Yuxarı

9 fevralda səs verən 60 erməni xəbəri İrəvanı qarışdırdı: "Azərbaycana tərəf baxanların sayı artacaq” - MƏQALƏ

9 fevralda səs verən 60 erməni xəbəri İrəvanı qarışdırdı:

9 fevralda səs verən 60 erməni xəbəri İrəvanı qarışdırdı:

İşğal olunmuş Qarabağda yaşayan 60 erməninin 9 fevralda Azərbaycanda keçirilən parlament seçkisində iştirakına dair məlumatlar Ermənistanı qarışdırıb.

Cebhe.info xəbər verir ki, yerli mətbuat bunu Qarabağda vəziyyətin gərginləşməsi, Ermənistan baş naziri Nikol Paşinyanla separatçı rejim arasındakı qarşıdurmanın gərginləşməsi ilə əlaqələndirib.

"Armenianreport"un yazdığına görə, Qarabağdakı ermənilər rejimdən fərqli olaraq Paşinyana ilk dövrlərdə ümid bəsləyib. Ancaq zamanla bu ümid yerini ümidsizliyə verib. Əhali korrupsiyalaşmış hakimiyyətdən yorulub:

"Ermənistan mətbuatı Qarabağdakı durumdan yazmamağa çalışır. Burada artıq çoxdandır sosial, iqtisadi islahatlar keçirilmir. Hətta monopoliya ilə mübarizəyə işarə belə vurulmur. İnsanlar işsizlikdən, güc strukturlarından, məhkəmə sistemindən narazıdır".

Saytın məqaləsinə görə, belə bir zamanda Qarabağdakı 60 nəfərin Azərbaycanda 9 fevralda keçirilən parlament seçkisində iştirakına dair xəbər bomba effekti yaradıb:

"Bu məlumata inanmamağa heç bir əsasımız yoxdur. Bizim onlara- azərilərə münasibətimizin necə olmasından asılı olmayaraq, onlar axmaq adamlar deyil. Əgər əllərində dəmir kimi sübutlar olmasaydı, belə informasiya yaymazdılar. İkincisi, bizim müxbir Qarabağda olanda yeri əhali arasında belə əhval-ruhiyyənin olması barədə nəinki xəbərdarlıq etmişdi, hətta Azərbaycan Mərkəzi Seçki Komissiyasının elektron adresinə məlumat göndərən şəxslə də tanış olmuşdu. Biz bu şəxsin adını açıqlamayacağıq, çünki ona qarşı ciddi təzyiqlər ola bilər. Ancaq problem Azərbaycandakı seçkidə səs verən bu 60 ermənidə deyil. Məsələ onları bu addıma vadar edən səxslərdədir. Artıq əhalinin yarısı gələcəyini Qarabağla bağlamır, getmək üçün zaman gözləyir. Heç olmasa, Ermənistana. Baxmayaraq ki, orada da həyat şəkər kimi deyil, ancaq ən azından Qarabağdan yaxşıdır. Bütün baş verənlərin günahkarı isə Qarabağdakı hakimiyyətin üzərindədir. Əgər Qarabağda vəziyyət yaxşılaşmasa, Azəbaycan tərəfə baxanların sayının artacağını bilmək çətin deyil".

Xəzər