Yuxarı

Əli Kərimlinin mitinq sezonunda uğursuz final

Əli Kərimlinin mitinq sezonunda uğursuz final

Milli Şuranın "Məhsul” stadionunda daha bir mitinq adlı şousu baş tutdu. Əli Kərimli bütün cəhdlərlə, söyüşlü dəvətlərlə, təhqirlərlə meydana adam toplaya bilmədi. 

ABŞ-da səfərdə olan Milli Şura sədri Cəmil Həsənli mitinqə qatılmamışdı. "Yurd”un gənclər təşkilatının sədri İlham Hüseynin açıq elan etdiyi mitinqdə "Yurd” sədri Əli Kərimli, keçmiş deputat Gültəkin Hacıbəyli və  digərləri çıxış etdilər.

Gözlənildiyi kimi, aksiyaya az sayda insan qatılmışdı. Halbuki mitinqdən əvvəl nümayişin təşkilatçısı Əli Kərimli 30 min nəfər iddiasını gündəmə gətirmişdi. Azsaylı elektoratın "göz oxşadığı” mitinqin əvvəlində seçilən musiqilər də diqqət cəlb edirdi. Xüsusilə, DHKPC – Türkiyədə fəaliyyət göstərən bu terror təşkilatına bağlı musiqi qrupu və Türkiyədəki separtçı kürdlərin "müstəqillik ideyası”nın musiqi səhnəsində əsas təbliğatçılarından biri olan "Yorum” qrupunun ifasındakı mahnılar da az adamın diqqətində idi. 

Mitinqə 40 dəqiqəyə yaxın gecikən Əli Kərimli və Milli Şura sədarətini gözləyərkən iştirakçılar heç nədən xəbərsiz "Yorum”un separatçılara azadlıq çağırış notlarını özündə əks etdirən mahnılarına oynaq hərəkətlərlə "dalğalanırdılar”.

Başlama vaxtından xeyli sonra meydanda azsaylı elektorat izdiham yaratmağa çalışdı. Əli Kərimli onlarla mühafizəçisinin əhatəsində "Məhsul”a daxil olmuşdu. "Yurd” və Milli Şura sədarətinin çıxış etdiyi tribunanın qarşısı və ətrafına "təhlükəsizlik zolağı” çəkilmişdi. Halbuki mitinqdən əvvəl Əli Kərimli heç bir təhlükənin olmadığını demişdi. Görünən isə bunun əksi idi. "Yurd” sədri dediklərini danaraq, DTX-nın mitinqdə terror törədiləcək məlumatını özünün mühafizəsini gücləndirəcək qədər ciddiyə almışdı. Hər halda hər şeyə  etiraz edən bir adamın öz təhlükəsizliyi üçün belə bir addım atacağı gözlənilən idi. Onu dəstəkləyən azsaylı tərəfdarlarını isə tribunanı qoruyan "təhlükəsizlik zolağı”nın arxasında qoymuşdu. Yəni, Əli Kərimlinin reallığı bundan ibarət idi: Özünün yox, meydanda olan insanların qurban getməsinə razı idi. Hər halda əgər DTX-nın məlumatı ciddiyyə alınmasaydı, yəqin ki, "təhlükəsizlik zolağı”nın çəkilməsi ilə bağlı tapşırıq verməzdi. Lakin özünü xalqı üçün qurban verməyə hazır olduğunu deyən Əli Kərimli üçün can şirinliyi onlarla insanın həyatından daha öndə idi. Belə deyildisə, həmişə olduğu kimi meydana 3-5 nəfər mühafizəçinin müşayiəti ilə daxil olardı, mitinqə gələnlərdən də özünə "qoruyucu jilet” hazırlamazdı. Əlbəttə, bu mitinqləri, xalq və müxalifətin ümumi maraqlarını pula dəyişən Əli Kərimli üçün ehtimal olunan təhlükəyə sinə gərmək yad olan bir anlayışdır.

Mitinqə gəlincə, heç bir yenilik yaşanmadı, azsaylı insanın qatıldığı mitinqdə Əli Kərimli nöbvəti şablon çıxışını etdi – Feysbuk paylaşımlarını təkrarlardı, Gültəkin Hacıbəyli də, İlham Hüseyn də, digərləri də bu paylaşımlara istinad etdi. Mitinqə maraq donu geyindirmək üçün "Yurd” və Milli Şura tərəfdarlarının "təxribat”ları da heç bir işə yaramadı. Meydanda mühafizəni təşkil edən polislər də təmkinli idilər, nə baş verdiyi də məlum idi.

Mitinqi əvvəlkilərdən fərqləndirən növbəti aksiyanın vaxtının elan edilməməsi oldu. Bu aksiya Əli Kərimlinin sezon finalı kimi dəyərləndirmək də olar. 

Mənsur





Həftənin ən çox oxunanları