Yuxarı

“Əli Kərimli bir daha sübut etdi ki, partiya onun şəxsi mülküdür”

“Əli Kərimli bir daha sübut etdi ki, partiya onun şəxsi mülküdür”

[caption id="attachment_629" align="alignleft" width="281"]Fexrim Fəxrim Abduləzimov: “Onun keçiridiyi  "seçki"nin bəyənmədiyimiz YAP seçkisindən heç bir fərqi olmadı”[/caption] AXCP-nin Əli Kərimli qanadının keçirdiyi “qurultay” adlanan toplantıya münasibət birmnalı deyil. Hesab olunur ki, qeyri-demokratik ab-havada keçən toplantıda partiyanın imicinə yenə də zərbə vurulub. “Qurultay” alternativsiz  seçki ilə yadda qalıb. Beləki sədrliyə namizədliyini vermiş Sahib Kərimova təzyiq olunub, onun “seçki gizli keçirilsin” təklifini saya salan olmayıb. Qurultaya AXCP rəhbərliyinin gətirdiyi muzdlu insanlara saxta partiya vəsiqələri verilib, onlara qapalı keçiriləcəyi təqdirdə sesvermədə iştirakı etmək,  Əli Kərimlini dəstəkləmək tapşırılıb. Qurultayın bu cür antidemokratik, alternativsiz seçkinin keçirilməsi müxalifət düşərgəsində ciddi narazıçılığa səbəb olub. Musavat Partıyasından Mustafa Hacıbəyli öz facebook hesabında AXCP-nin Əli Kərimli qanadının qurultayını tənqid edib, Müsavatın ötənilki qurultayının daha demokratik olduğunu yazıb. “AXCP-nin “dejurnu” qurultayı qısa zamanda başa çatıb. Sahib Kərimlinin namizəd olmaq istəyi də bu qurultaya rəng qata bilməyib, çünki Əli Kərimli gizli səsverməyə razı olmadığı üçün, o, namizədliyini geri götürüb. Çox təssüf ki, Musavatın demokratiya dərsini hələ əxz edə bilən təşkilat yoxdur”. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin İdarə Heyətinin üzvü Fəxrim Abduləzimov da Əli Kərimli cəbhəsinintoplantısını tənqid edib: “Bu qurultayın necə keçəcəyi hamıya məlum idi. O cümlədən Sahib bəyin bu apardığı siyasətdə bir başa Əli Kərimlinin planı idi. Əli Kərimlinin fikrincə, AXCP EQTK-i Sahib bəyə birbaşa dəstək verəcək. Amma bu planları baş tutmadı. Əli Kərimli bir daha sübut etdi ki, partiya onun şəxsi mülküdür və ətrafındakı adamlar da onun qulbeçələridi”. F.Abduləzimov hesab edir ki, Əli Kərimlinin yenidən beşilliyə sədr seçilməsi absurddur: “Əli Kərimlinin sədrliyi dövründə AXCP parçalanıb, bir sıra mühüm şəxslər partiyadan uzaqlaşıb. AXCP-nin perspektivini cəbhəçilərin etimad qurultayında görürərm. İnanıram ki,  AXCP bərpa olunacaq və əsil müxalifət burada qurulacaq”. AXCP EQTK üzvü deyib ki, Əli Kərimlinin “qurultayı”nda siyasi liderlərin olmaması, xarici təşkilat və səfirliklərin, tanınmış ziyalıların iştirak etməməsi  bu toplantının şou olduğunu göstərdi: “Başqa cür ola bilməzdi. Səsvermədə yetkilliklə Əli Kərimli "səs" verildi, belə də olmalı idi. Çünki alternativ namizəd yox idi. Bu, "seçki"nin bəyənmədiyimiz YAP seçkisindən heç bir fərqi yoxdur. İlham Əliyevin seçkidə necə seçilirsə Əli Kərimli də bu formada "seçildi". Vilayət Muxtar        





Həftənin ən çox oxunanları