Yuxarı

Əli Kərimlinin son "silahı” - RADİKALİZM

Əli Kərimlinin son

Siyasi radikalizmin yaratdığı təhlükənin miqyası çox genişdir və bunu bir sıra ölkələrin təcrübəsində görmək mümkündür. Azərbaycanda isə mübarizənin bu üsulundan ənənəvi müxalifət dəfələrlə istifadəyə cəhd edib və indi də bu yoldan çəkinmir. Radikal mübarizənin "simvoluna” çevrilmək iddiasını daha çox Milli Şuranın timsalında görmək mümkündür. Elan edildiyi gündən bəri destruktiv mübarizə yolunu tutan Milli Şura təmsilçilərinin dövlət, demokratik dəyərlər, sivil mübarizə düşüncəsində olduğunu demək çətindir. Çünki bu günə qədərki təcrübədə əsasən radikal çağırışlar gözə dəyib və münasibət də buna uyğun quruub. 

Məlumdur ki, Milli Şuranın sədri Cəmil Həsənli olsa da, bu quruma de-fakto "Yurd” sədri Əli Kərimli rəhbərlik edir. "Yurd” liderinin tərəfdarlarının sayı da özlərinin təşkil etdiyi mitinq şoularından açıq şəkildə görünür. İlk baxışda nə qədər zəif və cılız görünsələr də, bütün hallarda radikalizm təhlükəlidir, dövlətçiliyə və cəmiyyətə yaxşı heç nə vəd etmir. Milli Şura indi də radikal dindarlara meydan verir. Bu qurumda təmsil olunanlar "unudurlar” ki, Azərbaycan qanunvericiliyinə görə din dövlətdən ayrıdır və heç bir halda siyasətə qatılmır. Ancaq görünən odur ki, Əli Kərimli havadarlarından belə göstəriş alıb və dini siyasətə qarışdırmaqla kifayətlənməyib siyasətə indi də radikalizm gətirməyə cəhd edir. Radikal dini və siyasi fəalların Milli Şuranın martın 31-dəki mitinqdə bir araya gəlməsi və hətta Koordinasiya Şurasında birləşməsi kifayət qədər təhlükəli tendensiyalardan xəbər verir. 

Təbii ki, Əli Kərimli və digər Milli Şura yetkililəri yaxşı bilir ki, sivil cəmiyyət, radikal olmayan dindarlar heç bir halda onlara dəstək verməyəcək. Bunu ötən illərin təcrübəsində dəfələrlə görmüşük. Radikal dindarların Milli Şuraya niyə cəlb edildiyinin səbəbləri də əslində aydındır. Azərbaycan müsəlman ölkəsidir və din ən həssas məsələlərdən biridir. Bu yolla cəmiyyətə təsir imkanları daha asan ola bilər və üstəlik, kifayət qədər problem vəd edir. Milli Şura və "Yurd” liderlərinin öz çıxışlarında "Azəraycanda dindarların sıxışdırılmasını”, "inanclı şəxslərə məhdudiyyətlərin tətbiq edildiyini” vurğulaması da cəmiyyətdə din çətiri altında qarşıdurma yaratmağa hesablanıb. Təbii ki, Milli Şura bununla heç bir nəticəyə, daha doğrusu, özlərinin gözlədiyi, inandığı mübarizəyə nail ola bilməyəcək. Azərbaycan tolerant ölkədir və hər kəs bilir ki, burada dini ayrı-seçkilik yoxdur. Bu iddialarla çıxış etmək sadəcə olaraq şəxsi maraqlar kontekstindən irəli gəlir ki, artıq cəmiyyət bu cür yalanlara inanmır. Digər tərəfdən, Milli Şura öz etibarını artıq 2013-cü ildə itirib. Daha dəqiq desək, Rusiyanın layihəsi olan Milli Şura nəyə qadir olduğunu göstərdi və xalq da gördü. Bu gedişlər isə dənizdə batan adamın saman çöpündən yapışmasına bənzəyir. Siyasi səhnədə qalmaq üçün hər cür yola əl atan Kərimli və ətrafı indi də radikal dindarlar üzərindən dividend əldə etməyə çalışırlar.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları