Sərdar Cəlaloğlu: “Qərb demokratik cəmiyyətin qurulmasını tələb edir” Sülhəddin Əkbər: “Ətrafı da prezidentə mane olur” Azərbaycanın siyasi məhbus məsələsi həll olunmamış qalır. Martın 17-də prezidentin sərəncamı ilə məhbusların bir qismi (14 nəfər) azad olunsa da, ABŞ və Avropa İttifaqının diqqət mərkəzində olan siyasilərin bir hissəsi hələ də həbsdədir. Aprelin sonunadək REAL Hərəkatının sədri İlqar Məmmədov, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi və “Nida” Hərəkatından İlkin Rüstəmzadənin azad olunacağı deyilsə də, gözləntilər öz əksini tapmadı. Seymur Həzinin apellyasiya şikayəti təmin olunmadı, İlqar Məmmədov və Xədicə İsmayılın məsələlərinə nə vaxt baxılacağı naməlumdur. İlkin Rüstəmzadənin və digərlərinin də taleyinin nə olacağı bilinmir. Lakin hakimiyyətin Qərb və ABŞ-dan növbəti təzyiq dalğasına tuş gəlməməsi üçün adıçəkilən siyasi məhbusları mayın 10-dək azad edəcəyi deyilir. Gələn məlumatlara görə, Qərb rəsmi Bakıya mayın 10-dək vaxt verib. Verilən vaxtadək məsələ öz həllini tapmayacağı təqdirdə Azərbaycana qarşı ABŞ Konqresi və Avropa İttifaqından sanksiya layihələrinin gündəmə gətiriləcəyi deyilir. ABŞ-dan Azərbaycana dəstək vədi ABŞ Dövlət katibininin köməkçisinin müavini Kurt Tonqun Bakı səfərində bir sıra təklif və mesajların hakimiyyətə çatdırıldığı bildirilir. Qeyd olunur ki, ABŞ-ın yenidən insan haqları məsələsini rəsmi Bakının qarşısında qaldırması Rusiyanın Ermənistan və Azərbaycan arasında yaşanan gərginlikdən istifadə edərək, Cənubi Qafqazda öz manevr imkanlarını genişləndirmək cəhdlərindən qaynaqlanır. Demokratik və siyasi islahatların Rusiyanın qıcığına səbəb olacağını bilən ABŞ-ın Kremlin həmlələri qarşısında Azərbaycana dəstək olacağı vədinin verilməsi də ehtimallar arasındadır. Qeyd olunur ki, dolayısı ilə hakimiyyət tərəfindən sistemli dəstək məsələsi Vaşinqtona çatdırılıb, ABŞ rəhbərliyi də buna müsbət cavab verib. Qarşılıqlı və strateji əlaqələrin möhkəmləndirilməsi yönündə atılan addımlardan ilkini kimi siyasi məhbusların azad olunması göstərilir. Rusiyanın “5-ci kolonu” funksiyasını yerinə yetirən diplomatların siyasi arenadan uzaqlaşdırılacağı da ehtimal olunur. Rəsmi Bakının Rusiyanın təzyiqləri qarşısında dözüm gətirib ABŞ-ın istədiyi islahatlara gedəcəyi halda yaxın aylarda Azərbaycanda müsbət dəyişikliklərin olacağı gələn məlumatlar arasındadır. “Rusiya Azərbaycanı işğal etmək istəyir” Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə bildirib ki, Azərbaycan - Qərb münasibətləri yalnız insan haqları və siyasi məhbus məsələlərindən asılı deyil. S.Cəlaloğlunun sözlərinə görə, Qərb Azərbaycandan sivil və demokratik cəmiyyətin qurulmasını tələb edir: “Bu gün buraxılan, sabah həbs olunanlar arasında Qərb oyun qurmur. Siyasi məhbus məsələsi humanizm baxımından Qərb üçün prioritetdir. Bu, Azərbaycanda siyasi islahatların aparılmasının sübutu kimi də lazımdır. Hesab etmirəm ki, Qərb - Azərbaycan münasibətləri 3-4 siyasi məhbusun azad olunmasından asılı olacaq”. ADP sədri hesab edir ki, Azərbaycanda demokratik və siyasi islahatlarının aparılmamasında Rusiyadan olan təzyiqlərin müstəsna rolu var: “Ukrayna Avropa İttifaqına yaxınalaşan kimi Rusiya bu ölkənin ərazilərini işğal etdi. Gürcüstan Qərbə inteqrasiya etdi ərazilərinin böyük hissəsini itirdi. Azərbaycan Qərbə yaxınlaşan kimi Rusiya Dağlıq Qarabağ ətrafındakı münaqişəni qızışdırdı. Müharibə riski günü-gündən artır və Rusiya Azərbaycanı işğal etməklə hədələyir. Moldova və digər respublikalarda da demokratikləşmə istiqamətində bir addım atılan kimi Rusiya dərhal bunların qarşısına əngəllər çıxarır. Azərbaycan hakimiyyətinin daxilində də ölkənin demokratiyadan uzaqlaşmasında maraqlı olan qüvvələr var. Rusiyanın da rolu bir nömrəlidir. Azərbaycan da Rusiyanın təzyiqləri altında olduğuna görə, öz daxili siyasətini müstəqil şəkildə müəyyənləşdirə bilmir”. “Sən heç kəsi inandıra bilməzsən ki...” Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə deyib ki, siyasi məhbus və insan haqları məsələləri qəti şəkildə həll olunmalıdır. S.Əkbər qeyd edib ki, Avropa Şurası və ATƏT-in üzvü olan, öz Konstitusiyasına görə demokratik respublika elan olunmuş bir ölkədə bir siyasi məhbus belə olmamalıdır: “Bu süni şəkildə yaradılmış bir problemdir. Bunu məqsədli formada Rusiyanın Azərbaycan hakimiyyətindəki “5-ci kolon”u yaradıb. Azərbaycanın demokratikləşməsi və Qərbə inteqrasiyasının qarşısını almaq üçündür. Eyni zamanda Azərbaycan dövlət başçısının Avropa və ABŞ-a yaxınlaşmasının qarşısını almaq məqsədi güdür. Dövlət başçısı bunu anlamalıdır. Bu qədər açıq məsələnin anlaşılmaması təəssüf yaradır. Beynəlmiləlləşmiş bir problemi, ərazi bütövlüyü məsələsi beynəlxalq gündəlikdə olan bir dövlətin bu məsələni süni şəkildə gündəlikdə saxlamasını anlamaq çətindir. Çünki siyasi məhbus olan ölkədə sən inandıra bilməzsən ki, biz erməni vətəndaşlarımızın hüquqlarının qorunacağına təminat verəcəyik. Bunu heç kəsə inandıra bilməzsən”. Sülhəddin Əkbərin sözlərinə görə, prezidentin yaxın ətrafı Azərbaycanın azad dünyaya inteqrasiyası qarşısında bir sipərdir: “Eyni zamanda dövlət başçısının xalq və demokratik qüvvələrlə arasında əngəldir. Prezidentin düzgün addım atmasına imkan vermirlər. Əgər prezident qısa zamanda xalqı, demokratik qüvvələr və demokratik dünya ilə bir araya gəlməsə, onun Rusiya qarşısında duruş gətirməsi qeyri-mümkün olacaq”. M.Rəğbətoğlu
- Ana səhifə
- Siyasət
- Rusiya hansı nazirləri qoruyur?
Rusiya hansı nazirləri qoruyur?
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi