Yuxarı

Ermənistan bu gün: Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq

Ermənistan bu gün: Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq

Ermənistan bu gün: Çarəsiz hökumət, çökmüş iqtisadiyyat, ümidsiz xalq

Sentyabr ayının 27-si səhər saatlarından Ermənistanın hərbi təxribatına Azərbaycanın əks- hücum əməliyyatları ilə cavab verməsi Yerevan üçün gözlənilməz oldu.

Müharibənin başlanmasında tək səbəbkar olan Nikol Paşinyan rejimi artıq məğlubiyyətin qoxusunu aldığı üçün bütün beynəlxalq qurumları və dövlətləri köməyə çağırır. Prezident İlham Əliyevin dediyi kimi, Paşinyanın zəng etmədiyi dövlət qalmayıb. Lakin Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan yalnız öz torpaqlarında döyüşü və onun azadlığı uğrunda mübarizə aparır.

Ermənistan əlindən gələn bütün təxribatları etsə də, bu ona heç bir kömək olmayacaq. Artıq Ermənistan ölkənin bütün sahələrində çöküş yaşayır. Bu həm iqtisadi-siyasi, həm hərbi, həm də psixoloji cəhətdən çıxılmaz duruma düşüb. Belə ki, Ermənistanın valyutası kəskin ucuzlaşıb, ölkədə daşınmaz əmlakın satış qiyməti və kirayəsi artıb və s.

"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı "Cümhuriyət”ə açıqlamasında Ermənistanın bir ay ərzində sonunu gətirəcək faktları sadalayıb:

"Azərbaycanla Ermənistanın müqayisəsini indi deyil, bundan əvvəl də aparsaq, görərik ki, bizdəki göstəricilər hər zaman 3- 5 dəfə yüksək olub. Məsələn, biz iqtisadi baxımdan 5 dəfə Ermənistandan üstünük. Orduda şəxsi heyətin və texnikanın sayı baxımdan bizim göstəricilər Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bunu beynəlxalq hərbi ekspertlər və iqtisadçılar deyir. Hər bir müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Bizim iqtisadiyyatımız Ermənistandan qat-qat güclüdür. Bizdə ümumi daxili məhsul (ÜDM) 70 milyard civarındadır. Ermənistanda isə bu göstərici təqribən 12- 13 milyard civarındadır. Burda 5 qat fərq var. Bizim dövlət büdcəmiz 25 milyard, Ermənistanınkı isə 3.5- 4 milyarddır. Ermənilərin 2 milyard, bizim isə 50 milyard strateji rezervlərimiz var. Bunlardan başqa ordunun silah- sursat bazasında bizim üstünlüyümüz daha çoxdur. Çünki bunlar çox bahalı avadanlıqlardır və böyük miqarda maliyyə tələb edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesablamalarına görə, Ermənistan iqtisadiyyatı yalnız bircə ay müharibəyə davam gətirə bilər. Bir aydan sonra ölkə tamamən iqtisadi və hərbi cəhətdən çökmüş olacaq. Bundan əlavə, Ermənistanın tədiyyə balansında çox böyük biabırçı vəziyyət var. Belə ki, Ermənistanın tədiyyə balansında 3 milyard mənfi saldo var. Bunlar 2 milyardlıq məhsul ixrac edirlər, 5 milyardlıq isə alırlar. Hər il belə edirlər. Artıq Ermənistan müharibə vəziyyətində olduğu üçün ona kimsə borc verməyəcək. İndi Ermənistanın 5 milyardlıq idxala ehtiyacı varsa, eyni dərəcədə də ixrac etməlidir. Bu da mümkün deyil. Nəzərə alsaq, müharibə aparan dövlətə borc verilmir, onların bütün rezervləri sıfıra enəcək. Üstəlik, Ermənistanın məğlubiyyəti heç kəsə sirr deyil və dünya bunu gözəl bilir”.

Ekspert hesab edir ki, Qarabağdan Ermənistana qayıdan ermənilər Yerevan hökumətinin vəziyyətini daha da ağırlaşdıracaq: "Eyni zamanda hazırda Qarabağda məskunlaşmış ermənilər Ermənistana qayıdır. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün əlavə vəsaitə tələbat yaranacaq. Çünki onları ərzaqla, evlə və digər vasitələrlə təmin etmək lazım gələcək ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur. Yəni hər cəhətdən Ermənistan çökmüş vəziyyətdədir. Faktiki olaraq ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Yəni bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstəici dünyada ən ağır vəziyyətdir. Üstəlik beynəlxalq reytinq baxımından Ermənistanın durumu pisdir. Yəni onun müharibəni davam etdirməsi üçün heç bir imkanı yoxdur. Eyni zamanda ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Ona görə də Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev diktə etdi. Göründüyü kimi ermənilərin texnikaları da köhnəlib. Atdıqları raketlərin əksəriyyəti partlamır. Yeniləməyə isə imkanları yoxdur. Hətta cəbhədə əsgərlərin qaçmaması üçün zəncirlə bağlayırlar. Mülki əhalini yaşayış yerlərindən çıxmağa qoymurlar. İstəyirlər mərmiyə düşüb ölsün və dünyaya car eləsinlər ki, guya biz sivilləri öldürürük. Bunu erməni xalqı özü də görür. Ermənilər psixoloji cəhətdən də çox gərgindirlər. Ermənistan xarici siyasətdə də defolt vəziyyətindədir. Əllərindəki bütün dəstək imkanlarını itiriblər. Çarəsizlikdən artıq bilmirlər nə etsinlər”.

E. Bayramlı əlavə edib ki, çarəsiz qalan ermənilər son ümidi dezinformasiya yaymaqda və Azərbaycanın dinc sakinlərini hədəfə almaqda görürlər: "Ermənistan artıq çıxılmaz "dalana dirənib". Onun əlində qalan yeganə mübarizə elementi dezinformasiya və əks-təbliğatdır. Yəni bütün günü yalan xəbərlər yaymaqla məşğuldurlar. Görün nə vəziyyətdədirlər ki, deyirlər Suriya ordusunun xüsusi təyinatlıları gəlib Azərbaycanda döyüşür. Suriyada 10 ildən çoxdur müharibə gedir və ərazisinin 15 faizdən çoxu terrorçuların işğalı altındadır. Yəni Suriyanın özünə peşəkar döyüşçülər lazımdır. Məntiqi cəhətdən Suriyanın Azərbaycana xüsusi təyinatlı əsgərlər göndərməsi mümkün deyil. Üstəlik dünya ölkələrinin peyki var və belə vəziyyət olsaydı, görünərdi. Eyni zamanda hazırda iki ölkə arasında kiber müharibə gedir və bunda da biz qalib gəlirik. Çünki bizim kosmik fəzada peykimiz var və Qarabağda hər hərəkəti anında görürük. Ermənistanın isə belə bir imkanı yoxdur. Bircə Gürcüstandan gələn kabelin ümidinə qalıb. Orda da bir problem olan kimi Ermənistan informasiya məsələsində havada qalır. Yəni Ermənistanın prosesi idarə etmək imkanları yoxdur. Ermənistan son addım kimi dinc sakinlərimiz hədəf alır ki, bizi də əks zərbəyə məcbur etsin. Ona görə Daşkəsənə, Tərtərə, Naftalana, Gəncəyə, Mingəçevirə raketlər atırlar ki, biz də onların ərazisinə ataq. Lakin biz təxribata getmirik və Ermənistan ərazisində heç bir marağımız yoxdur. Bizim tək istəyimiz işğal olunmuş ərazilərimizi azad etməkdir. Fikrimiz də qəti və açıqdır. Qarabağı azad edəndən sonra orada çoxdan yaşayan mülki əhali ilə də heç bir işimiz olmayacaq. Onlar istəsələr, Azərbaycan qanunları ilə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Yəni bu məsələdə sərbəstdirlər. Bizim məsələmiz işğalçı Ermənistan ordusu ilə və Dağlıq Qarabağdakı terrorçu rejimlədir. Ermənistan bizim mülki şəhələrimizə raket atdıqca biz də onların həmin atəş nöqtələrini vuracağıq. Ermənistan üçün artıq təslim olmaq vaxtıdır. Qələbə Azərbaycanındır”.
Əli Bədir





Həftənin ən çox oxunanları