Fevralın 2-də bir qrup gənc Müsavat Partiyası qərargahının qarşısında etiraz aksiyası keçirib. Hakim Yeni Azərbaycan Partiyasına (YAP) yaxın olduğu bildirilən gənclər partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ünvanına nalayiq ifadələr işlədib, şüarlar səsləndiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev aksiyanı pisləyib.Cebhe.info xəbər verir ki, AXCP sədri Facebook səhifəsində bu barədə yazıb: “İsa Qəmbər siyasətçidir və müxalifətdir. Prezident səlahiyyətlərini icra etmiş, prezident seçkilərində iştirak etmiş şəxsdir. “Azadlıq” radiosuna müxalifətçi kimi mövqeyini bildirib, təbii ki, hakimiyyət nümayəndələrinin də ondan YAP-a tərif deyəcəyi, referendumu dəstəkləyəcəyi gözləntisi də ola bilməzdi. Bəs onda bu gün ona qarşı etiraz aksiyası keçirmək kimə və nəyə lazım idi?”Razi Nurullayev hakimiyyəti bu cür metodlardan çəkinməyə çağırıb: “Heç zaman bu hakimiyyəti başa düşməyə çalışmamışam və çalışmıram da. Çünki, onlar heç nəyi planlı etmirlər, bəzi başabəla müxalifət kimi gündəmlə və maksimum sabaha olan planla yaşayırlar. İsa Qəmbərə də hücumu elə yəqin bu gün tezdən fikirləşib tapıblar. İsa Qəmbərə olan bu aksiyanı pisləyirəm və hakimiyyəti bu cür fəaliyyətlərdən əl çəkməyə səsləyirəm. Bu cür mənasız və plansız, ziyanlı işlərdən çəkinin”.Cebhe.info
- Ana səhifə
- Siyasət
- AXCP sədrindən İsa Qəmbərə dəstək
AXCP sədrindən İsa Qəmbərə dəstək
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi