Qənimət Zahid “Yurd” sədrinin “elçi”lərini əliboş yola saldı\\ABŞ-ın maliyyə fondları çapını dayandırmış “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi “Yurd” təşkilatının sədri Əli Kərimli ilə üz-üzə qoyub. Belə ki, ABŞ-dan ayrılan pulu Fransada yaşayan Qənimət Zahid Əli Kərimliyə verməkdən imtina edib. Qəzetin redaktoru Rahim Hacıyevi pulu almaq üçün Fransaya göndərən Əli Kərimli buna nail ola bilməyib.\\Baş redaktorun pulları (180 min avro) verməməsinə gəlincə, məlumata görə, o, Əli Kərimlini hakimiyyətə işləməkdə ittiham edib. Qeyd edib ki, “Yurd” sədri heç bir səbəb olmadan “Azadlıq” qəzetini bağlayıb, lakin qəzetin maliyyə çatışmazlığına görə bağlandığını bəhanə edərək, ABŞ və Avropadakı maliyyə fondlarından nəşrin fəaliyyətinin bərpa edilməsinə yardım istəyib. Qənimət Zahid 180 min avronu Əli Kərimlinin qəzet və bu orqanın saytına xərcləməyəcəyini, əməkdaşların bir ilə yaxın verilməyən əmək haqlarına istiqamətləndirməyəciyini əsas gətirərək, Rahim Hacıyevi Fransadan əliboş geri qaytarıb.\\Başqa bir mənbə isə bildirib ki, Əli Kərimli pulları Qənimət Zahiddən almaq üçün Rahim Hacıyevlə yanaşı “Yurd”un Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli, Xatirə Əliyeva və Səadət Cahangirdən ibarət nümayəndə heyəti göndərib. Gələn məlumatlara görə, “yurd”çuların baş redaktorla sövdələşməsi baş tutmayıb və Əli Kərimlinin adamları Fransadan deportasiya edilib.\\Baş redaktor dəstəyi götürmədi\\Cebhe.info-nun əldə etdiyi məlumata görə, “yurd”çuların deportasiya edilməsindən sonra Qənimət Zahid Əli Kərimlinin telefon zənglərinə cavab verməyib. Əli Kərimlinin Fransaya pulların arxasınca adam göndərməsinin də əsl səbəbi bu olub. Belə ki, ABŞ-dan göndərilmiş pullar Qənimət Zahidə çatan kimi “Yurd” sədri Fransaya zəng edib, lakin gözlənilməz sürprizlə qarşılaşıb. Baş redaktor Əli Kərimliyə pulları verməyəcəyini və bunu “Turan” TV-nin fəaliyyətinin genişləndirilməsinə xərcləyəcəyini deyib. Bundan sonra o, Fransada yaşayan digər emissarı Natiq Ədilovu Q.Zahidin yanına göndərib, lakin sədrin sövdələşməsi bu dəfə də baş tutmayıb. Bundan sonra özünə yaxın bildiyi qrupu Fransaya göndərib ki, bu da onların deportasiya olunmalarıyla nəticələnib.\\Beləliklə 180 min avrodan məhrum olan Əli Kərimli çıxılmaz vəziyyətdə qalıb. Vəziyyətdən çıxış yolu üçün “Yurd” sədri ABŞ-dan onun üçün pul göndərən fondla əlaqə saxlayıb və vəsaitlərin Qənimət Zahid tərəfindən mənimsənildiyini bildirib. Lakin bu dəfə də gözlənilməz cavab alıb. ABŞ-dan “Yurd” sədrinə bildirilib ki, bu barədə Qənimət Zahidlə danışılıb və ayrılmış qrantın yönəldilməsi məsələsində dəyişiklik edilib. Belə ki, əvvəlcə pullar “Azadlıq” qəzetinin fəaliyyətinin bərpa olunması üçün ayrılıbmış, amma Qənimət Zahidin “Turan” TV layihəsinin daha cəlbedici olduğu nəzərə alınaraq, istiqamət dəyişdirilib.\\Əli Kərimlidən ABŞ-a şikayət\\Gələn məlumatlara görə, Qənimət Zahid maliyyə ayıran fondun rəhbərliyinə bildirib ki, Əli Kərimli heç bir səbəb olmadan “Azadlıq” qəzetini bağlayıb və bunu beynəlxalq təşkilatlara “hakimiyyətin təzyiqləri”nin yaratdığı nəticə kimi təqdim edərək, hər il ayrılan qrant pullarının artırılmasını istəyib. Baş redaktorun apardığı danışıqlarda o məsələyə də toxunulub ki, Əli Kərimli hakimiyyətə işləyir və “Azadlıq” qəzetini də hakimiyyətdən aldığı külli miqdarda pullara görə bağlayıb. Bundan sonra hər il Əli Kərimlinin pul aldığı həmin fond (iddiaya görə, “Soros Fondu”na bağlıdır) ona qrant pulları ayırmaqdan imtina edib. Gələn məlumatlara görə, araşdırmaçı jurnalist Xədicə İsmayıl da Qənimət Zahiddən əvvəl Əli Kərimlinin əlaqələrinin olduğu ABŞ fondlarıyla danışıqlar aparıb. Danışıqlarda “Yurd” sədrinin hakimiyyətə işlədiyi və ABŞ-dan ayrılan pulları aidiyyatı üzrə xərcləmədiyi, üstəgəl hakimiyyətdən də pul aldığı çatdırılıb.\\Bakıda gizli görüş\\Xatırladaq ki, bundan əvvəl də Xədicə İsmayılla Avropa İttifaqının Azərbaycan nümayəndəliyində gizli görüş keçirilib. O, xarici diplomatlara hüquq müdafiəçisi Leyla Yunus, “Yurd” təşkilatının sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Arif Hacılıdan şikayət edib. Jurnalist adları çəkilən şəxslərə qrant ayrılmasının məqsədəuyğun olmadığını, onların hakimiyyətə işlədiklərini bildirib: “Bu adamlar və təşkilatlar hökumətə yaxındır, hökumətdən maliyyələşirlər. Misal üçün, Arif Hacılı, Əli Kərimli hökumətlə gizli əməkdaşlıq edir. Digər tərəfdən isə bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama “siyasi məhbus” adı verir, hökumətin siyasətinə “don” geyindirir və sairə. Həmçinin Leyla Yunus, Əli Kərimli, Arif Hacılı “mühacir biznesi” ilə məşğuldur”.\\Əfqan Ədilov
- Ana səhifə
- Siyasət
- Əli Kərimlinin təşkilatında pul davası
Əli Kərimlinin təşkilatında pul davası
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi