İdlib şəhəri isə bombalanır Rusiya Müdafiə Nazirliyinin İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə aviazərbələr endirməsi barədə məlumatının yalan olduğu üzə çıxıb. ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiya təyyarələrinin İŞİD-I deyil, Əsədə qarşı vuruşan müxalifətin mövqelərini bombaladığını açıqlayıb. Türkiyə mediasının verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 M və Su-25 təyyarələri Azad Suriya Ordusunun və Bəşər Əsədə qarşı mübarizə aparan “Əl-Fətih” təşkilatının mövqelərinə bomba-raket zərbələri endirib. Qeyd edək ki, “Əl-Fətih” təşkilatına “Əl-Qaida”nın “Ən-Nüsrə” cəbhəsi və Əhrar-əş-Şam adlı silahlı birləşmələr daxildir. “Əl-Fətih” İŞİD qruplaşmasına qarşı silahlı mübarizə apardığından Rusiyanın bu hərəkəti təəccüblə qarşılanıb. Bombardman zamanı 36 nəfər dinc sakin də həlak olub. Rusiya təyyarələri dünən gecə Türkiyə-Suriya sərhəddində yerləşən və Suriya müxalifətinin nəzarətində olan İdlib şəhərinə havadan 20 raket zərbəsi endirib. Livanın “Mayadiin” televiziya kanalının verdiyi məlumata görə, dünən Rusiya təyyarələri Suriya müxalifətinə qarşı 30 əməliyyat keçirib. Suriya İnsan Haqlarının Müşahidəsi Mərkəzi Rusiyanın ABŞ tərəfindən dəstəklənən “Təcimül İzzət” qrupunun da mövqelərini bombaladığını açıqlayıb. Türkiyənin “Sabah” teelekanalının verdiyi son məlumata görə, hazırda Rusiya Türkiyənin Eskişəhr vilayətinin cənub sərhəddindəki Türkmən dağına 30-dan artıq tank və xeyli sayda əsgər cəmləşdirib. Bu isə Türkiyə tərəfindən narahatlıqla izlənilir. Müşfiq
- Ana səhifə
- Siyasət
- Rusiya ordusu Türkiyə sərhəddinə cəmlənir
Rusiya ordusu Türkiyə sərhəddinə cəmlənir
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi