Yuxarı

Vahid Qərar Şurası: Dövlətin ehtiyacı olan qurum

Vahid Qərar Şurası: Dövlətin ehtiyacı olan qurum

Azərbaycanın və ümumilikdə bölgənin ən problemi Dağlıq Qarabağ münaqişəsidir. Qarabağda huzur olmadan Qafqaz regionunda sabitlik yaranması mümkün deyil. Bu münaqişə isə illərdir uzanır və arxasında dayanan böyük güclərin hesabına öz həllini tapmır. İtirən isə təkcə region deyil, həm də Azərbaycan və sadə xalqdır. Ona görə də artıq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, bu münaqişənin həlli üçün hər kəs səfərbər olmalıdır. Ölkədə fəaliyyət göstərən bütün ictimai təşkilatlar, siyasi partiyalar və digər cəmiyyətdə nüfuz sahibi olan şəxslər bu problemin həlli üçün əlindən gələni etməlidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da bu məsələyə biganə qalmadı. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan ilk dəfə olaraq AXCP məhz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər hazırlayaraq hökumətə və ictimaiyyətə təqdim etdi. AXCP-nin təklif etdiyi Vahid Qərar Şurası ilk növbədə dövlətin və millətin maraqlarına cavab verir.

Belə ki, AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının danışıqlarda xalqımızın bütün təbəqələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

Qeyd edək ki, Qarabağın işğaldan azad olunması üçün aparılan danışıqların nəticəsiz olaraq uzun müddət aparılması, Ermənistanın işğal etdiyi torpaqları azad etməkdən imtina etməsi, hazırkı status-kvonun saxlanılması və birtərəfli qaydada Ermənistana sərf edən danışıqlar prosesinin müxtəlif adlar altında davam etdirilməsinın nəticəsində qarşı tərəf - Ermənistan əlavə zaman qazanmış olur. 22 illik atəşkəs rejimi vəziyyətində (Bişkek protokolu, 21 may 1994-cü il) dəfələrlə Ermənistan tərəfindən atəşkəs pozulmuş, Azərbaycanın hərbi qulluqçuları və dinc sakinlər elan olunmamış müharibə vəziyyətində ölümlə üz-üzə qalıb. Nəticədə Azərbaycan vətəndaşları qətlə yetirilib. Lakin bunun müqabilində beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistana qarşı ciddi tənbeh tədbirləri görülməyib, birmənalı münasibət bildirilməyib. Bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərindən haqlı və təcavüzkarın geri çəkilməməsi ilə nəticələnməyən sonluqlar da ictimaiyyət nümayəndələri tərəfindən etirazlara səbəb oldu. Belə etirazların yaşanmaması üçün AXCP-nin təklif etdiyi Vahid Qərar Şurasının yaradılmasına böyük ehtiyac duyulur. Xatırladaq ki, AXCP təklif etdiyi Vahid Qərar Şurasının ilk ictimai müzakirəsini aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində keçirib. Müzakirədə iştirak edən ictimai təşkilat nümayəndələri, siyasi partiya üzvləri AXCP-nin təklifini yüksək qiymətləndirib. Daha sonra AXCP VQŞ təklifinin sosial mediyada müzakirəsini təşkil edib.

AXCP Vahid Qərar Şurasının növbəti ictimai müzakirəsini 12 iyul tarixində Beynəlxalq Mətbuat Mərkəzində keçirəcək. Toplantıda Vahid Qərar Şurasının Məşvərət Məclisinin yaradılması qərara alınıb. Qeyd edək ki, tədbirdə iştirak etmək üçün bütün ictimai-siyasi təşkilatlara, elm və yaradıcı qurumlara, deputatlara, dövlət rəsmilərinə dəvət məktubları göndərilib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları