Yuxarı

AXCP sədri Türkiyədə baş verən terroru pislədi

AXCP sədri Türkiyədə baş verən terroru pislədi

“Qardaş Türkiyədə, İstanbul hava limanında baş verən və çoxlu insan tələfatı ilə nəticələnən terror aktını lənətləyir, türk bacı və qardaşlarımıza dərin hüznlə başsağlığı verirəm. Allah bütün terrorçulara, sifariş edən və yerinə yetirənlərə lənət etsin. Bu ağır gündə Türkiyənin yanındayıq. Əfsuslar olsun ki, dərdlərini azaltmağa, məlhəm olmağa söz deməkdən başqa çarəmiz yoxdur”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev Türkiyədə Atatürk Hava Limanında baş verən terror hadisəsinə münasibət bildirərkən deyib.

R.Nurullyev qeyd edib ki, bu xain və alçaq terror aktını törədənlər Türkiyənin zəifləməsinin, ərazi itirməsinin və zəif bir dövlətə çevrilməsinin planını quranlardır: “Onlara ən sərt cavab Türkiyənin sınmaması, başını daha da dik tutması və daha da güclənməsi olacaq.

Can Türkiyə? Başını dik tut, sən hansı fəlakət və çətinlikləri adlamadın ki? Böyük Sultan Süleyman xan zamanından bu yana sənə qarşı min cür fitnə-fəsad törədilib, amma ayaqda qalmağı bacarmısan, yenə də bacaracaq və düşmənlərin gözünə bir ox kimi saplanacaqsan”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları