Yuxarı

Artur Rəsizadə istefa verəcək?..

Artur Rəsizadə istefa verəcək?..

[caption id="attachment_415" align="alignleft" width="250"]Ehtiram Mehtiyev Ehtiram Mehtiyev: “Kresloya yapışmış insanlar istefa verməlidir”[/caption] [caption id="attachment_730" align="alignleft" width="351"]Xezer Teyyublu 231010 Xəzər Teyyublu: “Artur Rəsulzadəni çox incitmədən təqaüdə göndərmək vaxtı çoxdan çatıb”[/caption]

Gürcüstanın demokratik yolla seçilmiş baş naziri İrakli Qaribaşvili ötən gün istefa verdi. 33 yaşlı perspektivli, demokratik yolla seçilmiş İ.Qaribaşvilinin istefası Gürcüstanda baş versə də, təəccüblənənlər Azərbaycanda oldu. Yəqin ki, Azərbaycanda bu cür hadisələrin baş verməməsi bizim üçün bu istefanı bu qədər qeyri-adi hadisəyə çevirdi. Cebhe.info olaraq bununla bağlı Azərbaycanda fəaliyyət göstərən siyasət partiyalarından münasibət öyrəndik.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda bu cür istefaların baş verməməsinin səbəbi vəzifələrin təyinatla verilməsidir: “Bizdə gərək hansısa nazir dünyasını dəyişsin ki, onun yeri boşalsın. Eks-prezident Mixail Saakaşvilinin böyük xidmətləridir ki, Gürcüstanda demokratik seçkilərin keçirilməsi ənənəsini qoya bildi. Artıq 15 ildən çoxdur ki, prezident ən çox 2 dəfə seçilir, ölkə parlament idarəsinə keçirilib, siyasi partiyalara önəm verilir, parlament demokratik qaydada formalaşır”. Azərbaycanda isə tam əksinə bir mühüt formalaşıb deyən X.Teyyublu qeyd edib ki, KXCP dəfələrlə ölkənin parlament üsuli-idarəsinə keçməsinin tərəfdarı kimi çıxış edib: “Eyni zamanda Azərbaycanda demokratik seçki keçirilməsinə nail olmaq vacib məsələlərdən biridir. Ölkədə 57-dən çox siyasi partiya qeydiyyatdan keçib. Bu partiyaları seçkiyə buraxmaq lazımdır. Hər kəs öz gücünü seçkilərdə sınamalıdır və mandatını xalqdan almalıdır. Ancaq çox təəssüflər olsun ki, bu idarəçilik siyasi sistemi bərbad vəziyyətə qoyub. Ölkədə hər bir vəzifə konkret olaraq təyinatla verilir. Axırıncı parlament seçkisində də bu, çox açıq özünü büruzə verdi ki, hətta deputat mandatı belə təyinatla verilir. Eyni zamanda Nazirlər Kobineti və Konstitusiyaya görə, ölkənin ikinci adamı baş nazir postuna təyinat əsasında verilir.

Artur Rəsizadə zamanında mühüm dövlət strukturlarında işləmiş insandır. Ancaq bütün hallarda demək lazımdır ki, bu məsələlər öz həllini çoxdan tapmalı idi, Artur Rəsizadəni də çox incitmədən, əziyyət vermədən fəxri təqaüdə yola salmağın çoxdan vaxtı çatıb. Azərbaycanda gərək hansısa vəzifə sahibi dünyasını dəyişsin ki, o vəzifə yeri boşalsın. Bunun da yeganə səbəbi ölkədə demokratik mühitin olmasıdır, demokratik seçkilərin keçirilməməsidir”. AXCP sədr müavini Ehtiram Mehtiyev Cebhe.info-ya deyib ki, Gürcüstanın demokratik yolla seçilmiş baş naziri İrakli Qaribaşvili istefasının səbəblərini açıqlamasa da, pərdəarxası məqamlar var: “Gələn il Gürcüstanda parlament seçkiləri keçiriləcək. İrakli Qaribaşvilinin istefasının 2016-cı ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqəsi olduğunu düşünürəm. Qaribaşvili Gürcüstanın həm də keçmiş daxili işlər naziri olub. İrakli Qaribaşvili nazirlikdəki işi zamanı sübut etdi ki, o, baş nazir vəzifəsinə də layiqdir. Və demokratik yolla baş nazir postuna seçildi. Ümumiyyətlə, son on illiyə nəzər yetirsək görərik ki, Gürcüstanda həqiqətən də uğurlu köklü islahatlar ölkənin beynəlxaq imicinə müsbət təsir göstərib. Şvardnadzeden sonra ölkə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir”. Sədr müavini qeyd edib ki, bu gün Gürcüstanla Azərbaycanı müqayisə etsək, tam əksinə siyasi proseslərlə qarşılaşarıq. “Azərbaycanda müxalifət partiyalarına olan ögey münasibət, seçkilərin saxtalaşdırılması, müxalifətin parlamentə buraxılmaması və mandatın təyinatla verilməsi bizdə demokratik mühitin ümumiyyətlə, olmamasının göstəricisidir. Azərbaycanda baş nazir demək olar ki, bütün siyasi proseslərdən uzaqdır. Heç vaxt hansısa bir məsələyə münasibət bildirmir, açıqlama vermir. Hesab edirəm ki, heç istefa vermək haqda isə ümumiyyətlə, düşünmür belə. Halbuki Artur Rəsulzadənin istefa vermək vaxtı çoxdan gəlib çatıb. Azərbaycan siyasətində gənc, perspektivli, enejili insanlara ehtiyac var. Bu insanlara yol açmaq isə kresloya yapışmış insanların istefa verməsindən və seçkilərin demokratik şəraitdə keçirilməsindən keçir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları