Yuxarı

"Azərbaycan siyasəti ləyaqətli insanların yeridir, Rəsul Quliyevin yox”

"Ənənəvi müxalifət və iqtidar birləşib xalqı siyasi proseslərdən kənarlaşdırmaq kursunu götürüb, ölkədə anti-demokratik sistemin qurulmasında fəal iştirak edirlər. Demək olar ki, xalq siyasi proseslərdən düşünülmüş olaraq uzaqlaşdırılıb. Ənənəvi müxalifət liderləri artıq xalqın əsəblərini tarıma çəkib”.

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, politoloq Məhəmməd Əsədullazdə deyib. AXCP üzvü hesab edir ki, ənənəvi müxalifətlə heç vaxt ölkə demokratiyaya qədəm qoya bilməyəcək:

"Siyasi müxalifətdə dəyişikliklər labüddür. Bu dəyişikliyi müxalifətə müasir siyasi çağırışlara cavab verən AXCP sədri Razi Nurulluyev gətirir. Təəssüf ki, uzun illərdir Azərbaycan siyasətində "iqnor” olunan, 1993-cü ildə milli hakimiyyəti devirənlərin başçılarından olan, öz komandası tərəfindən sürgün edilən, iki gündən bir bir-birinə zidd açıqlamalarla gündəmə gəlmək istəyən, okenanın o tayında oturan Rəsul Quliyev bu gün siyasi ortamda görünmək eşqinə düşüb. Amma Rəsul Quliyev o qədər qeyri-ciddidir ki, demokratiyaya ciddi dəstək verən ABŞ kimi bir ölkədə oturmasına baxmayaraq, bu ölkə onu tanımır və qəbul etmir. Dünyanı idarə efən bir ölkə, bütün ölkələrə təsir imkanları olan ABŞ səni 20 ildən çoxdur siyasətçi kimi tanımırsa, Azərbaycan xalqının sərvətini talayan bir şəxsi bu xalq siyasi lider kimi heç vaxt qəbul etməz”. 

Məhəmməd Əsədullayev qeyd edib ki, Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi onun pulundan istifadə edərək manipulyasiya edir: "Rəsul Quliyev də şöhrətpərəst olduğu üçün burdakı "nümayəndəsinin" şirin vədlərinə aldanır. Azərbaycan xalqı və siyasi kəsimi hər şeyi çox gözəl görür. Oturduğu ölkənin siyasi düşmənləri olan Rusiya və İrana boylanan bir "siyasətçi" ölkədə müxalifət formalaşdırmağı planlaşdırır. Qarşıdan seçki ili gəlir, bunu fürsət bilən onun burdakı "nümayəndəsi" okeanın o tayındakı "liderindən” xeyli dollar alacaq. Bunların yalnız siyasi fırıldaq olduğu hər kəsə bəllidir. Azərbaycan siyasəti ləyaqətli insanların yeridir. Bu gün AXCP və onun sədri ölkə siyasi müxalifətində ləyaqətli siyasət formalaşdırır”. 

Mənsur 





Həftənin ən çox oxunanları