanlış siyasət aparırlar. Bu partiyalarda bu cür yanlış qərarların nəticəsində küncə sıxışdırılmağa məcbur qalırlar. Müxalifətin hər seçkidə məğlubiyyəti, heç bir nəticə əldə edə bilməməsi gətirib bu cür vəziyyətlərə çıxarır. Ölkədə siyasi mühit yoxdur”. Müxalifət düşərgəsində baş verən proseslərə münasibət bildirən Rüfət Əliyev “Müxalifət partiyalarında artıq təmizlənmə işləri başlayıb və tendensiya davam edəcək. Ümumiyyətlə, partiya liderləri demokratiya prinsiplərinə riayət etməlidir. Bir dəfə etimad göstərilib kimisə sədr seçirlərsə və o, heç bir nəticə qazanmırsa, artıq o özü sədrlikdən getməlidir. Bu preseslər AXCP-də və digər partiyalarda da baş verdi və düşünürəm ki, davamlı olacaq”,- deyə vurğulayıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları