Dilavər Əzimli: “Ərməniyələrin ermənilərlə heç bir əlaqəsi yoxdur.”\\Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında Ermənistan tərəfindən1999 – cu ildən etibarən qazıntılara başlanılıb.\Həmçinin Azıx mağarasında da bu qazıntı işləri davam etdirilir. 2001 – 2016 – cı illərdə qondarma rejimin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ermənistan Elmlər Akademiyası, İrəvan İnsan İnstitutu, İngiltərə Təbiət Tarixi Muzeyi, London Arxeologiya İnstitutu, Oxford Universiteti İncəsənət Tarixi və Arxeologiya Tədqiqat Labarotoriyası, İspaniya Təbiət Elmləri Milli Muzeyi (paleobiologiya sahəsində) arasında uzun müddətli əməkdaşlıq razılaşması çərçivəsində Azərbaycan Respublikasının icazəsi olmadan qeyri – qanuni tədqiqat işləri aparılıb. Qeyd etmək lazımdır ki, aparılan işlərin maliyələşdirilməsi və təbliğində Ermənistan, İngiltərə, İrlandiya və İspaniya iştirak edib. Artıq bu "işlərin" nəticəsi olaraq 2016 - cı ildə "Azokh Cave and the Transcaucasian Corridor" adlı kitab nəşr olunub.\\Görünən budur ki, Ermənistan tərəfi sərvətlərimizi özününküləşdirmək üçün informasiya müharibəsini əsas çıxış yolu hesab edir. Məhz bu yolla saxtakarlıqlara ad qazandırmaq, özlərini dürüstə çıxarmaq istəyirlər.\\Tarixçi alim Dilavər Əzimli Cebhe.info-ya bildirib ki, Ermənistanın qoşulduğu informasiya müharibəsində Azərbaycan da sözünü deyir. Tarixçi alim hesab edir ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə haqq-ədalətin yerini göstərəcək: “Elmi istiqamətdə isə Azərbaycanın qarşı tərəfə cavab verməsinə dair daimi müzakirələr, mübahisələr olur. Düşünürəm ki, Ermənistanın əsas diaspor təşkilatları bu işi görərək İngiltərə, İspaniya kimi dövlətlərin adı ilə təqdim edirlər. Bütün dünya bilir ki, Azıx mağarası hansı ölkəyə məxsusdur. Dünya bilir ki, hələ o zamanlarda ermənilərin izi-tozu da olmayıb, ərməniyələrin ermənilərlə heç bir əlaqəsi yoxdur. Son zamanlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafı da onları çox qıcıqlandırıb”.\\D.Əizmli hesab edir ki, bu cür informasiya müharibəsində əsas amillərdən biri də əyani vəsaitlər, müxtəlif nəşrlərdir. Hansı ki, Azərbaycan tərəfi də bu gün tarixi həqiqətləri yaymaq üçün bir sıra kitabları müxtəlif dillərə tərcümə edərək nəşr etdirir: “AMEA-nın Tarix İnistitutu tərəfindən yazılan kitablar bir neçə dildə tərcümə edilərək dünyanın müxtəlif ölkələrində işıq üzü görüb. İrəvan tarixi haqda olan kitab ərəb, ingilis, ispan dilinə də tərcümə edilib. Bütün bunlara baxmayaraq, ermənilər həyasızcasına öz çirkli işlərini davam etdirirlər. Ermənilərin belə bir sözü var, tarix nəticədir. Nəticə də həmişə göz qabağında olan həqiqət olduqları üçün onları qorxudub. Bu səbəbdən onlar türkçülüyə qarşı olublar, Azərbaycan-Türkiyə, o cümlədən də İranla olan əlaqələrə nifaq salmaq istəyirlər. Bu gün bütün dünya türkçülükdən qorxur, bunun üçün Türkiyə kimi ölkədə terror, təxribat törədirlər”. \\Nigar Məhərrəm
- Ana səhifə
- Siyasət
- “Rusiya-Azərbaycan münasibətlərinin inkişafı erməniləri qıcıqlandırıb”
“Rusiya-Azərbaycan münasibətlərinin inkişafı erməniləri qıcıqlandırıb”
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi