Yuxarı

Vahid Qərar Şurası ilə bağlı İşçi Qrupu yaradılır

Vahid Qərar Şurası ilə bağlı İşçi Qrupu yaradılır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təklif etdiyi Vahid Qərar Şurasının (VQŞ) yaradılması ictimayyətdə geniş müzakirələrə səbəb oldu. AXCP-nin Beynəlxalq Mətbuat Mərkəzində təşkil etdiyi VQŞ-nin ictimai müzakirəsində iştirak edən müstəqil ekspertlər, siyasi partiya funksionerləri, ziyalılar bu təklifin vacibliyini vurğulayıblar. Tədbir zamanı işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul olunub.

Sözügedən qərarın icrasıyla bağlı Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev cəmiyyətin hər bir zümrəsindən dəstək gözlədiklərini və bu dəstəyi aldıqlarını vurğulayıb:

“Vahid Qərar Şurasının son tədbiri onu göstərdi ki, bu gün cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində birgə səy göstərməyə hazırdır. Biz bu məsuliyyəti partiya olaraq öz üzərimizə götürdük. Lakin İşçi Qrupu formalaşdıqdan sonra bu, bir daha müzakirə olunacaq. Çünkü müzakirəyə sonradan qoşulan ictimai fəallarla fikir mübadiləsinə ehtiyac var. Vahid Qərar Şurası Azərbaycan xalqına xidmət etməlidir. Dağlıq Qarabağ münaqişəsinin həllində partiyalar, ictimai fəallar, təşkilatlar, QHT-lər, jurnalistlər - bir sözlə, bütün cəmiyyət iqtidar- müxalifət münasibətlərini, çəkişmələri kənara qoyub həmrəylik göstərməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları