Yuxarı

“Kreml təkcə SSRİ-ni yox, Qızıl Ordanı dağıdanları da məhkəməyə verə bilər”

“Kreml təkcə SSRİ-ni yox, Qızıl Ordanı dağıdanları da məhkəməyə verə bilər”

kremlRusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov SSRİ-nin dağılmasının Baş Prokurorluq tərəfindən araşdırılmasını təklif edib. Deputat baş prokuror Yuri Çaykaya müraciət edərək, SSRİ-nin dağılması səbəblərini, qərarın legitimliyi və qanunauyğunluğunu araşdırmağı, həmçinin SSRİ-nin dağılmasında günahkar olanların cəzalandırılmasını istəyib.

Fedorovdan əvvəl isə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski SSRİ-ni parçalamaqda ittiham etdiyi Mixail Qorbaçovu məhkəməyə verib. Məsələni Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynli bildirib ki, əgər hansısa hadisənin üzərindən 10-15 il keçirsə, bu hadisə zaman aşımına uğrayır və hüquqi dəyərini itirir.  Q. Hüseynlinin sözlərinə görə, SSRİ-nin dağılması ictimai inkişafın qanunauyğunluğu idi: “Əgər Kreml sübut edə bilsə ki, SSRİ-ni kimsə dağıdıb, heç nə dəyişməyəcək. Çünki SSRİ-ni dağıdan adamların əksəriyyəti ölüb. Rusiya Sovet İttifaqının varisidir, amma heç kəs bu hadisənin baş verməsinin araşdırılması tarixi missiyasını onun öhdəliyinə verməyib. Kreml Çar Rusiyasının dağılmasını da məhkəmə obyekti edə bilər. Çar Rusiyası indiki Rusiyanın mahiyyətinə daha çox uyğun gəlirdi. Rusiya hakimiyyəti Qızıl Ordanın dağılması məsələsini də məhkəmə müstəvisinə çıxarsa, bu, heç kəsi təəccübləndirməyəcək. Çünki Qızıl Orda da indiki Rusiya ərazilərində türklərin yaratdığı dövlət idi. Rusiya hakimiyyəti tarixin obyektiv və labüd inkişafı haqqında nəzəriyyəni dərindən bilsə, məsələyə bu nöqteyi-nəzərdən yox, fəlsəfi nöqteyi-nəzərdən yanaşıb belə məsələlərdə baş sındırmazdı”.

Mənsur





Həftənin ən çox oxunanları