“Hər zamanki kimi Əlizadələr öz düşüncələrində və həqarətlərindədirlər. Amma bunlardan bir soruşan yoxdur ki, siz kimsiniz? Siz Əlizadələr Azərbaycan üçün nə etmisiniz və bu xalqın tarixində, yaddaşında necə qalacaqsınız? Millətə həqarətdən, türkləri aşağılamaqdan xüsusi zövq alan təfəkkürünüzlə, fikirlərinizləmi? Zərdüşt Əlizadəni Araz Əlizadənin, yaxud da layiq olmadan millət vəkilliyinə təyin edilmiş Araz Əlizadəni ancaq Zərdüşt Əlizadənin qardaşı kimi tanıyırlar. Əbülfəz Elçibəyə və türk millətinə həqarətlə bir ömür sürmək Əlizadə qardaşlarının həyat kredosuna çevrilib. Zərdüşt Əlizadə deyir ki, "Elçibəyin hansı mühüm xüsusiyyətinə, vəzifəsinə görə bu qədər adam onu gözləməlidir? Kimdir ki, o?" Doğrudanmı bu adamlar bilmir ki, Elçibəy Milli Azadlıq Hərəkatının lideri idi. Elçibəy bu ölkənin demokratik yolla seçilmiş prezidenti, eks-prezidenti idi. Siyasi mədəniyyət belə onu gözləməyi, ona hörmətlə yanaşmağı diktə edir. Amma özündən müştəbehlərin, lovğaların, özünü hər kəsdən üstün görənlərin ucbatından nə Elçibəyin, nə onun hakimiyyətinin dəyərini verə bilirik”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Araz və Zərdüşt Əlizadə qardaşlarının Əbülfəz Elçibəy barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.AXCP sədri hesab edir ki, bu məsələdə Elçibəyi sevməyənlərlə yanaşı onun komandasının da günahı böyükdür: “Həmin hakimiyyətin içində satqınlar da, işinin öhdəsindən gələ bilməyənlər də yer almışdı. Amma Elçibəy bir ildə təkbaşına nə mümkündürsə, onu etdi. Bu gün Elçibəyin məzarı Fəxri Xiyabandadır. Onu xalq anır və hörmət edir. Bəs sizləri? Əlizadələrdən soruşan lazımdır ki, sizlərədəmi Fəxri Xiyabanda abidə qoyacaqlar? Bəli, Elçibəy hakimiyyəti idarəetmə təcrübəsizliyindən əziyyət çəkirdi. Dediyimiz kimi, komanda üzvlərini içində satqınlar da, iş bacarmayanlar da yer alırdı, eyni zamanda Akademiyanın elmi işçi masalarından, institut auditoriyalarından gələnlər də çox idi. Təcrübə qazanılacaqdı və “XXI əsr türk əsridir”, “Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq” və s. fikirlər cilalanacaq və real siyasətə uyğunlaşacaqdı. Siyasətdə populizm də olur. Belə düşünən adamların təfəkkürüncə, Donald Tramp dəlidir, ağlını itirib və o kimdir ki... Amerika prezidenti deyirdi ki, Meksika ilə sərhəddə divar hörəcək və onun pulunu Meksika ödəyəcək. Divar tikiləcək, amma Meksika bir qəpik də ödəməyəcək. Tramp deyirdi ki, İsraildəki səfirliyi Tel-Əvivdən Yerusəlimə köçürəcək, real siyasətdə gördü ki, yox, bu mümkün deyil. Elçibəy də lider kimi populizm çıxışlara söykənirdi, amma siyasətdə yox. Elə sizin özünüz də Elçibəyi hədəfləməklə populizmə qaçırsınız. Çünki başqa nə desəniz kimin umurunda?”
- Ana səhifə
- Siyasət
- AXCP sədrindən Əlizadə qardaşlarına sərt sözlər
AXCP sədrindən Əlizadə qardaşlarına sərt sözlər
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi