Yuxarı

"Qardaş köməyi”: Əli Kərimlini "qardaş” gözündə görənlər..

Azərbaycanda nöbvədənkənar seçkilər gündəmə gəldiyi zamandan başlayaraq müzakirələrlə yanaşı, bəzi qrupların fəallığı da artıb.Olduqca təbiidir, hər kəs seçkidən öz məqsədləri üçün maksimum yararlanmağa çalışır. Seçkiyə öz namizədləri ilə gedən AXCP və digər siyasi təşkilatlar, seçkidə iştirak etməyəcəklərini bəyan edən Müsavat, KXCP, AMİP kimi partiyalar, o cümlədən, boykot tərəfdarı olduğunu elan edən "Yurd” və Milli Şura üçün də bu seçkilər önəmlidir. Siyahıdakı birincilər, yəni seçkiyə qatılanlar gündəlik işləriylə məşğuldurlar, mübarizəyə hazırlaşırlar, imzaların toplanmasından başlayaraq təbliğat-təşviqat kampaniyasınadək.

İkinci sıradakılar üçün qərar verilmiş kimi görünsə də, əslində strateji xətləri də, taktikaları da yoxdur.Seçkilərdə iştirak etməmək qərarının son nəticədə necə yekunlaşacağını söyləmək mümkün deyil.Əgər hansısa müsavatçı, yaxud "REALçı” seçkidə seçici kimi, yaxud hansısa namizədin təbliğatçısı kimi iştirak etmək istəsə, həmin üzvə qarşı partiya rəhbərliyinin münasibətinin necə olacağı bəlli deyil.İndilik bəlli olan ancaq boykot tərəfdarlarının davranışıdır ki, onun da belə davam edəcəyini söyləmək olmaz.

"Müsəlman birliyi”ndan gələn dəstək

Görünən odur ki, budəfəki seçkidə boykot taktikasının müəllifi olan "Yurd” sədri Əli Kərimli sosial bazası fiaskoya uğradığından öz aləmində seyrəlmiş sıralarını möhkəmləndirməklə məşğuldur. Boykot tərəfdarlarının sayını artırmaq cəhdləri ilə siyasi fəaliyyətinin bu dönəmini yekunlaşdırmağa çalışan "Yurd” sədri üçün bu dəstəkçilərin harada və kim olmasının əhəmiyyəti yoxdur. Gözəçarpan və diqqəti cəlb edən məqamlar sırasında Əli Kərimlinin tərəfdarları arasında əsasən xaricdə status almaq niyyətində olanlar, daxildə isə müəyyən təbəqədir ki, kimə və haraya, hansı bağlarla bağlı olduqlarına dair ən müxtəlif fikirlər vardır."Yurd” sədrinin fəaliyyət meydanı hesab edilən Facebook paylaşımlarına yazılan rəylərə əsasən bu iki kateqoriyadan olur.Milli Şuranın boykot qərarından sonra xaricdən boykot çağırışları daxildəkinə nisbətən daha çox eşidilir ki, bu da məsələyə hər kəsin öz marağı prizmasından yanaşdığını söyləməyə əsas verir.Son günlər diqqəti cəlb edən "fəallar” arasında radikal mövqeyi ilə tanınan və hazırda həbsdə olan Taleh Bağırovun tərəfdarları xüsusilə, seçilir.

Məsələ burasındadır ki, Nardaran hadisələrindən sonra Taleh Bağırovun rəhbərlik etdiyi və xarici qüvvələrə bağlılığı deyilən "Müsəlman birliyi” təşkilatının fəaliyyətində birbaşa da olmasa, dolayısıilə iştirakı olmuş şəxslərdən bəziləri indi ölkə xaricindədir və yaşadıqları ölkələrdən Azərbaycandakı proseslərə təsir göstərə biləcəklərini, buna haqlarının çatdığını güman edirlər. Bəlkə də onları bu fikrə Taleh Bağırovun dəstəkləyicilərindən olan Əli Kərimli və ətrafı inandırıb.

Kərimlini "qardaş” gözündə görənlər

Taleh Bağırovun təşkilatının pul mənbəyi olmuş şəxslər indi də Əli Kərimlini "qardaş” gözündə görürlər.Kərimlinin "İran sevdası” yenilik deyil və siyasətlə maraqlanan istənilən kəs bu barədə eşitməmiş olmaz."Yurd” sədrinin hələ 90-cı illərdə, İrana qarşı kəskin mövqe tutan mərhum prezident Əblfəz Elçibəy liderliyindəki AXCP-dəki fəaliyyətində "İran sukutu”nu heç vəhclə pozmaması unudulmayıb.Çox da uzaq olmayan o dövrün şahidləri məsələn, Əli Kərimlini bir dəfə də olsun Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyinin iclaslarında görmədilər.Baxmayaraq ki, hətta müzakirələrə sırf maraq xatirinə qatılan və təşkilatın üzvü olmayan çox sayda siyasətçi AXCP-nin Xaqani-33 ünvanındakı qərargahına dəfələrlə gəlmişdi.Kərimli isə bir neçə addımlıq məsafədə İranın böyük narahatlıqla izlədiyi və hətta zaman-zaman casuslarını göndərdiyi BAB iclaslarına maraq xatirinə də olsa, qatılmırdı.Bununla İranı incik salacağını düşündüyündənmi, yaxud hanısa sifarişdənmi Güney Azərbaycan məsələsi AXCP sədrinin o zamankı birinci müavininin maraq dairəsində deyildi.İndi də belədir. Əli Kərimli hətta Afrikanın hansısa ölkəsindən danışa bilər - Somalidəki susuzluğa görə Somali hakimiyyətini günahlandra bilər - amma Güney Azərbaycandakı 30 milyondan artıq soydaşımızın elementar ana dili hüququnun pozulmasından danışmaz. Bu baxımdan, eyni bulaqdan su içənlərin illər sonra da eyni çaya tökülməsi şaşırdıcı deyil.

Nardaran hadisələri, olaylardan dərhal sonra Əli Kərimlinin münasibəti, indi də davam edən mövqeyi Azərbaycanda silah gücünə radikal dəyişikliyi hədəfləyən və ya sadəcə olaraq "gözdağı” vermək istəyən qrupların əlinə oynayır.

İndi ölkəni tərk edib və Azərbaycan deyib hay-həşir qoparanlar çoxdur.Oların içində özlərini dindar sayanlar da var. Azərbaycanda dindarlara təzyiqdən, diskriminasiyadan danışırlar, yazırlar.Amma unudurlar ki, Azərbaycan davası Almaniyadan, Hollandiyadan aparılmır.Azərbaycan davası Azərbaycanda aparılır.Nəyə görəsə gedənlər özləri bilər.Amma demokratiya uğrunda illərlə mübarizə aparanlar yenə öz işlərindədirlər.Mübarizədən çəkinmirlər.Harda olsalar da, onlar üçün dövlət birincidir.Hansısa ölkənin maraqları uğrunda deyil, Azərbaycan uğrunda mübarizə aparırlar. Azərbaycan türklərinin istər quzeydə, istər güneydə hüquqlarının ən ali səviyyədə qorunması üçün çalışırlar. Amma Azərbaycanın güneyindən bir kəlmə danışa bilməyənlərin Azərbaycanın quzeyini hər zaman hədəfə alması başqa anlamdadır və bu adamlar Əli Kərimlini qardaş gözündə görür.

Əsas həqiqət, yəni maraqlı məsələ budur ki, ölkədəki duruma deyil, ölkənin özünə qarşı (hakimiyyətə qarşı yox, məhz ölkəyə qarşı-müəllif) müxtəlif planların iştirakçısı olmuş və yaxud bu səbəbdən də son anda ölkədən getməyi çıxış yolu kimi görən şəxslərlə hansı dövlət başqa cür davranar?Dünyəvi dövləti dini dövlətə çevirmək istəyi, yəni kostitusiyanı dəyişdirmək cəhdinə görə cavabdeh qurumların müdaxiləsi təzyiqdirmi?Hansı ölkənin qanununda bu qəbildən olan insanlara qarşı loyal münasibət var?Elə üz tutub getdikləri Almaniya, yaxud Hollandiya belə vəziyyətdə başqa cür davranardımı?Yaxud Avropa ölkəsi silahlı üsyana çağırış edən təşkilata maddi yardım edənlərə və ya etmək cəhdində bulunanlara hansı formada yanaşardı?

Suallar çoxdur, cavabları aydın olan suallar...

Ərtoğrul Süleyman