Yuxarı

AXCP sədri müavin təyin etdi

AXCP sədri müavin təyin etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev yeni sərəncam imzalayıb. 

Cebhe.info xəbər verir ki, AXCP sədrinin sərəncamına əsasən siyasi şərhçi, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə AXCP sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Məhəmməd Əsədullazadə  bir müddətdir ki, AXCP üzvüdür. AXCP sədri yeni sərəncamı ilə bağlı "Məhəmməd Əsədullazadənin AXCP sədrinin müavini təyin edilməsi ilə bağlı sərəncam verdim. Xeyirli və uğurlu olsun! Ümid edirəm ki, Məhəmməd bəy yaddaqalan işləri ilə hər kəsin sevimlisinə çevriləcək. Savadına və düşüncəsinə güvənirəm, İnşallah, partiya üçün də, Azərbaycanımız üçün də faydalı olacaq”,- deyə bildirib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları