Yuxarı

HDP PKK-nın siyasi silahıdır

HDP PKK-nın siyasi silahıdır

1 Noyabr və Türkiyə HDP-yə siyasi meydan vermək, PKK-ya silahlı meydan verməkdir HDPTürkiyədə son illər baş verən olaylar qardaş Türkiyənin sanki yeni bir Qurtuluş Savaşına ehtiyacı olduğunu gerçəyə çevirir. Çünki başda Türkiyə olmaqla tarix sübut edir ki, bütün xalqların və millətlərin qurtuluşu milli iqtidardan keçir. Yəni əlində daş-zopa ev yiyəsinin qapısına dayanaraq “defolun gidin burdan lan, burası kürdüstan” deyə bağıran bir durumla zaman-zaman bütün xalq və millətlər qarşılaşdı.   Və bu bağırtılar gerçək ev sahiblərinin istiqlal və qurtuluş savaşlarıyla susduruldu. Milli iqtidarın sağlam və zehniyyətli mübarizəsi ilə. Az qala həftəbaşı keçirilən seçkilərdən yorulan Türkiyə ictimaiyyəti yenə də 2 noyabr sabahı gözünü başqa Türkiyədə açacağına ümidlə yanaşır. Mövcud durumun əhval-ruhiyyəsindən asılı olmayaraq, Türkiyədə siyasi partiyaları yenidən namizədlərini Yüksək Seçki Şurasına təqdim edib. Hətta Baş nazirin keçmiş müavini Əli Babacan da yenidən Ankaradan namizədliyini irəli sürdü. Analitiklər yazır ki, AKP-nin məqsədi 1 noyabrda təkbaşına iqtidarı yenidən əldə etməkdir. Partiyanın 12 sentyabrdakı qurultayında Mərkəzi Qərar və İcra Şurasını təzələyən AKP, 1 noyabr seçkisinə namizəd siyahısını da önəmli dərəcədə təzələdi, yəni nə etdi?! AKP-ni idarə edənlər görür ki, 1 noyabrda təkbaşına iqtidar hədəfinə çatmaq çox çətin və bəlkə də mümkün deyil. Ona görə də nizamnamədəki “3 dönəm dalbadal millət vəkili seçilənlər növbəti dəfə namizəd ola bilməz” qaydasını pozaraq namizəd ola bilməyən təcrübəli şəxsləri bunlar toplumun səsini qazanar niyyətilə yenidən namizədliyini irəli çəkdilər. Bəşir Atalayı, Cevdət Yılmazı, Bəkir Bozdağı, Haluk İpəki və bir neçəsin buna misal göstərmək olar. Prezident Ərdoğanın hazırkı baş müşaviri Binəli Yıldırımın yenidən İzmirə göndərilməsi də eyni məqsədi daşıyır. Belə çıxır ki, Türkiyə çimdiyi suyla abdəst alacaq Bu arada o da unudulmamalıdır ki, düz 13 il əvvəl Rəcəb Tayyib Ərdoğanı hakimiyyətə ölkədəki devalvasiya gətirmişdi. Bu gün isə Prezidentin Baş müşaviri Cəmil Ərtəmin “dollar 3 türk lirəsi olsa da, bunu normal qarşılamaq lazımdır” - açıqlaması da Tayyib Ərdoğanın çox sevdiyi “aşağı faiz” siyasəti üzərində təkidlə davam edəcəyini göstərməsi devalvasiyanın devirimci olduğunu xatırladır insana, ya da Türk insanı bundan sonra “xalqın seçdiyi prezident” Tayyib Ərdoğanın titulunu səbəb göstərərək valyuta bazarını tənzimləmə cəhdlərinə də tez-tez şahid olacaq. Bunun Türkiyəyə gətirəcəyi hesablar indidən hesablanacaq deyil, yəni düşünməsi belə qorxulu. Bu durumda MHP-nin durumu sarsılmış kimi görünür. AKP ilə hökumətə girməməkdə sonadək israrlı olan Milliyyətçi Hərəkat Partiyası avqustun ikinci yarısında partiyanın qurucu lideri Alparslan Türkeşin oğlu MHP sədrinin müavini və 3 dönəm dalbadal Ankara millət vəkili seçilən Tuğrul Türkeşin atdığı addımdan biraz sarsıldı. Türkeş AKP hökumətində baş nazirin müavini vəzifəsini tutmağı qəbul etdi. Hadisələrə iri gözlükdən baxsaq bunlar öncədən məlum idi. Tuğrul Türkeşin prezident Ərdoğanla görüşündən belə bir nəticə hasil olacağı bilinirdi. Hələ də anlaya bilmədiyimiz 7 iyundakı seçki siyahısına Sinan Oğanı, 1 noyabrdakı seçki siyahısına Meral Akşeneri daxil etməyən MHP lideri nə etmək istəyir və 1 noyabrda nə edəcək?! CHP isə siyahısına toxunmadı və bu partiya təkcə iqtidara gələrsə necə deyərlər arama-darama işi görəcəyini bildirir. CHP-lilər deyir ki, PKK problemini çözə biləcək ən doğru partiya onlardır. Yəni kürdlər bir sıraya – PKK-lılar bir sıraya. Bu doğru fikirdir ki, kürd problemi çözümünün ən doğru yeri TBMM-dir. Lakin problem terrorçu ilə çözülməyə qalarsa, o zaman İmralıdaki terrorbaşı da məclisə gəlməli olacaq. HDP Qərbin Türkiyədəki təmsilçisidir Ötən günlərdə işin başındaki Murat Karayılanın “Kürdüstanı qurmaq sürəcindəyik, Türkiyəni böləcəyik” sözlərini xatırladım. Məlumdur ki, PKK silahını Qərbdən və Amerikadan alır. Məqsəd Türkiyənin dinc və bərabər yaşamını parçalamaqdır. Təəssüf ki, kifayət qədər dövlətçilik ənənəsi olan Türkiyə iqtidarını, dövlətçilik təcrübəsi aşirət anlayışından o tərəfə keçməyən terror təşkilatı aldada bildi, 7 iyun seçkilərində barajı keçərək Məclisdə siyasi meydana sahib oldu. Durum ortada. HDP Məclisdə siyasi meydana sahib olmağıyla PKK-nın meydanda silahlara sahib olması bir gün belə çəkmədi. Ən üzüntülüsü də odur ki, AKP yandaşları hələ də ekranlardan “PKK silah buraxamaz” deyirlər. Sanki PKK-nın Qərbin Türkiyədəki təmsilçisi olduğunu anlamırlar. Belə bir vəziyyətdə HDP-ni siyasi qurum kimi qəbul etmək və ona seçim hüququ vermək, Öcalanı məşhurlaşdırmaq, PKK-ya haqq qazandırmaqdır. Çünki HDP PKK silahlarınınsiyasidavamıdır. R.Qarayeva





Həftənin ən çox oxunanları